Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanının 2.4.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 aprel 2026-cı il
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün təlimlərin keçirilməsi
Əsas ixtisas mərhələsi üzrə:
humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi təliminin keçirilməsi
qeyri-texniki və texniki tədqiqat təliminin keçirilməsi
tikililərin partlayıcı sursatlardan təmizlənməsi təliminin keçirilməsi
mexaniki vasitə üzrə operator təliminin keçirilməsi
mexaniki vasitə üzrə operatorun, minaaxtaran heyvan bələdçisinin və xüsusi texnologiyaları idarə edən əməkdaşların minatəmizləmə əməliyyatlarına inteqrasiyası təliminin keçirilməsi
minaaxtaran heyvan bələdçisi təliminin keçirilməsi
əldədüzəlmə partlayıcı qurğularla tanışlıq təliminin keçirilməsi
ilkin tibbi yardım və tibb işçilərinin inteqrasiyası təliminin keçirilməsi
quyuların və kəhrizlərin təmizlənməsi təliminin keçirilməsi
sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi təliminin keçirilməsi
təkrarlama təlimlərinin keçirilməsi
Yüksək ixtisas mərhələsi üzrə:
əməliyyat rəhbəri təliminin keçirilməsi
sahə rəhbəri təliminin keçirilməsi
bölmə/qrup rəhbəri təliminin keçirilməsi
texniki tədqiqat rəhbəri təliminin keçirilməsi
partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə birinci və ikinci dərəcəli mütəxəssis təliminin keçirilməsi
partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə üçüncü və daha yüksək dərəcəli mütəxəssis təliminin keçirilməsi
informasiyanın idarə olunması və coğrafi informasiya sistemi təliminin keçirilməsi
minatəmizləmə fəaliyyətində orta və ya yuxarı səviyyəli idarəetmə təliminin keçirilməsi
Təkmilləşdirmə mərhələsi üzrə:
minatəmizləmə təlimlərinin əsas ixtisas mərhələsi üzrə təlimatçı təliminin keçirilməsi
partlayıcı sursatların zərərsizləşdirilməsinin və məhv edilməsinin bütün mərhələləri üzrə təlimatçı təliminin keçirilməsi
keyfiyyətə təminat və nəzarət təliminin keçirilməsi
Qeyd. Bu cədvəlin 2-ci hissəsində qeyd olunan təlimlərin keçirilməsinə görə haqqın məbləği təlim müddətində 1 (bir) nəfər üçün müəyyən edilmişdir.