Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Peşəyönümünə dair məsləhət xidmətləri

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin, habelə onların valideynlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirilməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərir.

22.2. Peşəyönümünə dair məsləhət xidmətləri aşağıdakı istiqamətlərdə göstərilir:

22.2.1. əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;

22.2.2. mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığı və əlavə təhsilə cəlb olunma imkanları barədə məlumatlandırma;

22.2.3. şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməkliyin göstərilməsi.

22.3. Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver