Arxiv işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunması;
arxiv fondu sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasına nəzarət;
arxivlərin qorunmasına və inkişafına dövlət təminatı, arxiv kadrlarının hazırlanması;
arxiv fondlarının və dövlət arxiv sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı, mühafizəsi, istifadəsi və bu sənədlərlə bağlı mülkiyyət məsələlərinin tənzimlənməsi;
arxivlərin maddi-texniki bazasının möhkəmləndirilməsi;
arxiv fondu sənədlərinin Azərbaycan Respublikasından müvəqqəti olaraq xaricə aparılması ilə əlaqədar məsələlərin tənzimlənməsi;
xarici ölkələrin arxivlərində saxlanılan, Azərbaycanın tarixinə və mədəniyyətinə aid olan, xalqın maddi və mənəvi həyatını əks etdirən sənədlərin (onların surətlərinin) Azərbaycan Respublikası dövlət arxivlərinə gətirilməsi, qeydiyyatı və mühafizəsinə nəzarət.
II fəsil
Mİllİ arxİv fondunun tərkİbİ və təşkİlİ