Qanunvericilik › Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri;

Milli arxiv fondu - növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu;

arxiv fondu - tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu;

arxiv işi - arxivlərin komplektləşdirilməsi, mühafizəsi, qeydiyyatı və arxiv xidmətinin təşkili;

arxiv sənədi - mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd;

dövlət arxivi - arxiv işini həyata keçirən dövlət arxiv xidməti təşkilatı;

arxiv sənədlərinin müvəqqəti mühafizəsi - dövlət və yerli özünüidarə orqanları, dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsi;

arxiv sənədlərinin daimi mühafizəsi - həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi;

sənəd abidəsi - müəyyənləşdirilmiş qaydada sənəd abidəsi kateqoriyasına aid edilmiş nadir və ya xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədi;

arxiv sənədlərinin mülkiyyətçisi - arxiv sənədləri üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olan subyekt;

arxiv sənədlərinin sahibi - arxiv sənədlərinə sahiblik və istifadə hüququnu tam həcmdə, onlar üzərində sərəncamı qanunvericilikdə müəyyən olunmuş həddə həyata keçirən subyekt;

dövlət arxiv xidməti təşkilatı - Azərbaycan Respublikasının dövlət arxivləri, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri;

sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivi - müvafiq inzibati ərazi üzrə dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyəti nəticəsində yaranan Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, istifadəsini və daimi mühafizə olunmalı hissəsinin müvəqqəti saxlanılmasını təmin edən dövlət arxiv xidməti təşkilatı;

idarə arxivi - bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusunun komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən struktur bölmə və ya qurum;

işçi heyət üzrə sənədlər - işəgötürənlə işçi arasında əmək münasibətlərinin əks olunduğu sənədlər məcmusu.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver