Qanunvericilik › Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə (Nazirlər Kabinetinin qərarı, 26.04.1999) › Tam mətn

Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə (Nazirlər Kabinetinin qərarı, 26.04.1999)

Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə (Nazirlər Kabinetinin qərarı, 26.04.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası”, “Meşəqırma Qaydaları”, “Meşə fondunun dövlət uçotu göstəricilərinin Siyahısı” və meşə fondunun dövlət uçotu sənədlərinin formaları təsdiq edilsin (əlavə olunur).

2. “Meşələrin eroziya əleyhinə, xüsusi qiymətli meşə massivlərinə və digər qoruyucu kateqoriyalara aid edilməsi qaydası barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 8 fevral tarixli 58 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 26 aprel 1999-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR.

1. Meşələrin daşıdığı torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici, kurort və sair funksiyalar nəzərə alınmaqla meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi bu Qayda ilə tənzimlənir.

2. Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir. İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə respublikanın meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

xüsusi qiymətli meşə massivləri;

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

yabanı meyvə meşələri;

dövlət qoruyucu meşə zolaqları;

Qoruq meşələri — meşə fondunun tərkib hissəsi olmaqla xüsusi qorunma və təsərrüfat aparılma rejiminə malik, nadir bitki və heyvanat aləminin və digər təbii komplekslərin saxlanılmasını, artırılmasını və qorunmasını təmin edən, eyni zamanda bu amillərin elmi əsaslarla dinamikasının öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir.

Kurort meşələri — sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin qorunmasını və yaxşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaxtından əvvəl sıradan çıxmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə sahələridir.

Xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, yüksək məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətdən nadir mənzərəli və xüsusi torpaqqoruyucu, susaxlayıcı, sutənzimləyici və digər qoruyucu əhəmiyyətli meşə sahələridir.

Yabanı meyvə meşələri — buraya meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılmış, tərkibində qiymətli meyvə, giləmeyvə və qərzəkli ağac və kol cinsləri olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərdən salınmış plantasiyalar daxildir. Bu meşə sahələrindən meşə toxumçuluğunda və qida sənayesində də istifadə olunur.

Dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınmış iqlimtənzimləyici, torpaqqoruyucu və susaxlayıcı funksiyaları yerinə yetirən meşələr bu kateqoriyaya aiddir. Qoruyucu meşə sahələri kənd təsərrüfatı bitkilərini külək və su eroziyasından qoruyur, məhsuldarlığın artırılmasına imkan yaradır.

Sair meşələr — bu meşələrə yuxarıda göstərilən kateqoriyalara aid olmayan meşə sahələri daxildir. Bu meşə sahələrində meşəbərpa tədbirləri, plantasiya salınması, xidməti və sanitariya qırmaları aparılması və sair meşə təsərrüfatı tədbirləri aparılır.

3. Meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, onların hüdudları meşə təsərrüfatı müəssisələrinin ərazilərində aparılan meşəquruluşu işləri, meşə monitorinqi müşahidələri və elmi-tədqiqat işləri əsasında və meşə ekosistemində gedən dəyişiklikləri nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilir və müvafiq qaydada Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə, habelə digər aidiyyəti təşkilatlarla razılaşdırılır və təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

4. Zəruri hallarda müvafiq qaydada qoruyucu kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr, meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərin meşələri və s.) müəyyən edilə bilər.

Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5. Meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi elmi-tədqiqat, meşə-quruluşu təşkilatları və meşə təsərrüfatı müəssisələrinin mütəxəssisləri tərəfindən əsaslandırılmış təkliflər əsasında aparılır. Təklifləri hazırlamaq və əsaslandırmaq məqsədilə müxtəlif qoruyucu kateqoriyalara aid edilmiş meşə sahələrinin tipik yerlərində nümunə sahələri salınır. Nümunə sahələrində ayrı-ayrı fəsillərdə uzunmüddətli (2—3 il ərzində) meşə monitorinqi müşahidələri və hesablamaları aparılır. Müşahidələr və hesablamalar aparılarkən aşağıdakı əsas müddəalar nəzərə alınmalıdır:

meşələrdə antropogen təsirləri yaradan amillər;

meşələrin cins tərkibinin dəyişməsi;

meşələrdə kütləvi quruma hallarının, xəstəlik və ziyanvericilərin artması;

yeraltı suların səviyyəsinin dəyişməsi;

meşəquruluşu işlərinin aparılması;

meşə altında yeniyetmələrin inkişaf dərəcəsi;

meşələrin məhsuldarlığının aşağı düşməsi səbəbləri;

Göstərilənlər və meşə ekosistemində gedən dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi barədə təkliflər hazırlayır, onları müvafiq qaydada Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə digər aidiyyəti təşkilatlarla və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırır və təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qaydadan irəli gələn işlərin yerinə yetirilməsi məqsədilə müvafiq müşahidə və hesablama sənədlərini tərtib edir, onların istifadəsi üzrə təlimatlar hazırlayıb təsdiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR.

1.1. Bu Qaydalar qiymətli cinslərdən ibarət meşələrin formalaşmasını, oduncaq ehtiyatından səmərəli istifadə olunmasını, meşələrin bərpasını, davamlıqlı və yüksək məhsuldarlıqlı ağaclıqların yetişdirilməsini, onların qoruyucu funksiyalarının artırılmasını tənzimləyir.

1.2. Meşələrdə (qoruq meşələri istisna olunmaqla) bitmə şəraitindən, sahənin relyefindən, mailliyindən, vəziyyətindən, doluluğundan, cins tərkibindən, yaşından, bonitetindən və digər əlamətlərindən asılı olaraq aşağıdakı qırma növləri tətbiq olunur:

aralıq istifadə üçün qırmalar.

1.3. Dövlət qoruqlarının meşələrindən yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.

1.4. Meşəbərpa qırmaları — yetişmiş və yaşı ötmüş meşələrdə meşələrin doluluğunu 05—06-dan aşağı salmamaq və ümumi ehtiyatı 30 faizdən çox qırmamaq şərti ilə (təbii bərpaya şərait yaratmaq məqsədilə), qrup-qırma, könüllü-qırma və tədrici-seçmə üsulu ilə aparılır. Mailliyi 30 faizdən artıq olan sahələrdə meşəbərpa qırmalarının aparılması qadağandır.

Meşəbərpa qırmaları aparılan sahələrdə azad ağacı, ayı fındığı, alma, ardıc, armud, çökə, dağdağan, dəmir ağac, eldar şamı, güləbrişin, yabanı gilas, qaraçöhrə, qarmaqlı şam, qoz, quş armudu, saqqız, şümşad, şabalıd, şabalıd yarpaqlı palıd, şərq palıdı, şərq çinarı, tut, ipəkvariyarpaqlı qızıl ağac, yalanqoz cinslərinin kəsilməsi qadağan olunur.

1.5. Aralıq istifadə üçün qırmalar — meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını, keyfiyyətini və davamlığını artırmaq, mühitqoruyucu rolunu saxlamaq və gücləndirmək, vahid meşə sahəsindən istifadə olunacaq oduncağın miqdarını artırmaq, onun texniki cəhətdən yetişməsini sürətləndirmək məqsədilə aparılır. Bu qırmalar zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

qırma üçün seçilən sahələrdə ağaclıqların bioloji təsnifatının aparılması;

sağlam, düzgövdəli, toxumdan əmələ gəlmiş dolğun və digər müsbət ağacların saxlanılması;

zədələnmiş, xəstə, davamlığını və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş, gələcəyi gözlənilən qiymətli cinslərin inkişafına mane olan ağac və kolların qırıntıya təyin edilməsi;

ilk növbədə yuxarı bonitetli (məhsuldar) meşələrdə qırmaların aparılması;

qarışıq və bir cinsli meşələrdə qiymətli yerli cinsdərin sahədə saxlanılması, davamlığının artırılması və gələcəyi gözlənilən müsbət ağacların inkişafına əlverişli şərait yaradılması, ağaclığın doluluğunu (hər qırmadan sonra 06-dan, dağ yamaclarında isə 07-dən) aşağı salınmaması, onların sutənzimedici, torpaqqoruyucu funksiyalarının gücləndirilməsi.

1.6. Aralıq istifadə üçün qırmaların növləri və məqsədi:

işıqlandırma qırması — 10 yaşına qədər cavan ağaclığın tərkibini formalaşdırmaq, sıxlığını nizama salmaq və qiymətli cinslərin inkişafını yaxşılaşdırmaq;

təmizləmə qırması — 11—20 yaşına qədər meşə sahələrindəki əsas cinslərin yayılmasını nizama salmaq, onların cins tərkibini formalaşdırmaq;

seyrəltmə qırmaları — 21—40 yaşınadək ağacların gövdələrinin və çətirlərinin düzgün formalaşmasına nail olmaq;

keçid qırması — 41 yaşdan yetişmə yaşına qədər ağaclığın illik orta artımına əlverişli şərait yaratmaq;

yenidənəkmə (rekonstruksiya) qırmaları — düzən və dağətəyi meşələrdə azqiymətli, alçaq boylu, pozulmuş ağac və kol cinslərinin məhsuldarlığını artırmaq, cins tərkibini yaxşılaşdırmaq.

1.7. Düzən meşələrdə (suvarılan meşələrdə) aralıq istifadə üçün qırmalar dağ meşələrinə nisbətən tez-tez aparılır. Bütün hallarda meşənin qoruyucu funksiyalarını zəiflətməmək üçün ağaclığın doluluğu normal saxlanmalıdır. Gövdələrində quş və vəhşi heyvanat yuvaları olan ağaclar qırıntıya təyin edilmir.

Qırmalar ilk növbədə kifayət qədər gələcəyi gözlənilən yeniyetmələr, sahələrdə saxlanılmış tək-tək toxumluq və yaşı ötmüş ağaclar, ikinci dərəcəli ağac və kol cinsləri olan yüksək bonitetli meşələrdə aparılır. Sıxlığı 0,9-dan yuxarı olan cavan ağaclıq sahələrində inkişafdan geri qalmış, əyrigövdəli, çətiri pis olan və digər yararsız ağaclar qırıntıya təyin olunur.

Qırmalar aparılarkən aşağıdakı ardıcıllıq təmin olunmalıdır:

mədəni meşə əkinlərində və əvvəlki illərdə qırıntı yerlərində qalmış əsas cinsin yeniyetmələri (əgər ikinci dərəcəli ağac cinsləri sürətlə inkişaf edirsə) olan sahələrdə;

qiymətli cinslərin yeniyetmələrinin, ikinci dərəcəli ağacların çətirləri altında qalmaq qorxusu olan qarışıq cinsli az qiymətli meşələrdə;

eyni hündürlükdə olan əsas və ikinci dərəcəli cinslərdən ibarət qarışıq meşələrdə;

yüksək sıxlığı və doluluğu (0,8—1,0) olan qiymətli cinsli meşələr, toxumdan və pöhrədən əmələ gəlmiş ağaclıqlarda.

Göstərilən sahələrdə ağaclığın yaşından asılı olaraq işıqlandırma, təmizləmə və seyrəltmə qırmaları aparılır. Yetişmə yaşına qədər olan eyni cinsli və qarışıq meşələrdə əsasən keçid qırmaları aparılır.

II. Qırmaların aparılma vaxtı

2.1. Qırmaların başlanması və qurtarması vaxtı meşəbitmə şəraiti, ağac cinslərinin bioloji xüsusiyyətləri və ərazisinin iqtisadiyyatı nəzərə alınmaqla müəyyənləşdirilir.

2.2. Yerli iqlim və digər şəraitdən asılı olaraq işıqlandırma və təmizləmə qırmaları adətən ağaclar yarpaqladıqdan sonra vegetasiyanın müxtəlif dövrlərində aparıla bilər.

2.3. Dağətəyi və düzən zonalarda seyrəltmə qırmaları (güclü boy inkişafına malik və gövdəsi möhkəm olmayan sıx cavan ağaclıqda) əsasən yaz dövründə aparılır.

Dağ meşələrində seyrəltmə və keçid qırmaları qış dövrü başlayana qədər aparılır.

Bütün hallarda qırılacaq sahələrin seçilməsi və qırıntının aparılma vaxtı ovçuluq təsərrüfatı, meşədən əlavə istifadə və təbiəti mühafizə tələbləri və şərtləri nəzərə alınmaqla müəyyənləşdirilir.

2.4. Qarışıq bərkyarpaqlı cinslərdən ibarət meşələrdə meşəbərpa qırmaları aparmaq yaşına 20 il qalmış, yumşaq yarpaqlı və pöhrədən əmələ gəlmiş bərkyarpaqlı cinslərdən ibarət ağaclıqlarda isə 10 il qalmış qurtarır.

III. Qırmaların mİqdarı, İntensİvlİyİ və təkrar müddətİ

3.1. Qırmaların miqdarı qırıntının başlanması və qurtarması vaxtından, qırmanın intensivliyindən, təkrar olunma müddətindən, meşə tiplərindən, inkişafından, doluluğundan, vəziyyətindən və ərazisinin ekoloji şəraitindən asılıdır.

3.2. Qırmaların intensivlik dərəcəsi ağaclığın hansı məqsəd üçün yetişdirilməsindən, meşənin tipindən, tərkibindən, yaşından, bonitet sinifindən, quruluşundan, ağaclığın vəziyyətindən, qırmanın növündən, maillikdən, relyefdən və digər amillərdən asılı olaraq müəyyən edilir. Qırmaların intensivlik dərəcələri aşağıdakılardır:

orta dərəcə — 16—25 faiz;

güclü — 26 faizdən yuxarı.

Orta yaşlı və yetişməkdə olan ağaclıqda qırmalar zəif intensivlikdə, cavan ağaclıqda isə daha güclü intensivliklə aparılır.

3.3. Kurort meşələrində, xüsusi qiymətli massivlərdə, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının müşahidələrində, yabanı meşələrdə və dövlət qoruyucu meşə zolaqlarında, habelə daşlı, həddindən çox rütubətli və torpağın qalınlığı az olan meşələrdə qırmalar zəif intensivlikdə aparılır.

3.4. Quru torpaq şəraitində qırmanın təkrar müddəti və intensivliyi torpağı rütubətli olan meşələrə nisbətən daha gec aparılır. Bu növ qırmaların aparılması gələcəkdə yüksək keyfiyyətli qiymətli ağac cinslərinin formalaşdırılmasına və yetişdirilməsinə şərait yaradır. Bu zaman meşənin sıxlığının aşağı salınma həddi qarşıya qoyulmuş məqsədlə müəyyənləşdirilir (1 hektarda ağacların sayı və en kəsik sahələrinə görə). Eyni qırma sahəsində qırmaların təkrar müddəti sahədəki ağacların ümumi inkişaf vəziyyətindən, böyüməsindən və digər təbii amillərdən asılıdır.

3.5. Meşənin tipindən və qırma növündən asılı olaraq təkrar qırma müddətləri aşağıdakı kimi müəyyən edilir:

işıqlandırma qırması — 3—5 ildən bir;

təmizləmə qırması — 6—8 ildən bir;

seyrəltmə qırması — 5—15 ildən bir;

keçid qırması — 8—15 ildən bir.

IV. Qırmaların təşkİlİ və texnologİyası

4.1. Qırmalar texnoloji xəritələr əsasında təşkil edilir və ağaclığın bütün meşəçilik xüsusiyyətləri, yaşı, yerin relyefi, qırıntının növü, işin aparılma texnologiyası, oduncağın daşınması, nəqliyyat və qoşqu vasitələrinin istifadəsi, qıtıntı yerinin təmizlənməsi üsulu, qırma üçün ayrılmayan ağacların zədələnmədən və meşə mühitinin qorunmasını təmin edən tədbirlər, texniki-iqtisadi və digər göstəricilər nəzərə alınmalıdır. Qırma sahəsinin sxematik xəritəsində yükləmə yerləri, əsas və köməkçi texnoloji (daşıma) dəhlizlər göstərilməlidir. Oduncağın daşınması üçün texnoloji dəhlizlər və yükləmə yerləri müəyyənləşdirilməlidir. Bu məqsədlə ilk növbədə mövcud olan yollardan, talalardan, meşə ilə örtülü olmayan torpaq sahələrindən istifadə edilməlidir. Bu hallarda dəhlizlərin açılması üçün ağaclar kəsilmir. Süni surətdə yaradılan ağaclıqda (əkinlərdə) cərgə araları texnoloji dəhliz kimi istifadə olunur.

4.2. Qırma zamanı tətbiq olunan maşın və mexanizmlər meşə mühitinin saxlanılması, torpaq örtüyünün az korlanmasını təmin etməlidir. Maşın və mexanizmlərin torpağa etdiyi təzyiqin azaldılması məqsədilə daşınma yollarının qırıntı qalıqları ilə bərkidilməli, texnoloji dəhlizlərinin uzunluğu azaldılmalı, qırılan ağacların baş hissəsi tərəfə sürüdülüb aparılmalıdır. Dağ şəraitində qırıntı aparmaq üçün hava daşıyıcı qurğularından da istifadə edilir. Nəqliyyat (sürütmə) və yükləyici vasitələri tətbiq etmək üçün sahədə texnoloji dəhlizlər sistemi (sürütmə yolları) və yükləyici yerlərin yaradılması nəzərdə tutulmalıdır.

4.3. Qırıntı üçün müəyyən edilmiş sahələrdə kəsiləcək oduncağın ümumi miqdarı, həmin sahələrdəki bütün ağacların hesaba alınması ilə təyin edilir.

4.4. Hesabat zamanı qırılacaq ağacların döş hündürlüyündəki diametrində 2—4 santimetrlik pilləyə görə ölçü aparılır, işlik, yarım işlik və odunluq çıxımının həcmi hesablanır.

4.5. Seyrəltmə, keçid və seçmə qırmaları üçün nümunə sahələrinin salınması, ağacların seçilməsi meşə təsərrüfatı müəssisələrinin rəhbərliyi altında aparılır.

4.6. Qırma sahələrinin texnoloji xəritələri meşəbəyilik tərəfindən tərtib olunur və meşə təsərrüfatı müəssisəsi tərəfindən təsdiq olunur. Texnoloji xəritəsiz qırmaların aparılması qadağandır.

4.7. Hər meşəbəyilikdə qırmaların hesabat kitabı aparılır. Kitabda qırmaya ayrılan yerlərin sahəsi və qırıntının nəticəsi qeyd olunur. Hər bir qırma sahələrinə plan, xəritədən başqa hesablama cədvəli də əlavə edilir.

Ayrılmış qırma sahəsinin künclərində diametri 12—16 santimetr olan göstərici dirəklər basdırılır. Göstərici dirəklərdə düzəldilmiş “aynacıqlarda” qırıntının ili, sahəsi, növü, başlanma müddəti göstərilir.

4.8. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

5.1. Meşə qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

5.2. Meşə qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.

5.3. Meşələrin qırma yaşı aşağıdakı qaydada müəyyən edilir:

cavan yaşlı meşələr 80 yaşa qədər (I—IV yaş sinifi);

orta yaşlı meşələr 81—120 yaşa qədər (V—VI yaş sinifi);

yetişməkdə olan meşələr 121—160 yaşa qədər (VII—VIII yaş sinifi);

yetişmiş meşələr 161—200 yaşa qədər (IX—X yaş sinifi);

yaşı ötmüş meşələr 201 yaşdan yuxarı (XI və yuxarı).

5.4. Meşəbərpa qırmaları sənaye əhəmiyyətli qırmalar olduğu üçün ancaq yetişmiş və yaşı ötmüş ağaclıqda aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR.

Meşə fondunun torpaq kateqoriyalarına və qoruyucu kateqoriyalara bölünməsi;

meşələrin üstünlük təşkil edən cinslər və yaş qruplarına görə bölünməsi;

meşə fondunun inzibati rayonlar ərazisində yerləşməsi haqqında məlumat;

uçotarası dövrdə meşə fondu torpaqları sahəsində və oduncaq ehtiyatında baş vermiş dəyişikliklər;

yanğına qarşı qurğuların səciyyəsi;

meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqlarının meşəbərpa və meşəsalma üsullarına görə bölünməsi;

uçotarası dövrdə meşənin bərpası;

aralıq istifadə üçün qırmalar haqqında məlumat;

meşələrin doluluğa və bonitet siniflərinə bölünməsi;

meşə fondunun hidromeliorasiya səciyyəsi;

nəqliyyat yollarının səciyyəsi;

meşə fondunun vəziyyətinin öyrənilməsi.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2. 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082)

12 yanvar 2024-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 78)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver