Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir.
Bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 50 faizi və ödənişli arxiv xidmətlərinin göstərilməsi ilə əlaqədar toplanılmış xidmət haqları dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsini gücləndirmək və dövlət arxiv xidmətinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.