bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti; meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri; meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər; xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri; yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr; yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları; dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr; qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpa Maddə 1. … aqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr; qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar; meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan qırma; aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar; relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri; arid bitkilər — buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.
Maddə 1. Əsas anlayışlar Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır: meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında
Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver