Qanunvericilik › Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Dövlət arxiv fondunun xüsusi hissəsi

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan SSR-də fəaliyyət göstərmiş mərkəzi və yerli təhlükəsizlik, digər xüsusi xidmət və daxili işlər orqanlarının, Azərbaycan Kommunist Partiyasının və idarəetmə orqanlarının 1-ci şöbələrinin arxivləri dövlət arxiv fondunun xüsusi hissəsini təşkil edir.

Dövlət arxiv fondunun xüsusi hissəsinin mühafizəsi, öyrənilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilir.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver