QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 19

Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması qaydaları

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda; meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilmədikdə. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur. Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver