Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi qeydə
tarix 18 iyun 1997-ci il
Nazir əvəzi ____S.Həsənova
Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
kollegiyasının 20-3 nömrəli 11 iyun
1997-ci il tarixli qərarı ilə təsdiq
Nazir___________ Ə.Nağıyev
Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 56-2) Bakı metropoliteni bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci ş tarixli 93 nömrəli "Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında" qərarının icrası olaraq yenidən hazırlanmışdır.
Vahid Tarif-İxtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq metropoliten sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən sənəddir və onun tədqiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə təşkilatlarda məcburi xarakter daşıyır, hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr üçün ümumi olan fəhlə peşələri" hissəsinə (VTİSK-1) daxil edilmişdir.
Tarif-ixtisas xüsusiyyətləri 6 dərəcəli tarif cədvəlinə əsasən, bir qayda olaraq əmək şəraiti nəzərə alınmadan itlərin mürəkkəbliyi üzrə işlənmişdir. Əmək şəraiti lazım gəldikdə müvafiq orqanlar tərəfindən təsdiq edilmiş artırılmış tarif maaşları əsasında nəzərə alınır.
Kitabçadan istifadə əməyin ödənilmə dərəcələrinin təyin edilməsi və artırılması qaydası VTİSK-nın bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işlər bölməsinin "ümumi müddəalar"ında göstərilmişdir.
Kitabçadan istifadəni asanlaşdırmaq məqsədilə bir sorğu materialı kimi hər bir bölmənin sonunda "Gəlməyə daxil olan peşə adları və dərəcələr diapazonu" ilə indiyə qədər fəaliyyətdə olan peşə adlarının müqayisəli cədvəli" və "Bölməyə daxil olan fəhlə peşələrinin əlifba sırası ilə adları və dərəcələr diapazonu" əlavə edilmişdir.
İŞİN XÜSUSİYYƏTİ. Hərəkət qatarının idarə edilməsi. Hərəkət sürətinin nizamlanması. Vaqonların qoşulub açılması. Qatara texniki xidmət, təmirin yerinə yetirilməsi. Təmirin növləri. Elektrik və hidravlik avadanlığın tormoz sisteminin saz vəziyyətdə saxlanması. Nəzarət-ölçü cihazlarının və sürəti avtomatik tənzimləmə (SAT) qurğularının göstəricilərinin müşahidə edilməsi. Plan-xəbərdarlıq təmirində iştirak. Qatar radiorabitəsindən istifadə olunması və reqlamentə əməl edilməsi.
BİLMƏLİDİR: seriyalar üzrə metro vaqonlarının quruluşunu və onların texniki xarakteristikasını, qatarların hərəkət cədvəlini, xidmət göstərdiyi sahədəki yolun profilini, vəziyyətini və yol nişanlarını, tormoz qurğularını, yol dəyişdiriciləri, kompressor sistemlərini, vaqonların qoşulub açılması qaydalarını (QAQ), metropolitendə işarəvermə üzrə təlimatı, metropolitenin elektrik qatarında nasazlıq baş verdikdə maşinistin hərəkət (iş) qaydaları haqqında təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, maşinistin xidməti təlimatını, metropolitendə tüstülənmə, alışma, yaxud yanğın baş verdikdə işçilərin hərəkət (iş) qaydaları və tunel ventilyasiya şaxtalarının iş rejimi haqqında təlimatı. Metropolitenin mühərrik-vaqonlu hərəkət qatarlarında avtomatik tormozların saxlanılması və tətbiqi üzrə təlimatı, metropoliten stansiyalarının texniki bölgü aktını (TBA). Metropolitenin hərəkət qatarlarının qatar avadanlığının saxlanılması və yerləşdirilməsi üzrə təlimatı, iş zamanı və təmir işlərinin icrası zamanı təhlükəsizlik texnikası və şəxsi təhlükəsizlik təlimatı, elektrik təhlükəsizliyi üzrə təlimatı, yanğın təhlükəsizliyi üzrə təlimatı.
Depo yollarında manevr etmə zamanı hərəkət qatarının idarə olunması, vaqonların qoşulub açılması (manevretmə maşinisti) - 9-cu dərəcə
Qeyd: elektrik qatarının (seksiyanın) maşinistinin köməkçisi rəhbərliyi altında işlədiyi maşinistin dərəcəsindən bir dərəcə aşağı dərəcə ilə tarifləşdirilir.
İŞİN XÜSUSİYYƏTİ: Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında eskalatorların pilləkan yüyrüklərinin qovşaqlarına, pilləkən daraqları döşəmələrinin nəqliyyat makaralarına, roliklərinə, bloklarına xidmət göstərilməsi, onların cari təmiri, nasazlıqlarının aşkar olunması və aradan qaldırılması. Reduktorun elektrik mühərriklərinin və eskalatorun digər ötürücü elementlərinin təmiz saxlanılması. Lazımi hallarda eskalatorların dayandırılması.
BİLMƏLİDİR: eskalator qovşaqlarının quruluşunu və onların istismar qaydalarını, eskalatorda sərnişinlərin daşınması qaydalarını, siqnal lampalarının təyinatını və göstəricilərini, eskalatorun dayandırılması üzrə qurğulardan istifadə qaydalarını, sadə çilingərlik alətlərinin adlarını və onların tətbiqi üsullarını; elektrotexnika və çilingərlik işi üzrə sadə məlumatları.
İŞİN XÜSUSİYYƏTİ: Eskalatorun pilləkan yüyrüklərinin qovşaqlarına, pilləkan daraqları döşəmələrinin nəqliyyat makaralarına, roliklərinə, bloklarına xidmət göstərilməsi, onların cari təmiri, nasazlıqlarının aşkar olunması və aradan qaldırılması. Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında açılmış bloklaşdırma qurğularını aşkara çıxarmaqla kommutatorun köməyi ilə elektrik sxeminin bloklaşdırma zəncirində nasazlıqların üzə çıxması. Eskalatorun zahiri nasazlıqlarının müəyyən olunması. Açılmış bloklaşdırma qurğularının bərpası.
BİLMƏLİDİR: eskalatorun iş prinsipini və onun mexanizmlərinin qarşılıqlı işini, pilləkan yatağındakı, tutacaqla ballüstrada arasındakı aralıqların normalarını, elektrik ölçü cihazlarının təyinatını, elektrik çilingərlik alətlərinin təyinatını və tətbiqi üsullarını, tətbiq olunan alətin yararlığının müəyyən edilməsinin, yük qaldırıcı qurğuların təyinatını, elektrotexnikanın əsaslarını.
İŞİN XÜSUSİYYƏTİ: Cari, profilaktiK təmir və təftiş zamanı eskalatorlara xidmət göstərilməsi, orta mürəkkəbliyə malik elektrik quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi. Elektrik mühərrikinin işindəki və elektrik avadanlığının sxemindəki sadə qüsurların aşkar olunub aradan qaldırılması. Pilləkan yatağının və sürahı qurğusunun mühafizə qurğularındakı xırda nasazlıqların aradan qaldırılması. Pilləkan yatağının və sürahi qurğusunun mühafizə qurğularındakı xırda nasazlıqların aradan qaldırılması. Açılmış bloklaşdırma qurğularını aşkar etməklə kommutatorun köməyi ilə elektrik sxeminin bloklaşdırma zəncirindəki nasazlıqların üzə çıxarılması. 11-12 kvalitet (4-5-ci dəqiqlik dərəcələri) üzrə çilingərlik emalı və uyğunlaşdırılması ilə qovşaq və detalların təmiri və hazırlanması. Eskalatorların teleidarəetmə qurğularının təftişində, təmirində və sazlanmasında iştirak etmək.
BİLMƏLİDİR: eskalatorun quruluşunu və onun əsas qovşaqlarının qarşılıqlı işini, elektrik sxeminin ayrı-ayrı elementlərinin təyinatını, elektrik sxeminin işindəki nasazlıqların üzə çıxarılması və onların aradan qapdırılması metodlarını, eskalatorların teleidarəetmə qurğularının təyinatını və onların işindəki qüsurların aradan qaldırılması üsullarını, eskalatorların işinin teleidarəetməsinin əl ilə idarəetməyə və əksinə keçirilməsinin qaydasını, eskalator qovşaqlarının quraşdırılması zamanı yol verilən əsas artıq-əskiklikləri və onların çertyojlara qeyd olunmasını, nəzarət-ölçü alətlərinin quruluşunu və təyinatını, elektrotexnikanın, mexanikanın və eskalatorların sökülməsi və quraşdırılması texnologiyasını və metalların emalının əsaslarını.
İŞİN XÜSUSİYYƏTİ: Cari, profilaktik təmir və təftiş zamanı eskalatorlara xidmət göstərilməsi, onların mürəkkəb elektrik quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi. Bütün kiçik "fasilə" işləri başa çatdıqdan sonra metropoliten stansiyaları şəraitində 100 kvt-dək fazalı və qısaqapanan rotorları olan elektrik mühərriklərinin açılması, sökülməsi və yığılması şərtilə eskalatorların elektrik avadanlığının təmiri və təftişi. Elektrik mühərrikinin reduktora birləşdirilməsi və sonradan nizamlanması. Elektrik mühərrikinin işində və elektrik avadanlığının sxemlərində mürəkkəb defektlərin aşkar olunması və aradan qaldırılması. Bölüşdürülmək və sınaqdan çıxarılmaq şərtiylə güc və yoxlama kabellərinin təmiri, quraşdırılması. Qurulacaq yerləri qeyd olunmaq şərtiylə buraxılış və mühafizə elektrik aparatlarının sökülməsi, təmiri təftişi və quraşdırılması. Elektrik avadanlığının mürəkkəb sxeminin ayrı-ayrı həlqələrində və müxtəlif növ birləşmələrində gərginliyin, cərəyanın gücünün və müqavimətin ölçülməsi. Avadanlığın və idarəetmə panelindəki aparatların əsaslı təmiri və yoxlanması. Qeyri-mürəkkəb icra sxemlərinin, eskizlərin, çertyojların tərtib edilməsi. Elektrik naqilləri Sxemlərinin təkrar kommutasiya dairələrinin indikatorla yoxlanılması. İki tona qədər çəkisi olan takelaj işlərinin yerinə yetirilməsi. 7-10 kvalitet (2-3-çü dəqiqlik dərəcələri) üzrə uyğunlaşdırmaqla yığılan avadanlığın çilingərlik emalı Quraşdırma işləri zamanı mexaniki və elektrik parametrlərinin əlaqəsini müşahidə etmək. Eskalatorların sadə teleidarəetmə elementlərinin təmiri və təftişi.
BİLMƏLİDİR: müxtəlif tipli eskalatorların bütün qovşaqlarının mexanizmlərinin və elektrik avadanlığının quruluşunu və qarşılıqlı işini, eskalatorların quraşdırılması, buraxılış və mühafizə aparatlarının nizamlanması üçün müəyyən olunmuş normaları, artıq-əskiklikləri və məsamələri, eskalatorların quraşdırılması qaydalarını, elektrik mühərriklərinin quruluşunu və təyinatını, fazalı və qısaqapanan rotorlu asinxron elektrik mühərriklərinin iş prinsipini, elektrik avadanlığının işi zamanı meydana çıxan qüsurları və onların aradan qaldırılması üsullarını, cərəyan gərginliyin elektromaqnit relelərinin, aralıq vaxt relelərinin təyinatını, quruluşunu, yükqaldırıcı qurğulardan istifadə qaydalarını, gərginliyin, cərəyanın gücünün və elektrik müqavimətinin ölçülməsi qaydalarını, eskalatorların teleidarəetmə qurğularının iş prinsipini və onların əl idarəetməsi ilə əlaqəsini, eskalatorların teleidarəetmə qurğularının ön sadə elementlərinin quruluşunu və texniki xarakteristikasını.
İŞİN XÜSUSİYYƏTİ. Cari və profilaktik təmir zamanı eskalatorlara xidmət göstərilməsi, çox mürəkkəb elektrik - quraşdırma və çilingərlik işlərinin yerinə yetirilməsi.
100 Kvt-dan çox gücü olan fazalı və qısaqapanan rotorlu elektrik mühərriklərinin açılması, sökülməsi və yığılması şərtiylə eskalatorların elektrik avadanlığının təmiri və təftişi. Mühafizə qurğularının və avtomatikanın təmiri. Şablonların və mexanizmlərin hazırlanması. Təmir olunmuş avadanlığın sınağı və təhvil verilməsi. "Üçbucaq-ulduz" elektrik mühərrikinin statorunun sarğıları avtomatik surətdə başqa rejimə keçirilmədən eskalatorların elektrik inteqallarının sxemlərinin sökülməsi, quraşdırılması, sazlanması və nizamlanması. Elektrik inteqalının, elektrik mühərriklərinin, aparatlarının sxemlərində istismar və təmir prosesində nasazlıqların və zədələnmələrin aradan qaldırılması. Elektrik sxemləri çıxarılmaqla cihazların elektrik hissəsinin yoxlanması və təmiri. Eskalatorların teleidarəetməsinin mürəkkəb sxemlərinin təmiri və təftişi. 6-7 kvalitet (1-2-çi.dəqiqlik dərəcələri) üzrə uyğunlaşdırmaq şərtiylə yığılan avadanlığın çilingərlik emalı.
BİLMƏLİDİR: elektrik mühərriklərinin konstruktiv quruluşunu və onların sarğılarının daxili birləşmələrinin sxemlərini, idarəetmə panelləri avadanlığının və aparatlarının təyinatını və quruluşunu, maşın zalı və eskalatorların maili hissəsinin. Kabellərin çəkilməsi üsullarını, cihazların tiplərinin təsnifatını, iş zamanı onların yoxlanılması, sınağı qaydalarını və qüsurların aradan qaldırılması üsullarını, izolyasiyanın müqavimət vahidlərinin və gücün ölçülməsi üsullarını, elektrik intiqalı sxemlərinin əsaslı surətdə yenidən quraşdırılmasının texniki şərtlərini, bütün tiplərdən olan eskalatorların elektrik avadanlığının sxemlərini, bütün-tiplərdən olan eskalatorların elektrik sxemlərindəki nasazlıqların müəyyən edilməsi metodlarını və nasazlıq olduqda işin sürətlə bərpa olunması üsullarını, elektrik intiqalı-sxemlərinin əsaslı surətdə yenidən quraşdırılmasının texniki şərtlərini, bütün tiplərdən olan eskalatorların elektrik avadanlığının sxemlərini, bütün tiplərdən olan eskalatorların elektrik sxemlərindəki nasazlıqlar müəyyən edilməsi metodlarını və nasazlıq olduqda işin sürətlə bərpa olunmasının üsullarını, eskalatorların teleidarəetmə qurğularının prinsipial və quraşdırma sxemlərinin və onların ayrı-ayrı qovşaqlarının sazlanması zamanı tətbiq olunan cihazları, dispetçer televiziya qurğularından istifadə etmə qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ. Fazalı rotoru olan və startorun sarğıları avtomatik surətdə başqa rejimə keçirilən elektrik mühərriklərinin çıxarılması, sökülməsi, yığılması və qurulması şərtilə eskalatorlara və onların elektrik avadanlığına xidmət göstərilməsi, onların təmiri və təftişi. Təcrübi elektrik mühərriklərinin və elektrik intiqalının idarəetmə sxemlərinin sınağı ilə birlikdə quraşdırılması. Elektrik intiqalının mürəkkəb idarəetmə sxemlərinin quraşdırılması. Bütün tiplərdən olan eskalatorların elektrik mühərriklərinin və elektrik sxemlərinin yoxlanılması, sazlanması, nizamlanması və sınağı. Eskalatorların avtoteleidarəetmə qurğularının çox mürəkkəb qovşaqlarının sökülməsi, təmiri və sazlanması. Avadanlığın, cihazların, mexanizmlərin iş rejimində və qurğuların təftişi və təmiri zamanı yoxlanılması. Çox mürəkkəb şablon və mexanizmlərin hazırlanması. 5 kvalitet (1-ci dəqiqlik dərəcəsi) üzrə uyğunlaşdırmaqla yığılan avadanlığın çilingərlik emalı.
BİLMƏLİDİR: bütün tiplərdən olan eskalatorların elektrik avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, uzaq məsafədən idarə olunan eskalatorların dəyişən cərəyanlı elektrik intiqallarının sxemlərini, onların quruluşunu və iş prinsipini, mexaniki ötürmə sistemini və reduktor qurğularını, yüklərin iş rejimlərinin yoxlanılması və istismar xarakteristikasının müəyyən olunması üsullarını, eskalatorların elektrik intiqallarının çox mürəkkəb idarəetmə sxemlərinin quraşdırılması və sökülməsi üsullarını, eskalatorların bütün avtoteleidarəetmə qurğularının quruluşunu, təmir olunmuş avadanlığın texniki sənədlərinin tərtib edilməsi qaydalarını, eskalatorların elektrik avadanlığının sınağına, nizamlanmasına, qəbuluna və təhvil verilməsinə qoyulan texniki şərtləri.
İŞİN XÜSUSİYYƏTİ. Eskalator intiqalının ən məsul qovşaqlarına - reduktora, işlək tormoza, qəza tormozu ilə birlikdə baş oxa, idarəetmə elektrik aparatlarına xidmət göstərilməsi, onların təmiri və tənzimlənməsi. Təcrübi elektrik mühərriklərinin və elektrik intiqalının idarəetmə sxemlərinin sazlanması və sınanması. Eskalatorların elektron-hesablama maşınları (EHM) əlaqələnmiş telemexanika sistemlərinin yoxlanılması, sazlanması, tənzimlənməsi və sınanması. Avadanlığın, cihazların, mexanizmlərin və qurğuların iş rejiminin tənzimlənməsi və sazlanması. Çox mürəkkəb texnoloji avadanlığın hazırlanması və onun sınanması.
BİLMƏLİDİR: eskalator intiqalının ən mürəkkəb və məsul qovşaqlarının bütün növlərdən olan eskalatorların, idarəetmə elektrik aparatlarının konstruktiv xüsusiyyətlərini, eskalatorların telemexaniki idarəetmə elektrik intiqallarının sxemlərini və onların iş prinsipini; EHM-in quruluşunu və iş prinsipini;
Peşə təhsili tələb olunur.
İŞİN XÜSUSİYYƏTİ: Gündə 150 minə qədər sərnişin daşıyan, yaxud baş elektrik mühərrikinin gücü 200 KVT-dək olan eskalatorların idarə olunması və onlara xidmət göstərilməsi. yüklənməsindən asılı olaraq mexanizmlərin iş rejiminin tənzimlənməsi, eskalatorun mexanizmlərini və avto-teleidarəetmə qurğularının sazlanması. Xidmət göstərilən eskalatorların saz vəziyyətinin təmin edilməsi və onların plan-xəbərdarlıq təmirində iştirak etmək.
BİLMƏLİDİR: Eskalatorların konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama üsullarını; bütün tiplərdən olan eskalatorların elektrik avadanlığının quruluşunu; yüklənməsindən asılı olaraq mexanizmlərin işinin ən sərfəli rejimlərinin sorğu kitabçaları və pasportlar üzrə müəyyən edilməsi qaydaları; xidmət göstərilən eskalatorların nasazlıqlarının aradan qaldırılması metodlarını və üsullarını; eskalatorların bütün elektrik intiqal mühafizələrinin və avtoteleidarəetmə qurğularının iş prinsipini; eskalator maşinisti üçün müəyyən olunmuş dərəcədən bir dərəcə aşağı həcmdə çilingərlik işlərini.
Kündə 150 mindən artıq sərnişin daşıyan, yaxud baş elektrik mühərrikinin gücü 200 KVT-dan çox olan eskalatorlara xidmət zamanı - 6-cı dərəcə.
Gün ərzində 200 mindən artıq sərnişin daşıyan müxtəlif tipli eskalatorları idarə etdikdə və onlara xidmət göstərdikdə yüksək dəqiqliyə malik cihazlarla eskalatorların elektrik sxemlərini yoxladıqda, sazladıqda və tənzimlədikdə, eskalatorun idarəetmə zəncirlərinin izolyasiyasına nəzarət sxemlərinin nizamlanması və təmiri zamanı - 7-ci dərəcə.
Qeyd. Eskalator maşinistin köməkçisi rəhbərliyi altında işlədiyi maşinistin dərəcəsindən bir dərəcə aşağı dərəcə ilə tarifləşdirilir,
İŞİN XÜSUSİYYƏTİ. Elektromexaniki avadanlığın təmizlənməsi, silinməsi, yuyulması. 12-14 kvalitet (5-7-ci dəqiqlik dərəcələri) üzrə detalların emalı zamanı çilingərlik işlərinin yerinə yetirilməsi. Sadə qovşaq və mexanizmlərin hazırlanması və təmiri. Sərt və yumşaq lehimlə qalaylama və lehimləmə, kabellərin çəkilişi, açılması və bir-birinə canlanması.
BİLMƏLİDİR: Metropolitenin elektromexaniki avadanlığının iş prinsipini, xidmət göstərilən avadanlıq və kabellərin tiplərini, naqillərin quraşdırılması üsullarını.
İŞİN XÜSUSİYYƏTİ. Əl, elektromexaniki və elektrohidravlik intiqalları olan və yerli pultlardan və əl intiqalından idarə olunan metropoliten avadanlığına texniki xidmət göstərilməsi və onların təmiri. Stansiyalarda əl intiqalından avadanlığın idarə olunmasının vəziyyətinə nəzarət. Avadanlığın, xətlərin, stansiyaların yerli və kompleks sınaqlarında iştirak etmək. Əl intiqalı olan avadanlığın qapanması və açılması zamanı nasazlıqların aradan qaldırılması, 11-12 kvalitet (4-5-ci dəqiqlik dərəcələri) üzrə işlər yerinə yetirilərkən elektromexaniki avadanlığın qovşaqlarının sökülməsi, təmiri və yığılması. Elektrik-buraxılış aparatlarının və kiçik güclü elektrik mühərriklərinin ayrı-ayrı qovşaq və detallarının təmiri. İzolyaSiya və torpaqlamanın müqavimətinin ölçülməsi. Əsas ventilyatorlara xidmət istisna olmaqla müxtəlif təyinatlı nasoslara və ventilyatorlara xidmət göstərilməsi. Boru kəmərlərinin təmiri və onlara xidmət göstərilməsi. Daha yüksək ixtisaslı elektrik çilingərinin rəhbərliyi ilə cihaz və aparatların nizamlanması və dəqiqləşdirilməsi. Lampa közərmələrinin, şəbəkənin gərginliyinin və siqnalın səviyyəsinin ölçülməsi. Teleavtomatika sxemlərinin relelərinin mexaniki nizamlanması. Enerji qida bloklarının təftişi. Quraşdırmaların və prinsipial sxemin nişanlanmalarının yoxlanılması. İzolyasiya materiallarının çertyoj üzrə emalı. Kabel zədələnmələrinin aradan qaldırılması.
BİLMƏLİDİR. yerli pultlardan idarə olunan takelajın və xidmət göstərilən avadanlığın quruluşunu; elektrik buraxılış cihazları və aparatlarının iş prinsipini, avadanlığın korroziyasının təmizlənməsi üsullarını; iş çertyojlarının və elektrik sxemlərinin oxunması qaydalarını; elektromexanika, mexanika, hidravlika və metalların emal texnologiyası üzrə əsas məlumatları, tikili və avadanlıqların yaxınlaşma qabaritlərini, avadanlığın enerji qida sxemlərini, boru kəmərlərinin, hava kəmərlərinin sınaq qaydalarını, daimi və dəyişən cərəyanlı enerji mənbələri və enerji qida sxemləri haqqında ümumi məlumatları, kvalitetləri (dəqiqlik dərəcələrini), nominal gərginlik üzrə qoruyucuların seçilməsi qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ. Elektromexaniki və elektrohidravlik intiqalları olan və uzaq məsafədəki pultlardan və stansiyalardan idarə olunan avadanlığa texniki xidmət göstərilməsi və onların təmiri. Əsas ventilyatorlara xidmət göstərilməsi. Konusvari, dişli çarxın, hidravlik domkratları olan reduktorların sökülməsi və yığılması. 7-10 kvalitet (2-3-cü dəqiqlik dərəcələri) üzrə detalların çilingərlik emalı üzrə işlərin yerinə yetirilməsi ilə diyircəkli yastıqların, dişli çarxların dəyişdirilməsi. Müxtəlif sistemli relelərin, elektrik buraxılış aparatlarının və elektrik mühərriklərinin təmiri və dəyişdirilməsi.
Avadanlığın idarəetmə sxemlərində diodların dəyişdirilməsi. Avadanlığın idarəetmə sxemlərindəki nasazlıqların aradan qaldırılması və idarəetmə sxemlərinin iş qabiliyyətinin təmin edilməsi. Avadanlığın, xətlərin, stansiyaların sınaqlarında iştirak etmək. Rele mühafizəsi, elektroavtomatika və telemexanika qurğularının təftişi və sazlanması. Yenidən qurulan avadanlığın defektlərinin müəyyən olunması və onların aradan qaldırılması. Birləşmələrin mürəkkəb sxemlərinin quraşdırılması. Teleavtomatika sxemlərinin açar və relelərinin sökülməsi və yığılması. Teleavtomatikanın quraşdırılmasının keyfiyyətinin və qurğularının cərəyan altında yoxlanılması. Daha yüksək ixtisaslı elektrik çilingərinin rəhbərliyi altında teleavtomatika sxemlərinin sazlığını yoxlamaqdan ötrü sınaq sxemlərinin yığılması.
BİLMƏLİDİR: uzaq məsafədəki pultlardan və stansiyalardan idarə olunan xidmət göstərilən avadanlığın quruluşunu, qovşaq və detalların köhnəlmə normalarını, müxtəlif texnoloji rejimlərdə avadanlığın idarəetmə sxemlərinin, təzyiq altında işləyən qabların hidravlik sınağını, qaz analizatorlarının iş prinsipini, avadanlığın qovşaq və detallarının sökülməsi və quraşdırılmasının texnoloji ardıcıllığını, qovşaqların, detalların qaynağı zamanı metalların deformasiyasının və daxili gərilmələrin aradan qaldırılması və onun qarşısının alınması üsullarını, elektrik.avadanlığının çertyoj və sxemlərindəki artıq-əskiklikləri, bərkitmələri və nişanlanmaları, təmir olunan cihazların, mexanizmlərin, aparatların quruluşununu və sazlanması üsullarını, müqavimətlərin hesablanması qaydalarını, mürəkkəb birləşmələrin sxemlərini, elektrotexnikanın, hidravlikanın, mexanikanın, elektronikanın və metalların emalı texnologiyasının əsaslarını, teleavtomatika cihazlarının prinsipial və quraşdırma sxemlərini, elektrik qida mənbənin sxemlərini.
İŞİN XÜSUSİYYƏTİ: Nasoslara, ventilyatorlara, klapanlara texniki xidmət göstərilməsi, onların təmiri, və sazlanması. Valların, vintli dayaqların, konusvari və dişli çarxlı reduktorlarını eyni ox üstündə nizamlanması. İşlər başa çatdıqdan sonra avadanlığın yaxınlaşma qabaritlərinin yoxlanması. Ayrı-ayrı qovşaqların sökülməsi, quraşdırılması üzrə mürəkkəb takelaj işlərinin yerinə yetirilməsi, 6-7 kvalitet (1-2 dəqiqlik dərəcələri) üzrə çilingərlik işlərinin yerinə yetirilməsi. Süzgəclərin dəyişdirilməsi. kabellərin çəkilişi və onların son şəbəkə açarlarına və elektrik mühərriklərinə qoşulması. Yerli avtomatik idarəetmənin sxemlərinin dəyişdirilməsi. Kabellərin çəkilişi və onların son şəbəkə açarlarına və elektrik mühərriklərinə qoşulması. Yerli avtomatik idarəetmənin sxemlərinin təmiri, nizamlanması və sazlanması. Müxtəlif texnoloji rejimlərdə avadanlığın idarə olunması. Elektrik-ölçü və nizamlama bloklarında. Müxtəlif texnoloji rejimlərdə sınaqların idarə olunması və keçirilməsi. Uzaq məsafədən idarəolunma həlqələrində istifadə edilən müxtəlif sistemlərin, elektron bloklarının və elektrik buraxılış aparatlarının ötürücülərinin təmiri, sazlanması, nizamlanması. Elektrik mühərriklərinin və takelaj avadanlığının sarğılarının sınanması. Nəzarət-ölçü cihazlarından istifadə qaydaları və onların sazlanması.
Çox mürəkkəb və dəqiq cihazların quraşdırılması və dəqiqləşdirilməsi. Cihazların işindəki qüsurların aşkara çıxarılıb aradan qaldırılması. Elektrik cihazlarının başqa ölçü hədlərinə keçirilməsi. Xidmət göstərilən avadanlığın və teleavtomatika aparatlarının elektrik xarakteristikasının ölçmələrinin yerinə yetirilməsi. Teleavtomatika sxemlərinin yoxlanılması və sazlanmasından ötrü sınaq sxemlərinin yığılması. Teleavtomatika avadanlığının quraşdırılması. Qurulduğu yerdə teleavtomatika aparatlarının yoxlanılması yolu ilə detalların defektlərinin və köhnəl-məsinin səbəblərinin aşkar edilməsi. Teleavtomatika sxemləri həlqələrinin sınanması və sazlanması. Relekontakt aparatlarının təftişi, təmiri və sazlanması.
BİLMƏLİDİR: xidmət göstərilən avadanlığın konstruktiv xüsusiyyətlərini, onun hazırlanması, qəbulu və quraşdırılmasının texniki şərtlərini; texnoloji rejimlər üzrə avtomatik sistemlərin sınaqları ilə bağlı işlərin təşkilinin qaydalarını, artıq-əskiklik, bərkitmə sistemini və onların çertyojlara qeyd olunmasını; çertyojların oxunmasını; təyziq altında işləyən qabların quruluşunu və istismarını; cihaz və avtomatların işində defektlərin əmələ gəlməsi səbəblərini, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərini; xidmət göstərilən avadanlığın texniki xarakteristikasını, teleavtomatika və teleişarəvermə zəncirlərinin prinsipial sxemlərini, avadanlığın və teleavtomatika kanallarının elektrik normalarını; mürəkkəb nəzarət-ölçü cihazlarının sazlanmasının və nizamlanmasının qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ. İdarəetmənin rejim sxemlərinə və təcrübi avadanlığa texniki xidmət göstərilməsi, onların təmiri, sazlanması və sınağı. Uzaq məsafədəki pultdan idarəetmə sxemlərindəki, avtomatik buraxılış sxemlərindəki, işarəvermə komanda sxemlərindəki nasazlıqların aşkar olunması və aradan qaldırılması. Avadanlığın iş rejimlərinin yoxlanması, bütün sistem və tiplərdən olan mürəkkəb və dəqiq cihazların, qurğuların, ötürücülərin təmiri, quraşdırılması, sazlanması. Avadanlığın kompleks sınaqları üzrə işlərin yerinə yetirilməsi və sınaqların gedişində nasazlıqların aradan qaldırılması. Avadanlığın həncamalarının eyni ox üstündə nizamlanması. Elektrik lövhələrinin yoxlanması. Mürəkkəb rele-kontakt sxemlərinin təftişi və nizamlanması. Elektron ölçmə aparatlarının işində ossiloqraflardan, yüksək tezlikli ölçücülərdən və generatorlandan istifadə olunması. Teleavtomatika sisteminin sazlanması. Teleavtomatika aparatlarının xüsusi qeyri-tipik sınaqlarının keçirilməsindən ötrü sxemlərin yığılması. Rabitə kanallarında siqnalların səviyyəsinin nizamlanması.
BİLMƏLİDİR: teleölçmə, teleişarəvermə və teleavtomatika sxemlərinin sazlanmasının qaydalarını və üsullarını; elektrik ölçü cihazlarının quruluşunu, avadanlığın sxemlərini və iş rejimini; mürəkkəb sxemlərin və qovşaqların təcrübi nümunələrini, məsul qovşaq və detalların bərpa üsullarını, işləməyən mexanizm və detalların üzərinə düşməsinə yol verilən yükləri; müxtəlif rejimlərdə avadanlığın kompleks idarəetmə üsullarını; nasazlıqları aşkar etməyin və onların bütün tiplərdən olan avadanlıqlarda aradan qaldırılması üsullarını və yollarını.
İŞİN XÜSUSİYYƏTİ: Gündə 25 min nəfərə qədər sərnişin axını olan avtomatik buraxılış məntəqələrinə xidmət göstərilməsi. İş prosesində onların mexanizm və qurğularının sazlanması. Avtomatik buraxılış məntəqələrinin pulqəbuledicilərinin, işıqlanan lövhələrinin, qapıcıqlarının saz işinə nəzarət. Pulqəbuledicilərin zibillənməsi səbəblərinin müəyyən olunması və aradan qaldırılması. Buraxılış avtomatlarının qoşulması və söndürülməsi, buraxılış məntəqəsindən keçən sərnişinlərin biletlərinə və gediş sənədlərinə nəzarət və onların maneəsiz və təhlükəsiz keçidinin təmin olunması. Daxıllardakı vəsaitin mühafizəsinin təmin edilməsi. Böyük kassirlə birlikdə avtomatik daxıllardan xırda pulların boşaldılması, onların daşınması və komissiya vasitəsilə hesablanmasında iştirak etmək. Daha mürəkkəb nasazlıqların aradan qaldırılmasından ötrü elektrik çilingərinin çağırılması. Metropoliten üzrə gediş marşrutlarının sərnişinlərə izah edilməsi.
BİLMƏLİDİR: avtomatik buraxılış məntəqələrinin iş prinsipini və istismar qaydalarını, onların əlavə sazlanması qaydalarını və daha səmərəli iş rejiminin müəyyən olunması şərtlərini; avtomatik buraxılış məntəqələrinin işindəki nasazlıqların aşkar olunması və aradan qaldırılması üsullarını.
İŞİN XÜSUSİYYƏTİ: Kündə 25 mindən 40 minədək sərnişin axını olan avtomatik buraxılış məntəqələrinə iş prosesində onların mexanizm və qurğularını sazlamaq şərtilə xidmət göstərilməsi.
BİLMƏLİDİR: avtomatik buraxılış məntəqələrinin quruluşunu, sazlanması qaydalarını; fizika və elektronikanın əsaslarını. Gün ərzində 40 min nəfərdən artıq sərnişin axını olan avtomatik nəzarət məntəqələrinə, yaxud dəmiryol vağzalları və stansiyaları yaxınlığındakı metropoliten stansiyalarının avtomatik nəzarət məntəqələrinə xidmət zamanı.
İŞİN XÜSUSİYYƏTİ: Metal konstruksiyalarına (darvazalarına) xidmət göstərilməsi, onların təmiri və saz vəziyyətdə saxlanılması. Ayrı-ayrı qovşaqların təmiri və 12-14 kvalitet (5-7-ci dəqiqlik dərəcəsi) üzrə çilingərlik emalı və uyğunlaşdırılması şərtilə onlardan ötrü detalların hazırlanması ilə birlikdə həmin qovşaqların sökülməsi, təmiri və yığılması. Detalların bənd və qaynaq edilməkdən ötrü uyğunlaşdırılması və qurulması. Elektrik-qaz qaynaqçıları ilə birgə iş. Diyircəkli yastıqlardakı, reduktorlardakı və hidrointiqallardakı sürtgü yağının dəyişdirilmə-si. Darvaza süzgəclərinin təmizlənməsi. Avadanlıqların profilaktik təmiri və xırda nasazlıqlarının aradan qaldırılması.
BİLMƏLİDİR: elektrik mühərriklərinin, cihazların və metal konstruksiyaların (darvazaların) iş prinsipini və mexanizmlərin quruluşunu və istismar qaydalarını; detalların yoxlanılması və uyğunlaşdırılması üsullarını; yığılan və hazırlanan detalların təmir həcmləri barədə əsas məlumatları; korroziyanın əmələ gəlməsinin səbəblərini və onunla mübarizə üsullarını; tətbiq olunan sürtgü materiallarının təyinatını; hidravlik darvazalarda tətbiq olunan mayelərin xüsusiyyətlərini; elektro-texnika üzrə adi məlumatları, elektrik mühərriklərinin qoşulması üsullarını; quraşdırma zamanı takelaj işlərinin aparılması qaydalarını; metal konstruksiyaların (darvazaların) iş rejimini.
İŞİN XÜSUSİYYƏTİ: Əl intiqallı darvazalara və mexaniki intiqallı sadə dar-vazalara xidmət göstərilməsi, onların təmiri, idarə olunması və saz vəziyyətdə saxlanması. Kompleks sınaqlar zamanı göstərilən darvazalardan ikisi, yaxud üçü eyni vaxtda bağlandıqda cəlb edilmiş işçilərin hərəkətinin müşahidə edilməsi. Sadə nasazlıqların aradan qaldırılması. 11-12 kvalitet (4-5-ci dəqiqlik dərəcələri) üzrə çilingərlik emalı və uyğunlaşdırılması ilə qovşaq və detalların təmiri və hazırlanması. Mexanizmlərin yığılan qovşaqlarının 100 atmosfer təzyiqi altında hidravlik sınağı. Kabelin nişanlanması, açılması və fazalara ayrılması. Birləşdirici kabel muftalarının və ucluq hörmələrinin quraşdırılması. Elektrik bölüşdürücü şkafların, sipərlərin və kontaktor panellərinin təmiri, yığılması və qurulması. Qurulmuş dəyişən cərəyanlı elektrik mühərriklərinin profilaktik təmiri. Elektrik buraxılış və nizamlayıcı qurğuların və elektrik alətlərinin ayrı-ayrı qovşaq və detallarının təmiri. Elektrik izolyasiyası müqavimətinin ölçülməsi.
BİLMƏLİDİR: Əl intiqallı və mexaniki sadə metal konstruksiyaların quruluşunu, istismar şərtlərini və qaydalarını; təmir olunan metal konstruksiyaların bərkidilməsi üsullarını, yol verilən artıq-əskikliklər barədə əsas məlumatları və onların çertyojlarda qeyd olunmasını, metal konstruksiyaları, mexanizmlərini, detal və qovşaqlarının təmiri və yığılması üsullarını, qaldırıcı nəqliyyat mexanizmlərinin istismarı. qaydalarını, dəyişən cərəyanlı elektrik mühərriklərinin işi zamanı yol verilən yükləri; nəzarət-ölçü alətlərinin quruluşunu və təyinatını; elektrik izolyasiyası müqavimətini sınanması qaydalarını; elektrotexnikanın, mexanikanın və metalların emalı texnologiyasının və hidravlikanın əsaslarını; tunelin qabaritlərini.
İŞİN XÜSUSİYYƏTİ: Pnevmohidravlik sürətləndiriciləri olan darvazalardan başqa, stansiya, tunel və vestibüllərin şlüz və digər tipli darvazalarına xidmət göstərilməsi, onların təmiri, idarə olunması və saz vəziyyətdə saxlanılması. Darvazaların idarə olunmasının praktiki öyrədilməsi və kompleks sınaqlar zamanı dörd, yaxud beş tunel, stansiya və vestibül darvazalarının eyni vaxtda bağlanıb-açılması zamanı digər xidmətlərdən cəlb olunmuş işçilərin hərəkətlərinin müşahidə edilməsi.
Kompleks sınaqlar zamanı qatarların hərəkəti başlananadək darvazaların nasazlıqlarının aradan qaldırılması, vintli reduktorların, transmissiyaların, germetizasiyanın və hidravlik domkratların yığılması. 100 atmosferdən artıq təzyiq altında mexanizmlərin yığılan qovşaqlarının hidravlik sınağı. Asinxron elektrik mühərriklərinin və müxtəlif sistemli relelərin təmiri. Buraxılış və mühafizə aparatlarının təmiri və nizamlanması. Detal və qovşaqların 7-10 kvalitet(2-3 dəqiqlik dərəcələri) üzrə çilingərlik emalı və uyğunlaşdırılması.
BİLMƏLİDİR: Pnevmohidravlik sürətləndiriciləri olan darvazalardan başqa şlüz və digər tipli metal konstruksiyaların quruluşunu və təyinatını, mexanizmlərin və elektrik avadanlıqlarının quraşdırılması, sökülməsi, təmiri və təftişinin texnoloji ardıcıllığını, yol verilən artıq-əskikliklərin və bərkitmələrin və onların elektrik avadanlığının çertyojlarına və sxemlərinə qeyd olunmasını, mühafizə və avtomatikanın quruluşunu, müxtəlif sistemli relelərin konstruksiyasını, qaynaq zamanı metalların deformasiyasının və daxili gərginliklərin qarşısının alınmasını və aradan qaldırılması üsullarını, ikitərəfli hərəkətə malik pnevmohidravlik sürətləndiricilərdən başqa bütün tiplərdən olan darvazaların idarə edilməsi qaydalarını, xidmət göstərilən sahədə metal konstruksiyalarının yerləşdirildiyi yerləri.
İŞİN XÜSUSİYYƏTİ: İkitərəfli hərəkət edən və qeyri-tipik darvazalardan başqa bütün növlərdən olan stansiya, tunel və vestibül darvazalarına xidmət göstərilməsi, onların təmiri, idarə olunması və saz vəziyyətdə saxlanılması. Digər xidmətlərin cəlb olunmuş darvazaların bütün növlərinin idarə edilməsinin öyrədilməsi. Darvazalar qrupunun sınaqları zamanı həmin işçilərin hərəkətlərinin müşahidə edilməsi. Kompleks sınaqlar zamanı qatarların hərəkəti başlananadək darvazalarındakı nasazlıqların aradan qaldırılması. Hidrointiqalın, qapayıcı və qoruyucu armaturun, buxarpaylayan keçiricilərin və sürətli hidravlik nasosların təmiri və sazlanması. Sipərlərin və yol (svetofor) idarəverməsi ilə birlikdə bloklaşdırmanın uzaq məsafədən idarə olunması pultlarının mühafizə qurğularının və avtomatikasının, elektrik aparatlarının təmiri, nizamlanması və sınağı, 6-7 kvalitet (1 -2-ci dəqiqlik dərəcələri) üzrə çilingərlik emalı və uyğunlaşdırılması və köhnəlmiş detal və qovşaqların bərpası. Mürəkkəb takelaj işlərinin yerinə yetirilməsi. Təmir olunmuş avadanlığa texniki sənədlərin tərtib edilməsi. Pnevmohidravlik akkumulyatorların doldurulması. Təmir olunmuş, yaxud yoxlanılmış avadanlığa texniki uçot qaydalarının aparılması. Darvazaların yol qurğuları ilə birləşmələrinin yoxlanılması.
BİLMƏLİDİR: İkitərəfli hərəkət edənlərdən başqa, bütün tiplərdən olan darvazaların konstruksiyasını, təmirini, sazlanmasını və onlara xidmət göstərilməsi qaydalarını, mexanizmlərin və elektrik cihazları qovşaqlarının nizamlanması və sınaqdan çıxarılmasından ötrü texniki şərtləri, takelaj və sadə qaynaq işlərinin yerinə yetirilməsi qaydalarını, metal konstruksiyaların quraşdırılması və sökülməsi üzrə işlərin təşkilini, uzaq məsafədən idarəetməni və işarəvermə mərkəzləşdirmə və bloklaşdırma qurğularını, onunla bloklaşdırmanı, yolun quruluşunu, təmir olunmuş avadanlıq üçün texniki sənədlərin tərtib edilməsi qaydalarını, köhnəlmiş detalların bərpası və möhkəmləndirilməsi üsullarını, hidrokommunikasiya sxeminin cihazlarının yerləşdiyi yerləri, uzaq məsafədən idarəetmə, bloklaşdırma və elektrik qida mənbəsinin sxemlərini.
İŞİN XÜSUSİYYƏTİ: Qeyri-tipik və ikitərəfli hərəkət edən darvazalar da daxil olmaqla bütün tiplərdən olan stansiya, tunel və vestibül darvazalarına xidmət göstərilməsi, onların təmiri, idarə olunması və saz vəziyyətdə saxlanması. Elektrik və mexaniki idarəetmə zəncirləri dispetçer mərkəzləşdirilməsi ilə birləşdirildiyi zaman xüsusi ikitərəfli hərəkət darvazalarının sökülməsi, təmiri, yığılması, sazlanması, nizamlanması və sınağı. Darvazaların pnevmohidravlika sürətləndiricilərinin təmiri, sazlanması, nizamlanması və sınağı. Təmir prosesində yoxlama və kompleks sınaqlar zamanı avadanlığın istismarı gedişində defektlərin aşkar olunması və aradan qaldırılması. Darvazaların idarəetmə və mühafizə sxemlərinin təmiri, sazlanması və nizamlanması, müəyyən olunmuş rejimlərdə darvazaların kompleks sınaqları, sazlanması və idarəedilməsi.
BİLMƏLİDİR: Bütün tiplərdən olan darvazaların konstruksiyasını, elektrotexnikanın, mexanikanın, aerodinamikanın, hidravlikanın, həndəsənin və triqonometriyanın əsaslarını, təmir edilən, sazlanan və sınaqdan çıxarılan avadanlığın texniki xarakteristikasını və konstruksiyasını, habelə onun iş rejimini, metal konstruksiyalarının təcrübi nümunələrini, avtomatika qurğularının sazlanma üsullarını, işləyən detal və mexanizmlərin yol verilən yükləmə həddini, müxtəlif rejimlərdə metal konstruksiyalarının kompleks idarəolunması üsullarını, bütün tiplərdən olan darvazaların nasazlıqlarının sürətlə aşkar edilməsinin və onların aradan qaldırılma-sının üsullarını və yollarını, nəzarət-ölçü cihazlarının quruluşunu, qaz analizatorlarının, mikromanometrlərin, anemometrlərin, güyölçənlərin və s. quruluşunu.
İŞİN XÜSUSİYYƏTİ: Mühafizə qurğuları və avtomatikası olmayan elektrik qaldırıcı qurğularına və cihazlarına xidmət göstərilməsi, onların təmiri və saz vəziyyətdə saxlanması. Xidmət göstərilən elektrik qurğularının və cihazlarının profilaktik və orta təmiri, 10-12 kvalitet (4-5-ci dəqiqlik dərəcələri) üzrə detalların çilingərlik emalı. Tıxac kranlarının sürtülüb uyğunlaşdırılması, elektrik qızdırıcı qurğularının, cihazların, elektrik sxemlərinin və onları enerji ilə qidalandıran naqillərin sökülməsi və quraşdırılması.
BİLMƏLİDİR: Elektrik qızdırıcı qurğuların, cihazların quruluşunu və onların hesablanmasını; detalların çilingərlik emalı və qovşaqların yığılması üsullarını; yol verilən artıq-əskiklikləri, bərkitmələri; çertyojlarda kvalitetlərin (dəqiqlik dərəcələrinin)qeyd edilməsini; xidmət göstərilən qurğuların təmiri, sınağının və nizamlanmasının texniki şərtlərini; kabel şəbəkəsi sxemlərini və giriş qurğularını; prinsipial elektrik quraşdırma sxemlərini; elektrotexnikanın əsaslarını.
İŞİN XÜSUSİYYƏTİ: Elektrik intiqallı təmizləmə maşınlarını, hava-məişət kondisionerlərinə, soyuduculara, mərmərin cilalanmasından ötrü dəzgahlara, mərməryuyan maşınlara, elektrik tozsoranlarına, rəngləmə pultlarına, sement məhlulunun və qaynar bitumun vurulması üzrə nasoslara, suvaqlama maşınlarına, qüllələrə və pnevmatik və elektriklə işləyən digər avadanlıqlara xidmət göstərilməsi, onların təmiri, saz vəziyyətdə saxlanması və iş qabiliyyətinin yoxlanılması, Avadanlığın profilaktik və orta təmiri. Avadanlığın yığılması, təmiri və quraşdırılmasından ötrü mexanizmlərin hazırlanması. Vakuum-nasosun pərlərinin onun tarazlanması və yoxlanması. Xidmət göstərilən avadanlığın mexaniki qovşaqlarının sökülməsi, təmiri və yığılması. Detalların 7-10 kvalitet (2-3 dəqiqlik dərəcələri) üzrə çilingərlik emalı. Elektrik mühərriklərinin, buraxılış aparatlarının, elektrik naqillərinin və digər mexanizmlərin sökülməsi, təmiri və quraşdırılması. Elektrik qida kabelinin və ştepsel birləşmələrinin yoxlanılması, təmiri,
BİLMƏLİDİR: Xidmət göstərilən bütün tiplərdən olan avadanlığın quruluşunu, təmizləmə maşınlarının, hava kondisionerlərinin, soyuducuların istismar qaydalarını, təmirini, sınağının, nizamlanmasının və qəbulunun texniki şərtlərini; nəzarət-ölçü alətlərinin, cihazların və təmir mexanizmlərinin tətbiqi qaydalarını; yol verilən artıq-əskikliklər və oturtmalar sistemimi; kvalitetləri (dəqiqlik dərəcələrini); bütün tiplərdən olan naqillərin quruluşunu: naqillərin, qoruyucuların en kəsiklərinin sadə hesablamalarını və enerji qida mənbələrinin yol verilən yüklərini.
İŞİN XÜSUSİYYƏTİ: Pulxırdalama avtomatlarına, pulhesablama maşınlarını, metropoliten xətləri üzrə sərnişinlərin gedişinin səmərəli marşrutlarının elektrosxemlərinə, avtomatika və mühafizə qurğuları ilə təchiz olunmuş elektrik qızdırıcı qurğulara və cihazlara, avtomatik yarımdoldurucu qurğulara xidmət göstərilməsi, onların təmiri və saz vəziyyətdə saxlanması. Xidmət göstərilən avadanlığın profilaktik və orta təmiri. Əsaslı təmirdə iştirak etmək. 6-7 kvalitet (1-2-ci dəqiqlik dərəcələri) üzrə detalların çilingərlik emalı. Avadanlığın quraşdırılması və sınağı. Avadanlığın və avtomatikanın yoxlanması və təmiri. Avadanlığın elektrik və mexaniki hssəsinin iş prosesində nasazlıqlarının aşkar olunması və aradan qaldırılması.
BİLMƏLİDİR: Xidmət göstərilən avadanlığın quruluşunu, təyinatınını və istismar qaydalarını; avadanlığın təmiri və quraşdırılmasının texniki şərtlərini və ardıcıllığını, sınağın qaydalarını; detalların zədələnmələrinin və vaxtından əvvəl köhnəlməsinin səbəblərini müəyyən etmə üsullarını; elektrik istilik ölçmə cihazlarının təsnifatını, onların yoxlanılması və istifadə olunması qaydalarını; ovma, deşici, yonucu dəzgahlarından, ölçü cihazları və alətlərindən istifadə etmə qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Sərnişinlərin buraxılışı üzrə avtomatik nəzarət məntəqələrinə xidmət göstərilməsi, onların təmiri və saz vəziyyətdə saxlanılması. Yüksək tezlikli elektrik sxemlərinin işini, xidmət göstərilən avadanlıqlarda tətbiq olunan yarımkeçirici cihazların xarakteristikalarının yoxlanılması. Mövcud elektrik qurğularının, makaraların və kondensator tutumlarının izolyasiya müqavimətinin ölçülməsi. İmpulslu sayğacların sınağı, releləri və maqnitli buraxıcıların nizamlanması, kontaktların dəyişdirilməsi, xidmət göstərilən avadanlığın detal və qovşaqların bərpası və dəyişdirilməsi. Xidmət göstərilən avadanlığın profilaktik və orta təmiri, əsaslı təmirdə iştirak etmək. Avadanlığın istismarı və mexaniki hissəsinin və yüksək tezlikli yarımkeçirici elektrik sxeminin bütün növlərdən olan təmiri zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
Sərnişinlərin buraxılışı üzrə avtomatik nəzarət məntəqələrinin elektrik və mexaniki hissələrinin, fasiləsiz işləyən elektrik qaynadıcılarının, avtomatik, dondurucu bufer qurğularının cərəyan nizamlayıcılarının, məişət kondisionerlərinin sökülməsi və quraşdırılması. Fotoötürücü və termoötürücülərin nizamlanması və onların işinin bütün qurğuların işinə uyğunlaşdırılması, bütün növlərdən olan mühafizə qurğularının və avtomatikanın yoxlanılması və sazlanması.
BİLMƏLİDİR: xidmət göstərilən avadanlığın elektrik sxeminin quruluşunu, təyinatını və istismar qaydalarını; xidmət göstərilən avadanlığın istismarı və sökülməsi, təmiri və yığılması üzrə texniki ardıcıllıq qaydalarını; yarımkeçirici cihazların xarakteristikasını; yüksək tezlikli və impulslu sxemlərin iş prinsipini; həndəsi optika, infraqırmızı işıq süzgəcləri, radiotexnika və elektrotexnika materialları barədə əsas məlumatları; rele, transformaton sarğılarının hesablanması qaydalarını; mövcud elektrik qurğularında işlərin yerinə yetirilməsi metodlarını və qaydalarını; avtomatikanın və avtomatik tənzimlənmənin əsaslarını.
İŞİN XÜSUSİYYƏTİ: Metal, taxta, daş, beton və dəmir-beton körpülərin, yol körpülərinin, viaduk, akveduk, estakada, nov və sair süni qurğuların çilingərlik, pərçimləmə, dülgərlik və beton işləri yerinə yetirilməklə birlikdə təmiri və texniki cəhətdən saxlanılması. Süni qurğuların çirkdən, zibildən, pasdan, qardan və buzdan təmizlənməsi. Armatur poladın açılması, düzəldilməsi və kəsilməsi. Pərçimlərin qızdırılması. Süni qurğuların səthinin rənglənmək üçün hazırlanması. Taxta-şalban materiallarının əl ilə emal edilməsi. Həncama və vərdənələrin yağlanması.
BİLMƏLİDİR: Süni qurğuların konstruksiyalarının hissə və elmentlərinin adlarını və təyinatını; alətin quruluşunu; metal, beton, dəmir-beton, taxta və daş səthlərin təmizlənməsi üsullarını; çilingərlik, pərçimləmə, dülgərlik və beton işlərinin üsullarını; armatur poladının açılması, düzəldilməsi və kəsilməsi üsullarını; əl alətinin və mexanizmlərinin köməyi ilə işlərin yerinə yetirilməsi üsullarını; səthi rəngləmək üçün hazırlamağın qaydalarını; taxta-şalban materiallarının əl ilə emalı üsullarını; yüklərin yerdəyişdirmə və anbara yığılma qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Dayaqların səthinin təmiri və texniki cəhətdən saxlanması, habelə körpülər, nənnilər və digər yardımçı və qoruyucu vasitələr tətbiq edilmədən çilingərlik, pərçimləmə, dülgərlik və beton işlərinin yerinə yetirilməsi ilə yanaşı müxtəlif materiallardan olan aşırım tikillilərinin və müni qurğu qovşaqlarının ayrı-ayrı elementlərinin dəyişdirilməsi ilə birlikdə təmiri. Bəndləri hazırlamaq. Süni qurğuların elementlərində pərçim üçün deşiklərin açılması. Armatur millərinin soyuq vəziyyətdə əyilməsi. Süni qurğuların elementlərində pərçim üçün dayaq hörgülərinin sökülməsi. Girinti-çıxıntıların dəlik və zolaqların kərpiclə və beton qatışığı ilə doldurulması. Beton və dəmir-beton konstruksiyaların çərtib sökülməsi. Səthləri malalamaq malının təmir edilməsi. Sement qarmaqların qurulması. Piyada və yol körpülərindəki asfalt-beton qatlarının təmizlənməsi və doldurulması. Taxta şalban materiallarının mexanikləşdirilmiş alətlə emalı. Dayaq və buz kəsənlərə taxtadan üzlük çəkilməsi. Taxta döşəmənin salınması və onun dəyişdirilməsi. Körpü və şpal qəfəsələrinin sökülməsi. Taxta pilləkanların təmir edilməsi.
BİLMƏLİDİR: Süni qurğuların növlərini və tiplərini, onalrın saxlanılması və təmiri üzrə başlıca əsasları; zədələrin təmir qaydalarını və onların qarşısının alınması üsullarını; soyuq və isti pərçimlənmə qaydalarını; pərçimlərin ölçülərini, pərçimi bərkitmə həddini; poladların növlərini və markalarını; armatur millərinin düzəldilməsi və əyilməsi üsullarını; hörmə və doldurmalarda yuvacıq və deşiklərin açılması üsullarını; daş və yonulmamış daş hörgülərinin sökülməsini; sementlərin, doldurucuların və beton qatışıqlarının əsas markalarını; asfaltbeton qatışıqları, mastikaların, emulsiyaların, Təsirsiz doldurucuların növlərini; taxtabənd sipərlərinin hazırlanması üsullarını; taxta-şalban materillarının emal edilməsi üsullarını; antiseptik və yanğından mühafizəedici tərkiblərdə davranış qaydalarını və onlarla işləməyin üsullarını; pnevmatik çəkiclərin, pərçimlə qövslərinin və digər mexanikləşdirilmiş alətlərin quruluşunu; məhlulqızdıranlara və nasoslara xidmət göstərilməsi qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Körpülərin, nənnilərin və digər yardımçı və qoruyucu vasitələrin tətbiqi ilə çilingərlik, pərçimləmə, dülgərlik və beton işlərinin yerinə yetirilməsi ilə birlikdə tağlı, tirli, açılan və asma körpülərdən başqa müxtəlif materiallardan süni qurğuların aşırım tikililərinin element və qovşaqlarının dəyiş-dirilməsi şərti ilə təmiri. Süni qurğuların elementlərinin hazırlanması və onların qovşaq halında yığılması. Aşırım tikililərində və dayaqlarında sürahı çəpərlərin qurulması və təmiri. Ayrı-ayrı millərdən, anker boltlarından və özül detallarından ibarət olan armaturun qurulması. Armatur torlarının və yastı karkasların yığılması və quraşdırılması. Yığma dəmir-beton konstruksiyalardakı tikişlərin kəpitkələnməsi və doldurulması. Əvvəllər düzülmüş hörgünün tikişlərinin sökülməsi. Piyada və yol körpülərindəki dəmir-beton və metal pilləkənlərin təmiri. Bərkimələrin, novların və çəpərlərin dəmir-beton detallarının hazırlanması.
Asfaltbeton örtüklərin profillənməsi və sahmanlanması. Nizamlama və mühafizə qurğularının təmiri. Taxtabəndlərin, körpülərin, körpücüklərin və şpal qəfəsələrinin qurulması. Nənnilərin asılması və açılması. Körpülərin və şpal qəfəsələrinin yığılması.
BİLMƏLİDİR: Süni qurğuların və yolun üst qatının saxlanılması normalarını və yoxlama üsullarını; körpülərin metal hissələrində yarıqların aşkara çıxarılması üsullarını, zədələnmiş qovşaqların dəyişdirilməsi ilə birlikdə süni qurğuların aşırım tikililərinin təmir qaydalarını, qovşaqların hazırlanması və yığılması qaydalarını, armatur torlarının və karkasların yığılması üsullarını, mastikaların, emulsiyaların, asfalt-beton qatışıqlarının və büzücü materialların keyfiyyətinə qarşı irəli sürülən tələbləri, örtüklərin qurulması və təmiri qaydalarını, dayaq hörgülərinin təmiri və süni qurğuların yığma beton və dəmir-beton səthlərinin quraşdırılması üsullarını, taxtabəndlərin, körpülərin və şpal qəfəslərinin quruluşunu, süzgəc və döşəmələrin növlərini, onların qurulması üsullarını, bərkidici pilitələrin növlərini və onların düzülməsi üsullarını, sementləmədən və betonsıçratmanın vurulmasından ötrü qurğuların növlərini və quruluşunu.
İŞİN XÜSUSİYYƏTİ: Körpülərin, nənnilərin və digər yardımçı və sığortalama vasitələrinin tətbiqi ilə bağlı, tirli, açılan və asma körpülərin aşırım tikililərinin element və qovşaqlarının dəyişdirilməsi ilə birlikdə təmiri. Aşırım tikililəri elementlərinin boltlarla bərkidilməsi. Kontrbucaqların (kontrrelslərin) və mühafiz bucaqlarının qurulması və bərkidilməsi.
Tarazlaşdırıcı cihazların və diyirlədicilərin quraşdırılması, sökülməsi, onlara texniki xidmət və təmir işləri.
Açılıb-yığılan aşırım tikililərinin ayırma mexanizmlərinin və qovuşuq-qapama. relslərinin mexaniki və elektrik intiqallarının təmiri və onlara texniki xidmət göstərilməsi. Ballastsız körpü döşəməsinin, taxta və metal köndələnlər üzərində olan döşəmənin təmiri və saxlanılması. Armatur torlarının düzülməsi. Düzülən sıranın monolitlənməsi. Optik cihazların tətbiqi ilə süni qurğulardakı yol oxlarının tuşlanması. Dəmir-beton köynəklərin, qurşaqların vurulması. Boşaldıcı paketlərin tətbiqi ilə dəmir-beton və beton aşırım tikililərinin hidroizolyasiyasının yoxlanılması və təmiri. Süni qurğuların və boruların dayaq hörgülərinin bərkidilməsi. Sıçratmabetonun vurulması (torkretləmə).
BİLMƏLİDİR: Aşırım tikililəri elementlərinin bağlama üsullarını, yüksək möhkəmliyə malik boltlarla metal konstruksiyasının quraşdırılması qaydalarına, rels qapama-qovuşuqlarının konstruksiyalarının quruluşunu, onların təmiri üzrə işlərin icra texnologiyasını, qaldırıcı avadanlığın və yardımçı qurğu və mexanizmlərin qurulması yollarını və üsullarını, konstruksiyaların taxtabəndlərinin yığılması və üzlük arxasının beton qatışığı ilə doldurulmasının qaydalarını, tağ, tir körpülərinin, boruların, novların və başlıqların tağüstü tikililərin təbii daşdan hörülməsi, körpü dayaqlarının zahiri bağlama sıralarının yonulmuş daşdan hörülməsi qaydalarını və üsullarını, körpü döşəməsinin başdan-başa dəyişdirilməsi qaydalarını, optik cihazların tətbiqi ilə tuşlamanın üsullarını, ballanssız körpü döşəməsinin qurulması və saxlanılması qaydalarını, doldurulma və betonsıçratmadan (torkretləmdən) ötrü plastifikator əlavə etməklə beton qarışğının hazırlanması üsullarının, polimersement məhlulunun hazırlanması üsullarını, mexanizmlərin quruluşunu və iş prinsipini.
İŞİN XÜSUSİYYƏTİ: Dayaq hissələri düzəldilməklə, aşırım tikililəri qaldırılmaqla, hərəkət etdirilməklə və ox üzərində qurulmaqla süni qurğuların təmiri. Aşırım tikililərinin və rels yollarının plan və profilinin alətlərdə çəkilişi. Süni qurğuların yoxlama qabaritliyinin ölçülməsi. Metal körpülərin elementlərinin dəyişdirilməsi zamanı şablonların çıxarılması və hazırlanması. Darısqal şəraitdə ayrı-ayrı elementlərin və aşırım tikililərin hazırlanması və dəyişdirilməsi. Yüksək davamlıqlı boltların və millərin bərkidilməsinə nəzarət. Plitələrin düzülüşünün və aşırım tikililəri tirlərinin qurşaqlarındakı yüksək davamlılıqlı millərdən ötrü dəliklərin nişanlanması. Plitələrin hündürlüyə görə nizamlanması. Tirlərin profilinin tarazlanması. Körpü dirəkləri hazıralnması və dəyişdirilməsi zamanı boltların basdırılması yerlərnin və dəliklərin nişanlanmasından ötrü şablonların hazırlanması. Körpü dirəklərin layihə örtüklərinin aşırım tikililərinin üzərinə keçirilməsi. Körpülərdə rels yolunun yolverilən qaldırma oxunun və körpü dirəklərinin iş yüksəkliyinin hesablanması. Daşların seçilməsi yolu ilə təbii yonulmuş daşdan buzkəsənlərin, daş körpülərin, tağ və qübbələrinin dabanaltı daşlarının hörülməsi. Müvəqqəti bağlı aşırım tikililərin və dayaqların yığılması və qurulması. Su axını rejiminin hidroloji ölçmələri və onun müşahidəsi. Müvəqqəti kiçik körpülərin və boruların dövrələmə oxlarının, elementlərin oxlarının yer səthində nişanlanması.
BİLMƏLİDİR: Aşırım tikililərinin yığılması, yerinin dəyişdirilməsi və qurulmasının üsullarını, asma meydançalarda körpü və nənnilərdə dəmirçilik və pər-çimləmə işlərin yerinə yetirilməsi üsullarını, emal edilən metalların qızdırılması və soyudulması rejimlərini, tağparaların qurulması və sökülməsinin, tağlı, tirli, süni qurğuların və boruların qübbələrinin təmirinin üsullarını, geodeziya alətləri ilə işləmə qaydalarını, yolun və süni tikililərin planının və profilinin tərtib edilməsi qaydalarını, suburaxan süni qurğuların işinin hidrogioleji rejimlərinin xüsusiyyətlərini.
İŞİN XÜSUSİYYƏTİ: Körpülərdən, yaxud digər yardımçı, yaxud qoruyucu vasitələrdən, pnevmatik, yaxud elektrik alətinin tətbiqi ilə tunelin divar hörmələrinin və dönmə tağının yenidən işlənməsi ilə süni qurğuların təmiri. Tunel hörməsinə və hörmə arxasına yoxlama məqsədilə məhlul vurulması. Tunel tağındakı hazır dəliklərə (oyuqlara) ankerlərin qoyulması və bərkidilməsi. Tunel tağının beton (dəmir-beton) hörməsinin qüsurlu yerlərinin qırılması. Pnevmatik, yaxud elektrik alətinin tətbiqi ilə tunel divarlarındakı qeyri-standart və mürəkkəb bənd yerlərinin pərçimlənməsi. Kontakt naqilinin üzərinə damcılamanın kənar edilməsi. Tuneldəki şaquli yarıqların aradan qaldırılması.
BİLMƏLİDİR: Körpülərdən, yaxud digər yardımçı, yaxud qoruyucu, vasitələrlə prevmatik, yaxud elektrik alətinin tətbiqi ilə işlərin yerinə yetirilməsinin üsullarını və yollarını, qeyri-standart və mürəkkəb bənd yerlərinin pərçimlənməsi zamanı işlərin yerinə yetirilmə texnologiyası.
İŞİN XÜSUSİYYƏTİ: Transportyor qurğusu vasitəsilə diametrləri çıxarılmaqla süni qurğuların təmiri. Tunel tağının deformasiyasının aradan qaldırılması. Tunel hörməsinin yerdəyişməsinin alətlərlə ölçülməsi. Tunel tağının hörməsinin yenidən işlənməsi. Tunel tağının daş və beton hörməsinin gücləndirilməsi. Səyyar körpülər üzərindəki yoxlama qabarit çərçivəsi ilə tunel qabaritinin yoxlanılması. Tunel tağındakı yarıqların aradan qaldırılması. Körpülərin və digər yardımçı, yaxud qoruyucu vasitələrinin tətbiqi ilə kabel xətləri yaxınlığındakı tunel tağında, yaxud tunel divarındakı qeyri-standart və mürəkkəb bənd yerlərinin pərçimlənməsi.
BİLMƏLİDİR: Tunel tağlarının gücləndirilməsi, yaxud yenidən düzəldilməsi üzrə iş üsullarını və yollarını, tunel qabaritinin yoxlanılması qaydalarını və texnologiyasını, kabel xətləri yaxınlığında işləmə qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Daha yüksək ixtisaslı tunel fəhləsinin rəhbərliyi altında tunel qurğularının cari saxlanılması, təmiri və yenidən qurulması. Qurğuların üzlənmiş səthlərinin, metal qəfəslərin, bəzəklərin və digər elementlərinin silinməsi və su ilə yuyulması. İnventarın saxlanılması. Materialların, qüllələrin, tumbaların, nərdivanların, taxtabəndlərin və alətlərin iş yerinə daşınıb gətirilməsi və iş başa çatdıqdan sonra onların yığışdırılması.
BİLMƏLİDİR: Qurğu elementlərinin təmiz vəziyyətdə saxlanılmasının qaydalarını, yükləmə-boşaltma işlərinin norma və qaydalırını, materialların yığılması qaydaların və onların adlarını.
İŞİN XÜSUSİYYƏTİ: Metropolitenin tunel qurğularının cari saxlanılması, təmiri və yenidən qurulması. Tozsoranlar vasitəsilə üzlüklərdən duzlaşmaların, memarlıq səthlərindən tozun təmizlənməsi. Duzlaşmaların kənar olunduğu mərmərlərin cilalanması. Lövhə üzlüklərinin xlorid turşusunun məhlulu ilə yuyulması. Tubinqlərin və bolt birləşmələrinin korroziyadan və çirkdən metal şotkalarla və əski ilə təmizlənməsi. Məhlullar və yapışdırıcı izolyasiya üçün materialların hazırlanması. Yığıntıların əl ilə kəsilməsi, yuvacıq və zolaqların açılması, sement məhlulu ilə doldurulması. Məhlulvurma aparatlarının təmizlənməsi və yuyulması.
BİLMƏLİDİR: Üzlüklərin təmizlənməsindən ötrü materialların növlərini və məhlulların hazırlanması üsullarını, suvaq işlərinin qaydalarını, tozsoranların, məhlulvuran aparatların iş prinsiplərini, siqnallarla iş yerinin çəpərlənməsi qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Məhlulvurma işləri zamanı inyektorlu şlanqın quraşdırılması və sökülməsi. Məhlul vurulduqdan sonra dəliklərin doldurulması. Səthin izolyasiya örtüyü üçün hazırlanması. Pərçimlənmə işlərindən ötrü qurğuşunun, qurğuşunlu qaytanın və digər tərkiblərin hazırlanması. Bitişik yerlərin əl ilə pərçimlənməsi. İzolyasiya üçün bitum mastikasının çəkilməsi. Müxtəlif qatışıqların dozalaşdırılması və düzəldilməsi. Burların və pərçimləyicilərin dəyişdirilməsi, alətin hava kəməri şəbəkəsinə qoşulması. İnventar körpülərinin və taxtabəndlərin yığılması və sökülməsi.
BİLMƏLİDİR: Məhlulqarışdıranların, tunel hörmələrinin qruluşunu və onların hidroizolyasiyasını, məhluların tərkibini və onların əsas xüsusiyyətlərini, vurulan material və əlavələrin keyfiyyətinə qarşı irəli sürülən əsas tələbləri.
İŞİN XÜSUSİYYƏTİ: Tunel və şaxtaların hörmələrində qazma çəkicləri ilə şpurların qazılması. Axıntıların aradan qaldırılması xəritəsinə müvafiq surətdə qazma yerlərinin nişanlanması. Bitişik yerlərinin geşlənən sementlə və qurğuşunla pərçimlənməsi. Tıxacların və bolt birləşmələrinin dəyişdirilməsi. Yeraltı qurğuların divarlarının və novlarının mastikalı rulon materialları ilə izolyasiyası. Asma qutuların, boruların qurulması və onların konstruksiyaya bərkidilməsi yolu ilə axıntıların kənar edilməsi. Məhlulun səthə çıxdığı yerlərin aradan qaldırılması.
BİLMƏLİDİR: Tətbiq olunan mexanizmlərin təyinatını, şpurların səmərəli yerləşdirilməsi sxemlərini, tunel hörmələrinin növlərini, hidroizolyasiya örtüklərinin əsas konstruksiyalarını, mastikanın və rulon materialları yapışdırıcılarının vurulması qaydalarını, pərçimləmə işlərinin üsullarını.
İŞİN XÜSUSİYYƏTİ: Konstruksiyalardakı axıntıları aradan qaldırmaqdan ötrü yoxlama məhlulvurmaları və polimer materiallar əlavə edilməklə sement məhlullarının vurulması. Tunelətrafı qurğuların metal izolyasiyasının sökülməsi və təmiri. Yeraltı suların süzülməsini dayandırmaqdan ötrü epoksid qətranlar əsasında hazırlanmış hidroizolyasiya tərkiblərinin hörmələrin üst qatına vurulması. Metal və beton hörmələrin birləşdiyi yerlərin və qeyri-standart bitişik yerlərin pərçimlənməsi. Habelə həmin yerlərin polimer mastikalardan istifadə etməklə pərçimlənməsi. Hörmələrdəki və dəyişkən ön kəsiyi olan yerlərdəki axıntıların aradan qaldırılması məqsədilə izolyasiyanın yapışdırılması.
BİLMƏLİDİR: Sementlemə işlərinin texnologiyasını və vurulan tərkiblərin ressepturasını, mədən suxurlarının və qruntları kimyəvi cəhətdən möhkəmləndirməyin əsas xüsusiyyətlərini, bitişik yerlərin təmiri və yarıqların doldurulması qaydalarını, qeyri-standart və mürəkkəb bitişib yerlərin pərçimlənməsi qaydasını və üsullarını, tunellərdə, habelə toksik polimer materillarla işləməyin nizamını və qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Metropolitenin maili eskalator tunelində sudan mühafizə çətirinin zolaqlarının dəyişdirilməsi zamanı ən mürəkkəb işlərinin yerinə yetirilməsi. Çətir zolaqlarının bərkidilməsi və qovuşuqların polimer materiallarla izolyasiya edilməsi. "hidroton" qurğusunun köməyi ilə tunellərin beton və dəmir-beton hörmələrinə məhlul vurulma ilə birlikdə təmir-bərpa işlərinin yerinə yetirilməsi. Çökməyən sementlər və aşqarlar alüminimum, silikon və i.a. əsasında xüsusi qarışıqların seçilməsi və hazırlanması. Tunel hörmələri elementlərinin qismən sökülüb açılması, bərpası, anker birləşmələrinin qurulması.
BİLMƏLİDİR: Sudan mühafizə çətirinin quraşdırılması qaydasını və üsullarını, çətirin bərkidilən qovşaqlarının konstruksiyasını; maili eskalator tunelində iş zamanı təhlükəsizlik tədbirlərini; perforatorların, betonqıranların, hidropazların quruluş sxemini; məhlulvurma işlərinin texnologiyasını, vurulan xüsusi məhlulların resepturasını, işlərin keyfiyyətinə nəzarətin metodlarını və üsullarını; metropolitenin mövcud tunellərində iş zamanı təhlükəsizlik texnikası qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Detalların 12-14-cü kvalitet (5-7-ci dəqiqlik dərəcəsi) üzrə çilingərlik emalı və təmiri. Boltlar və vədrənəciklərlə birləşmə zamanı qovşaq və detalların sökülməsi və yığılması. Dəliklərin əl ilə mexaniki alətlərlə deşilib açılması. Bərkidici detallarda yivaçanlarla yivin açılması. Vaqonların qoşulub açılması.
BİLMƏLİDİR: təmir edilən Hərəkət qatarlarının iş prinsipini ən çox yayılmış universal və xüsusi vasitələrin və orta mürəkkəbliyə malik nəzarət-ölçü alətlərinin təyinatını və tətbiq qaydalarını, boltları və pərdənəciklərlə birləşdirmə zamanı sadə qovşaqların təmiri və yığılması üzrə çilingərlik işlərinin yerinə yetirilməsinin əsas üsullarını, emal edilən materialların əsas mexaniki xüsusiyyətlərini, kələ-kötürlüklərin (emalın təmizlik dərəcələrini) və parametrləri haqqında əsas məlumatları, vaqonlarıni qoşulub-açılması qaydalarını.
1. Təkər cütlərinin buksalarının təftişi.
2. Sonluq və məhdudlaşıdırıcı qoşqu açarları.
3. Təkər cütlərinin reduktorlarındakı, rels daraqlayıcıların çənlərindəki sürtgü yağlarının səviyyəsinin yoxlanılması və lazım gələrəsə, sürtgü yağı əlavə edilməsi.
Detalların sexə və sexdən daşınması.
4. Kondensatların boşaldılması, rütubəttutanların, süzgəclərin, ucluq və ayırıcı kranların açılması və qurulması.
5. Elektrik aparatlarının, dartı mühərriklərinin və kompressor mühərriklərinin üfürülüb təmizlənməsi.
6. Dəstəkli tormoz ötürücüləri - qovşaqların sökülməsi.
7. Aralıq qatlarının hazırlanması.
8. Dəstəklər, çəpərlər, pilləkənlər, ayaq yerləri, dayaqlar. kronşteynlər, asqı dəstəkləri, boru flansları, açılan müşahidə qapaqları, torların boruları, lyuklar, işarə fənərlərinin qarmaqları, sipərciklər, yağ qabları - açılması, təmiri, qurulması.
9. Avtoqoşqunun hündürlüyünün nizamlanması.
10. Tormozlama və pnevmatik avadanlığının çənləri-yuyulması.
11. Mühafizə örtükləri, hava magistralları borularının kipləşdirilməsi, qövssöndürənlərin təmiri, şundların hazırlanması.
12. Yağ qablarının təftişi, kardan muftaların yastıqlarının sürtkülərinin preslənməsi.
13. Ştuserin açılması və qurulması.
14. Vaqondaxili avadanlığın divanların, söykənəcəklərin, dəstəklərin, gövdənin plastik üzlüyünün təmiri, ventilyasiya qəfəslərinin təmizlənməsi.
İŞİN XÜSUSİYYƏTİ: Detalların 11-12-ci kvalitet (4-5-ci dəqiqlik dərəcəsi) üzrə təmiri və hazırlanması. Detalların möhkəm və sürüşkən vəziyyətdə yerləşdirildiyi halda hərəkət qatarının təmir olunan obyektinin yardımçı hissələrinin sökülməsi. pnevmatik avadanlığın ayrı-ayrı cihazlarının quraşdırılması və sökülməsi. Şplintlə bərkidilərək hərəki vəziyyətdə yerləşdirilmiş qovşaqların ölçülərə və qarşılıqlı yerləşməyə riayət etmək şərtilə birləşdirilməsi. Sıxılmış hava təzyiqi altında pnevmatik avadanlığın işinin yoxlanılması. Ayrı-ayrı mexanizmlərin tənzimlənməsi və sınanması.
BİLMƏLİDİR: Hərəkət qatarlarının təmir olunan obyektlərində əsas qovşaqların qurluşunu, təyinatını və qarşılıqlı əlaqəsini, universal və xüsusi vasitələrin və orta mürəkkəbliyə malik nəzarət-ölçü alətlərinin quruluşunu, emal edilən materialların əsas xüsusiyyətlərini, kələ-kötürlüklərini (emalın təmizlik dərəcələrini), artıq-əskikliklərini və oturtmalarını, kvalitetlərini (dəqiqlik dərəcələri) və paratmetrlərini, detal və qovşaqların birləşmə növlərini, ayrı-ayrı mexanizmlərin nizamlanması və sınanmasının texniki şərtlərini.
1. Elektrik bölmə vaqonlarının yırğalanan mərkəzi asma arabacıqlarının tirləri, cərəyanqəbuledicilərin qolları-açılıb çıxarılması, qurulması.
2. İkiqat dartı kranlarının, şüşəsilənlərin, səs işarəsi pedallarının təftişi.
3. Sürüşmə yastıqlarındakı buksalara-yoxlanması və düzəldilməsi.
4. Ventilyatorlar, jalüzlər, ventilyasiyalar, kaloriferlər, amortizatorlar-açılıb çıxarılması və qurulması.
5. Vaqonun çərçivə və gövdəsinin detalları-açılıb çıxarılması və qurulması.
6. Tormoz qəlibləri - sökülməsi.
7. Vaqonların-boşaltma cihazlarının klapanları-yoxlanması və düzəldilməsi.
8. Sonluq, ayırıcı kranları, əyləmə (stop) kranları, hava kranları-açılıb çıxarılması, qurulması.
9. Elektrik aparatlarının qapaqcıqları-cilalama, kipləşdirmə.
10.Manometrlər-açılıb çıxarılması, yoxlanıb qurulması.
11.Yedək birləşmələri.
12.Vaqonların tormoz avadanlığı-qovşaqların təmiri və yığılması.
13.Mərkəzi asqılar açılıb-çıxarılması və sökülməsi.
14.Vaqonların dartı elektrik mühərriklərinin kardan intiqalları-sökülüb çıxarılması.
15. Kompressorların təzyiq tənzimləyiciləri, tormoz slindrləri, tormozlama və pnevmatik avadanlığının klapanları-sökülüb çıxarılması, qurulması.
16. Qoruyucu dəstəklər, başmaqlar, tormozlama qəlibləri-sökülüb çıxarılması, qurulması.
17. Vaqon arabacıqları-vaqonun altından çıxarılması, sökülməsi, vaqonun altına qoyulması.
18. Hava, yağ süzgəcləri, havatəmizləyicilər, yağ kəmərinin birləşdirci boruları açılab çıxarılması, sökülməsi, təmizlənməsi, yığılması və qurulması.
İŞİN XÜSUSİYYƏTİ: Detalların 7-10-cu kvalitetləri (2-3-cü dəqiqlik dərəcələri) üzrə təmiri və hazırlanması. Müxtəlif bərkitmə tipləri olan əsas qovşaqların sökülməsi və yığılması. Detalların əsas keyfiyyətlərinin müəyyən olunması və onların lazımi təmiri. Detalların sürtülüb kipləşdirilməsi. Gərgin və möhkəm bərkitmə halları istisna olmaq şərtilə qovşaqların və qovşaq qruplarının müxtəlif bərkitmə şəraitində birləşdirilməsi, Yığılmış qovşaqların tənzimlənməsi və sınanması. Defekt siyahılarının tərtib edilməsi.
BİLMƏLİDİR: Hərəkət qatarının təmir edilən obyektlərində əsas hissələrin təyinatını, konstruksiyasını, qarşılıqlı əlaqəsini və sökülüb yığılması prosesini, mürəkkəb nəzarət-ölçü alətlərinin qurluşunu, təinatını və tətbiq edilməsi qaydalarını, universal və xüsusi vasitələrin konstruksiyasını, hərəkət qatarının qovşaq və aqreqatlarının yığılması, sınanması və tənzimlənməsinin texniki şərtlərini, kələ-kötürlükləri (emalın təmizlik dərəcələrini), artıq-əskiklikləri və oturtmaları, kvalitetləri (dəqiqlik dərəcələrini) və parametrləri.
1. Əl tormozunun dəstəkli ötürücüsü-yoxlanılması.
2. Avtoqoşqunun zərbə-dartı aparatı-açılıb çıxarılması və sökülməsi.
3. Repduktor asığısı-sökülməsi, yoxlanılması, yığılması.
4. Kardan muftası-sökülməsi, yoxlanılması, yığılması.
5. Dəstəkli ötürücü-sökülməsi, yoxlanılması, yığılması.
6. Buksüstü asqılar-sökülməsi, yoxlanılması, yığılması.
7. Sonluq və orta tormoz asqıları-sökülməsi, yoxlanılması, yığılması.
8. Mərkəzi asqı-sökülməsi, yoxlanılması, yığılması.
9. Arabacığın pnevmatik avandlığının sökülməsi.
10. İkiqat dartı kranı, tənzimləmə kranları, qapı sinlindrləri və katarakt klapanları, yağtutanlar və rütubətudanlar-sökülməsi, yoxlanılması, qurulması.
11.Mühərrik kompressoru, təzyiq reduktoru-sökülməsi, yoxlanılması, qurulması.
12. Hava canlarının sınanması.
13. Dartı mühərriklərinin və cərəyan qəbuledicilərinin ucluqları-açılıb-çıxarılması, birləşdirilməsi.
14.Torpaqlama qurğuları, xəttin kontaktorlu qutular, elektropnevmatik reversor, maşinistin kontrolleri-açılıb çıxarılması, yoxlanılması və yerinə bərkidilməsi.
15.Diodlu panelin təftişi və təmiri.
İŞİN XÜSUSİYYƏTİ: Gərgin və möhkəm bərkitmə şəraitində avadanlığın qovşaqlarının sökülməsi, təmiri və yığılması.
6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə detalların çilingərlik emalı. qovşaqların yığılmasının düzgünlüyünün yoxlanılması. Böyük uyğunlaşdırma sahəsi olan detalların şaberlə yonulması. Yığılmış qovşaq və mexanizmlərin tənzimlənməsi və sınanması.
BİLMƏLİDİR: Hərəkət qatarının təmir edilən obyektlərində qovşaqların konstruktiv xüsusiyyətlərini, təyinatını və qarşılıqlı əlaqəsini, hərəkət qatarının təmirinin texniki şərtlərini, əsas qovşaqların yığılması prosesini, qovşaqların yığılmasını və işinin tənzimlənməsinə nəzarət üsullarını.
1. Tormozlama və dəstəkli ötürmənin tənzimlənməsi.
2. Vaqonun gövdəsinin, vaqonaltı avadanlıqların və qurucu qurğuların bərkidilməsinin yoxlanılması.
3. Avtoqoşqu detallarının yoxlanılması, yığılmış başlığın yerinə qurulması, dartı-zərbə aparatı ilə birləşdirilməsi, avtoqoşğunun işinin yoxlanılması.
4. Reduktorasğısınındetallarınınyoxlanılması.bərpası.yaxuddəyişdirilməsi.
5. Yumurucuqlu muftaların dartı mühərrikinin reduktor valının üstündə quraşdırılması.
6. Kardan muftalarının quraşdırılması.
7. Buksüstü asğının quraşdırılması ilə birlikdə təmir edilmiş təkər cütlərinin arabacıq çərçivəsi altına diyirlədilib gətirilməsi.
8. Dartı mühərriklərinin vaqon arabacığına qurulması.
9. Reduktorun, təkər cütlərinin bərkidilməsi, kardan muftalarının birləşdirilməsi.
10. Avtorejim naqilinin təmiri.
11.İdarəetmə magistralındakı təzyiqin yoxlanılması.
12.Təzyiq və tormozlama magistralının möhkəmliyinin, maşinist kranının, buraxıcı klapanın, tormozun avtomatik açılmasının işinin yoxlanılması.
13.Maşinist kranının və 348 reduktorunun "Tayfun" işarəsi klapanının və manometrlərinin açılıb çıxarılması və yoxlanılması.
14.Maşinistin idaretmə pultunun təftişi və təmiri.
15.EKQ-18 A vəziyyət dəyişdiricilərinin, EKQ-17 A reostat kontrollyorlarını açılıb çıxarılması, təmri və yerinə qurulması.
16.YAR-13 relesi və YAS-24 müqavimət relesi olan qutuların, avtoqoşqunun elektrik kontaktor və qutularının təftişi.
17. Avtoqoşqunun kontaktor qutularının elektrik hissəsinin quraşdırılması.
İŞİN XÜSUSİYYƏTİ: Təmir edilmiş avadanlığın dəqiqliyinin yoxlanıması, sınanması və təhvil verilməsi. Bütün əsas yığım qruplarının yığılmasının qüsurlarının aşkar olunması və qarşısının alınması.
BİLMƏLİDİR: Qovşaqların nişanlanması və qurulması üsullarını, təmir edilən obyektin qovşaqlar kompleksinin və yığım qruplarının yığılmasının düzgünlüyünün yoxlanılması üsullarını, hərəkət qatarı avadanlığının düzgün təmirinin yoxlanılması metodlarını.
1. Güc və idarəetmə relelərinin nizamlanması.
2. Qrup şəbəkə qoşqu ötürücülərinin diaqramlarının çıxarılması.
3. Sazlama-buraxılış işləri.
4. Pnevmatik sistemlərin işinin yoxlanılması.
5. Elktrik pnevmtik cihazların təmiri və nizmalanması.
6. Güc zəncirlərinin iş zamanı yoxlanılması.
7. Elektrik avadanlığının qurşadırılmasının yoxlanılması.
8. Vaqonun yüksək gərginlik altında sınanması, təmirdən sonra sınaq yoxlaması, sınaq yoxlaması zamanı aşkara çıxarılan qüsurların aradan qaldırılması.
İŞİN XÜSUSİYYƏTİ: Yeraltı və açıq dağ-mədən işlərində plana alma (çəkiliş) və ölçmə işlərinin icrası üçün ölçü cihazlarının, geodeziya alətlərinin quraşdırılması, geodeziya nişanlarının qoyulması, dirəklərin, ştativlərin quraşdırılması. Alətlərin daşınması, cihazların silinməsi və təmizlənməsi. Ölçü materiallarının emalında iştirak edilməsi. Reperlərin bərkidilməsi.
BİLMƏLİDİR: geodeziya, markşeyder və digər ölçmə alətlərinin işləmə və onlara qulluq qaydalarını, relyef haqqında əsas anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Qazma konturlarının müəyyən edilməsi, nivelirləmə, mədən səthi obyektlərin, tunellərin tikintisi zamanı markşeyderin rəhbərliyi altında teodolit, nivelir və sair ölçmə cihazlarından istifadə edərək ölçmə işlərinin yerinə yetirilməsi. Geodeziya ölçülərinin eskizinin hazırlanması, dizaynı. Tunellərdə yol nişanlarının quraşdırılması, geodeziya piketlərinin qoyulması.
BİLMƏLİDİR: geodeziya, markşeyder və digər ölçmə alətlərinin işləmə və onlara qulluq qaydalarını, geodeziya nişanlarının quraşdırılmasını, ölçmə və nivelirləmə aparılmasının əsas üsullarını və qaydasını, relyef haqqında əsas anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi və təhlükəsizilik texnikası qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Fasiləsiz iş rejimini təmin etmək üçün vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların, defektoskop vaqonların müxtəlif qurğularının, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi və sazlanması. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə götürülməsi.
BİLMƏLİDİR: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini, xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Fasiləsiz iş rejimini təmin etmək üçün vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların, defektoskop vaqonların müxtəlif qurğularının, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi, sazlanması, texniki xidmət və təmiri. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə götürülməsi. İstismar prosesində yaranan çatışmazlıqların aradan qaldırılması və işin düzgünlüyünə nəzarət edilməsi.
BİLMƏLİDİR: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini, xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: İstismarda olan avtomobil parklarında, qazanlarda, avtokameralarda rezin məmulatların təmiri və yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi.
BİLMƏLİDİR: rezin məmulatlarda olan qüsurların aradan qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların vulkanizasiyası və yandırılması proseslərinin aparılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: İstismarda olan eskalator və travolatorların rezin sürahilərinin, avtomobil parklarında, qazanlarda, avtokameralarda rezin məmulatların təmirinin və yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi.
BİLMƏLİDİR: rezin məmulatlarda olan qüsurların aradan qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların vulkanizasiyası və yandırılması proseslərinin aparılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Qulluq etdiyi sərhədlər daxilində yolun, təmas relsinin, yoldəyişdirici qurğuların vəziyyətinə sistemli müşahidə və nəzarətin həyata keçirilməsi. Yolda qatarların hərəkəti üçün təhlükə yarada biləcək kənar əşyalar aşkar etdikdə onların əndazə həddindən kənara çəkilməsi, hərəkət qatarından düşən əşyaların sahənin böyük yol ustasına (yol ustasına) təhvil verilməsi. Tuneldə və yerüstü sahələrdə ona təhkim olunmuş sahə daxilində yol relslərinin, təmas relslərinin, yoldəyişdirici qurğuların saz vəziyyətdə və təmiz saxlanması. Reper tumbalarının bütövlüyünün və yol nişanlarının təmizliyinin yoxlanılması.
BİLMƏLİDİR: texniki istismar qaydalarını, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
İŞİN XÜSUSİYYƏTİ: Qatarların hərəkət təhlükəsizliyinə maneə yarada biləcək nöqsanların vaxtında aşkar edilməsi. Təsdiq edilmiş cədvələ əməl etməklə yolun, təmas relsinin və yoldəyişdirici qurğuların vəziyyətinin sistemli müşahidə edilməsi. Rels qovuşuqlarının vəziyyətini, ara məsafələrinin norma daxilində olmasını, yanlıqlarda çatın olub-olmamasını, boltların bərkliyinin və elektrik birləşdiricilərinin bütövlüyünün yoxlanılması. Qaynaq qovuşuqlarında çatın və ya sınığın və nişanlanmanın olub-olmamasının yoxlanılması. Əksqaçıcıların, altlıqların, kəfkirli millərin, bəndləyicilərin, ağac şpalların, gödək şpalların, çevirici tirlərin və yol betonunun vəziyyətinin, təmas relsində qovşaqların, örtüklərin bütövlüyünün və təmizliyinin yoxlanılması.
BİLMƏLİDİR: texniki istismar qaydalarını, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, metropolitenin təmas relsindən gərginliyin çıxarılması və verilməsi qaydalarını.
1. 17 sentyabr 2019-cu il tarixli 1905000047 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170047, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 oktyabr 2019-cu il)
2. 28 yanvar 2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2026-cı il)