Qanunvericilik › Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin, mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsidir.

22.2. Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:

22.2.1. Azərbaycan xalqının tarixi və mədəni irsinin, dilinin, adət-ənənələrinin, milli özünüdərkinin xarici təhdidlərdən qorunması və inkişaf etdirilməsi;

22.2.2. ümumdünya mədəniyyətinin qloballaşması prosesində milli mədəniyyətimizin özünəməxsusluğunun qorunması;

22.2.3. dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətimizin tərəqqisində istifadə üçün imkanların yaradılması;

22.2.4. beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının tarixi və mədəni abidələrinin qorunmasının təmin edilməsi;

22.2.5. elmi potensialın qorunmasına və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarının hazırlanıb həyata keçirilməsi;

22.2.6. elm və təhsilin keyfiyyət səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi;

22.2.7. ictimai mənəviyyat əleyhinə cinayətkarlığa qarşı mübarizə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver