Meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan tikinti işlərinin aparılması bu Məcəllənin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “ Ətraf mühitin mühafizəsi haqqında ” Azərbaycan Respublikasının Qanununa, dağ-mədən işlərinin aparılması isə “ Yerin təki haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır. Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.
Qanunvericilik › Azərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 37
Maddə 37. Meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası
Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver