14.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin mənbələrindən asılı olaraq Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması vəhdət təşkil edən iki tərkib hissənin məcmusudur:
14.0.1. xarici təhlükəsizlik - Azərbaycan Respublikasının həyati əhəmiyyətli mənafelərinin kənardan mümkün risk, təhlükə və təhdidlərdən qorunması üçün siyasi-diplomatik və ya hərbi, yaxud eyni zamanda həm diplomatik, həm də hərbi tədbirlər kompleksinin həyata keçirilməsi;
14.0.2. daxili təhlükəsizlik - Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial sabitliyin, cəmiyyətdə vətəndaş həmrəyliyinin qorunması üçün müvafiq şəraitin yaradılması.