QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 62

Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir: cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri; zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması; zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması; meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili; bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver