QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 70

Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır. Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver