AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, digər hüquqi şəxslər və vətəndaşlar aşağıdakı hallarda maddi məsuliyyət daşıyırlar:
a) meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi;
b) köküstə yaş ağac və kolların boy artımı dayanacaq və ya dayanmayacaq dərəcəyə qədər zədələnməsi;
v) kökdən kəsilmiş, həmçinin külək, qar və başqa səbəblər nəticəsində sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və yaxud köküstə quru ağac və kolların özbaşına qırılması;
q) yandırılması və odla ehtiyatsız rəftar edilməsi nəticəsində meşənin, həmçinin tək-tək və qrup hallında olan ağac və kolların məhv edilməsi, yaxud zədələnməsi;
ğ) meşənin, həmçinin tək-tək və qrup halında olan ağac və kolların quruyacaq və yaxud xəstələnəcək dərəcəyə qədər axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələnməsi və ya məhv edilməsi;
d) lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsi;
e) meşə əkinlərində, meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacarların və tinglərin, həmçinin meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, yaxud zədələnməsi;
ə) meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması;
j) qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletinə əsasən icazə verilən sahələrdə özbaşına qoz, fındıq, şabalıd, yabanı (cır), habelə peyvənd çərdəkli meyvələrin və giləmeyvələrin, qamış və dərman bitkilərinin, meşə döşənəyinin, tökülmüş yarpaqların və bu müqabildən olan digər meşə məhsullarının tədarükü və yığılması;
z) dövlət meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların məhv edilməsi və ya korlanması.
2. Tabeçiliyindən asılı olmayaraq, respublikanın bütün meşələrində meşə qanunvericiliyinin pozulması nəticəsində vurulmuş ziyana görə mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələrdən, idarələrdən, təşkilatlardan və digər hüquqi şəxslərdən və vətəndaşlardan alınan, habelə müsadirə (sekvestr) edilən oduncaq. Sair meşə məhsullarının satışından əldə olunan məbləğ və müəyyən edilmiş qayda üzrə daxil olan digər maliyyə mənbələri hesabına “Meşələrin qorunub saxlanması və təkrar istehsalı” Respublika fondu yaradılsın.
4. “Azərbmeşə” İstehsalat Birliyinə və Ədliyyə Nazirliyinə tapşırılsın ki, 1994-cü il aprelin 1-dək meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunma qaydalarına dair təlimatı hazırlayıb təsdiq etsinlər.
5. Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qanunvericiliyinin pozulmasına görə meşə təsərrüfatına vurulan ziyanın hesablanması üçün miqdar 1-4, 6-8 saylı əlavələrə əsasən təsdiq edilsin. Bu qərarla təsdiq edilmiş nırxlar 1994-cü ilin yanvar ayının 1-dən tətbiq edilsin.
Bununla əlaqədar Azərbaycan SSR Nazirlər Sovetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmənin qaydaları və miqdarı haqqında” 1968-ci il 11 oktyabr tarixli, 423 saylı və həmin qərarda dəyişikliklər və əlavələr edilməsi barədə 1982-ci il 14 aprel tarixli, 202 saylı və 1989-cu il 20 yanvar tarixli, 35 saylı qərarları qüvvəsini itirmiş sayılsın.
Baş nazir S. HÜSEYNOV
Bakı şəhəri, 27 dekabr 1993-cü il
1. 5 yaşınadək (5 yaş daxil olmaqla):
1.1. suvarılan torpaqlarda
1.2. dəmyə torpaqlarda
2.1. suvarılan torpaqlarda
2.2. dəmyə torpaqlarda
1. Qaraçöhrə, şümşad, dəmirağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv və çinar cinslərindən ibarət meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər, habelə meşə toxumluq sahələri üçün ayrılmış meşə əkinləri və cavan bitkilər məhv edildikdə və ya zədələndikdə, zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütununa uyğun iki dəfə artırılmaqla hesablanır.
2. Eldar şamı, palıd və digər enliyarpaqlı meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər məhv edildikdə və ya zədələndikdə, ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə, dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, meşəparklarda yol verilmişdirsə, həmin məbləğin 1,5 misli qədər hesablanır.
3. Yeniyetmələr – təbii halda ağac və kol toxumundan əmələ gəlmiş 6-10 yaşında ağac və kollar deməkdir.
4. Cücərti – təbii halda ağac və kol toxumundan əmələ gəlmiş beş yaşadək (5 yaş daxil olmaqla) ağac və kollar nəzərdə tutulur.
1. Səpin və böyütmə sahələrində:
1.1. biryaşlı toxmacarlar
1.2. ikiyaşlı toxmacarlar
1.3. üç yaşınadək enliyarpaqlı cinslərin tingləri
1.4. üç yaşınadək iynəyarpaqlı cinslərin, qoz-fındıq və çinar tingləri
1.5. gilə və çəyirdəkli cinslərdən calaq edilmiş birillik tinglər
1.6. üç və daha çox yaşlı tinglər
2.1. bütün cinslərdən olan tinglər:
1. Qoz-fındıq və sərv toxmacarları məhv edildikdə və ya zədələndikdə, alınacaq zərər yuxarıdakı cədvəlin üçüncü sütununda göstərilən məbləğdən ikiqat çox hesablanır.
Toxmacar – tingliyin səpin sahəsində yetişdirilən əkin materialıdır.
3. Ting – tingliyin böyütmə sahəsində yetişdirilən əkin materialıdır.
4. Böyütmə sahəsi – səpin sahəsindən çıxarılaraq ting yetişdirmək üçün toxumacarlar əkilmiş ərazidir.
5. Tinglik – əkin materiallarının yetişdirilməsi üçün ayrılmış xüsusi ərazidir. Səpin, böyütmə və plantasiya sahələrindən ibarətdir.
6. Plantasiya – ağac çiliklərinin kökləndirilməsi üçün istifadə edilən sahədir.
1. Qanunsuz ot çalındıqda, hər hektar üçün:
1.1. biçənək və otlaq sahələri:
1.1.1. səpilmiş otlar
1.1.2. yaxşılaşdırılmış təbii otlar
1.1.3. yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış sahələrdən başqa)
1.2. bataqlaşmış sahələr
1.3. biçənək və otlaq sahələrindən kənar
2. Zədələnmiş və ya korlanmış biçənək və otlaq sahələrinin hər hektarı üçün:
2.2. yaxşılaşdırılmış təbii otlar
2.3. yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa)
2.4. bataqlaşmış otlar
3. Qanunsuz mal-qara otarıldıqda hər 10 baş heyvan üçün:
3.1. biçənək və otlaq sahələri:
3.1.1. iki yaşından yuxarı qaramal və atlar
3.1.2. iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar
3.2. biçənək və otlaq sahələrindən kənar:
3.2.1. iki yaşından yuxarı qaramal və atlar
3.2.2. iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar
1. Səpilmiş otlar – müəyyən ərazidə ot toxumunun səpilməsi nəticəsində əmələ gəlmiş otlaqlardır.
2. Yaxşılaşdırılmış otlar – aqrotexniki tədbirlər həyata keçirilmiş otlaqlar (paxlalı otların toxumunun səpilməsi, üzvi mineral gübrələrin tətbiqi və s.) deməkdir.
Yaşı 10-dan yuxarı olan korlanmış (boy artımının və inkişafının dayanmasına səbəb olmadan):
1. Zədələnmiş (boy artımının və inkişafının dayanmasına səbəb olmadan) hər bir ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv, çinar, habelə iynəyarpaqlı ağac və kollar üçün bütün meşələrdə ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı miqdar iki dəfə artırılmaqla hesablanır.
2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağacların və kolların qanunsuz zədələnməsi (boy artımının və inkişafının dayanmasına səbəb olmadan) nəticəsində vurulmuş zərərə görə ödənişlər yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ beş dəfə artırılmaqla hesablanır.
Sərhəd və kvartal dirəkləri
Vizir və təsərrüfat (qırılacaq meşə sahəsi və s.) dirəkləri
1. Diametri 4 santimetrə-dək (4 santimetr də daxil olmaqla):
2. Diametri 52 santimetr-dən yuxarı hər santimetr üçün:
2.1. kol cinslərinin hər biri üçün
1. Qoz, evkalipt, armud, zoğal, enliyarpaq ağcaqayın, çinar, tozağacı, ardıc, habelə iynəyarpaqlı ağac və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində dəymiş zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ iki dəfə artırılmaqla, digər enliyarpaqlı, qozmeyvəli və meyvə ağaclarının qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində dəymiş zərərin miqdarı isə yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə hesablanır.
Külək, qar və başqa səbəblərdən sınmış və ya yerə yıxılmış ağac və kolların mənimsənilməsi və köküstə olan quru ağac və kolların qanunsuz kəsilməsi hallarında bu əlavədə göstərilən miqdar tətbiq edilmir. Belə hallarda meşə təsərrüfatına dəyən zərər köküstə oduncaq buraxılışının mövcud miqdarın birinci dərəcəsinin ikiqat misli qədər hesablanır.
2. Qanunsuz gətirilmiş oduncağın hansı meşə sahəsində kəsilməsini müəyyən etmək mümkün olmadıqda, meşə qanunvericiliyini pozanlar qanunsuz gətirilmiş oduncaq müsadirə edildiyi halda, həmin oduncağın köküstə buraxılışının mövcud məbləğinin birinci dərəcəsinin üç misli qədər, müsadirə edilmədiyi halda isə həmin məbləğin dörd misli qədər ödəyirlər.
3. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində vurulmuş zərərə görə ödənişlər yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ beş dəfə artırılmaqla hesablanır.
1. Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar aşağıdakı dəyər miqdarında ödəyirlər:
meşənin itirilmiş əmtəəlik dəyəri köküstə oduncaq buraxılışının möcud dəyərinin birinici dərəcəsi miqdarında;
məhv olmuşları əvəz etmək üçün yeni meşə əkini və ya yeniyetmələri yetişdirmək üçün tələb olunan xərclər miqdarında;
ərazinin təmizlənməsi işlərinə tələb olunan, həmçinin yanğının söndürülməsinə sərf olunmuş xərclər miqdarında;
meşə qanunvericiliyinin pozulması nəticəsində baş verən yanğınların meşədə olan binaları, qurğuları və digər əmlakı məhv və yaxud xarab etməsinə görə alınacaq ziyan mülki qanunvericiliyin ümumi normalarında nəzərdə tutulmuş qaydada və miqdarda təyin edilib ödətdirilir.
2. Lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı vəziyyətə salınması işlərinin dəyəri miqdarında ödəyirlər.
02 mart 1995-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
01 dekabr 1995-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
21 may 1999-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 05, maddə 332)
30 sentyabr 2004-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 09, maddə 757)
19 sentyabr 2005-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 09, maddə 864)
22 may 2017-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2017-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 987)
31 yanvar 2019-cu il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 fevral 2019-cu il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 174)
6 fevral 2019-cu il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2019-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 339)