7.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları və göstərilməsi qaydası Azərbaycan Respublikasının qanunlarında, digər normativ hüquqi aktlarda, habelə mikro, kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramlarında müəyyən edilir.
7.2. Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları və qiymətləndirməni həyata keçirən qurum müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.