Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Meşəsalmanın məqsədi qeyri-meşə torpaqlarında meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “ Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
Qanunvericilik › Azərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 54
Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi
Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver