QanunvericilikAzərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 8

Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir. Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə həyata keçirilir. Yaşıllıqlar bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver