Qanunvericilik › Milli məkan məlumatlarının Siyahısının və Təsnifatının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.11.2019) › Tam mətn

Milli məkan məlumatlarının Siyahısının və Təsnifatının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.11.2019)

Milli məkan məlumatlarının Siyahısının və Təsnifatının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.11.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiya Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Milli məkan məlumatlarının Siyahısı və Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 noyabr 2019-cu il

Koordinat istinad sistemləri

Məkan məlumatlarını məkanla əlaqələndirən koordinatlar və (və ya) şaquli və üfüqi geodezik əlaqəyə əsaslanan en, uzunluq məlumatları, yer səthinin dəniz səviyyəsinə görə şaquli ölçülən mövqeyi və batimetrik məlumatlar (Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində (AzPOS) olan məlumatlar da daxildir)

Daşınmaz əmlakın kadastrı

Torpaq sahələri, yerin təki sahələri, ayrıca su obyektləri (sututarlar), çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış binaları, qurğular, fərdi yaşayış və bağ evləri, yardımçı tikililər, meşələr və çoxillik əkmələr, əmlak kompleksləri barədə məlumatlar (o cümlədən mülkiyyət növü)

Yer səthinin dəqiq coğrafi istinadı olan aerofoto və peyk çəkilişləri

Təyyarə, peyk və pilotsuz uçuş aparatı vasitələrindən əldə olunmuş stereoskopik çəkilişlər, lidar və (və ya) interferometrik radar təsvirləri əsasında hazırlanmış ərazinin yüksəklik modeli

Nəqliyyat yolları şəbəkəsi (avtomobil, hava, su və dəmir yolları şəbəkəsi və infrastrukturu) barədə məlumatlar

Hidroqrafik şəbəkənin elementləri, dəniz sahələri və bütün digər su obyektləri, o cümlədən su kanalları, su anbarları, göllər, arxlar, drenajlar, dukerlər və çay hövzələri barədə məlumatlar, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin xüsusi mühafizə zonası və fiziki vəziyyəti (axınlar, duzluluq, dövrlər üzrə dalğaların hündürlüyü və suyun temperaturu) barədə məlumatlar

Dövlət sərhədlərinin, ərazi vahidlərinin (inzibati ərazi vahidlərinin, inzibati ərazi dairələrinin), bələdiyyələrin, iqtisadi vahidlərin (o cümlədən azad iqtisadi zonalar) sərhədləri barədə məlumatlar

Daşınmaz əmlak obyektinin coğrafi koordinantları, poçt indeksi, yol/küçə adı və nömrəsinə görə təyin olunması barədə məlumatlar toplusu

Torpağın təyinatı, kateqoriyası, mülkiyyət növü, alt qatlarının geomorfologiyası, yataqları, süxurları, çöküntüləri, qüsurları, dərinliyi, tərkibi, strukturu, fiziki və kimyəvi xüsusiyyətləri, möhkəmliyi, eroziya vəziyyəti, susaxlama imkanı və yeraltı suların səviyyəsi barədə məlumatlar

Yerin mənşəyi, formalaşma tarixi, tərkibi, quruluşu, xüsusiyyətləri və proseslərinə dair coğrafi istinad məlumatları (quruda və dənizdə)

Ərazi və ərazidən istifadə

Kənd təsərrüfatı sahələri, meşələr, çəmənliklər, səhralar, yarımsəhralar, bataqlıqlar və su obyektləri daxil olmaqla ərazi barədə, ərazinin səthi və bioloji örtüyü, eləcə də ərazinin cari və gələcək üçün gözlənilən vəziyyəti və ümumi sosial-iqtisadi əhəmiyyəti (məsələn, məskunlaşma, sənaye, ticarət, kənd təsərrüfatı, meşə, turizm, rekreasiya) barədə məlumatlar

Ekoloji vəziyyət və biomüxtəliflik

Ekoloji vəziyyət, ətraf mühitin monitorinqi barədə məlumatlar, o cümlədən ətraf mühitə tullantıların atılmasının, karbon qazının buraxılmasının və ekosistem dəyişikliklərinin müəyyən edilməsi və izlənilməsi barədə məlumatlar, flora və fauna, təbii fəlakət riski olan zonalar barədə məlumatlar

Atmosfer şəraiti və meteoroloji xüsusiyyətlər

Temperatur, yağıntı, külək, küləyin sürəti, rütubətlilik və atmosfer təzyiqi ilə əlaqədar atmosferin müəyyən bir məkan və zaman üzrə vəziyyəti barədə məlumatlar

Enerji və mineral ehtiyatlar

Enerji və mineral ehtiyatların növləri, mənbələri, həmçinin neft-qaz quyuları və mədənlər barədə məlumatlar

İstehsal, sənaye və kənd təsərrüfatı obyektləri

Sənaye, istehsal, kənd təsərrüfatı müəssisələri və onların iqtisadi göstəriciləri barədə məlumatlar

Mühəndis-kommunikasiya təminatı sistemi

Telekommunikasiya, enerji, təbii qaz, su, kanalizasiya kimi resurslar, eləcə də kommunal xətlər və boru kəmərləri barədə məlumatlar (o cümlədən, resurs növlərinə uyğun olaraq onların istehsalı, daşınması, paylanması və sərfiyyatı)

Təhsil, səhiyyə, mədəniyyət və digər sosial infrastruktur obyektləri, tarix və mədəniyyət abidələri, ictimai əhəmiyyətli ərazilər və obyektlər barədə məlumatlar

Turizm və rekreasiya zonaları, ictimai iaşə obyektləri, mehmanxana, kempinq, turist bazası və ya digər bu kimi obyektlər, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri, turizm marşrutları barədə məlumatlar

Əhalinin bölgüsü və demoqrafiya

Əhalinin yaşayış məntəqələrinə görə yerləşmə vəziyyəti, yaşayış məntəqələrinin ekoloji şəraiti, yaşayış üçün əlverişliliyi barədə məlumatlar

Əhali tərəfindən istifadəsi qadağan olunan və istifadəsi məhdudlaşdırılan ərazilər

Daxili və beynəlxalq qanunvericilik aktları əsasında əhali tərəfindən istifadəsi qadağan olunan və istifadəsi məhdudlaşdırılan ərazilər (məsələn, tullantıların idarə olunması ilə əlaqəli ərazilər, faydalı qazıntıların geoloji kəşfiyyatının aparıldığı və hasil edildiyi ərazilər, su obyektlərinin mühafizəsi zonaları, zərərli kimyəvi maddələrlə çirklənmiş ərazilər, vibrasiya və səs-küy çirklənməsinə məruz qalan ərazilər, ərazi sularında və daxili sularda üzmə vasitələrinin keçidi üçün nəzərdə tutulmuş xüsusi ərazilər, sahilboyu zolaq barədə məlumatlar

1. 13 fevral 2024-cü il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 14 fevral 2024-cü il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 218)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver