Qanunvericilik › “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.03.2023) › Tam mətn

“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.03.2023)

“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.03.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

2.1. Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;

2.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Minatəmizləməyə dair informasiya sisteminin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin;

3.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Minatəmizləməyə dair informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsinə dair tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin 4-cü hissəsi ilə müəyyən edilmiş məlumatların Minatəmizləməyə dair informasiya sisteminə ötürülməsini təmin etsinlər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 mart 2023-cü il

1.1. Bu Əsasnamə Minatəmizləməyə dair informasiya sisteminin (bundan sonra – İnformasiya sistemi) formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını və informasiya sisteminə daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini müəyyən edir.

1.2. İnformasiya sistemi, bu İnformasiya sisteminə sahib, minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş təşkilatlar tərəfindən aparılan minatəmizləmə prosesləri barədə məlumatların daxil edilməsini, məlumatların ümumiləşdirilməsini və hesabatlılığının aparılmasını təmin edir.

1.3. İnformasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.4.1. iştirakçı – İnformasiya sisteminin informasiya proseslərində iştirak edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş təşkilatlar;

1.4.2. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə İnformasiya sisteminin aparılmasını təmin edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;

1.4.3. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə İnformasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi qurum və ya struktur bölmə;

1.4.4. elektron kabinet – sistemin iştirakçılarını Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə məlumatların daxil edilməsini, məlumatlardan istifadə olunmasını, məlumatlarla (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallar istisna olmaqla) tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, müraciətləri elektron formada göndərməsini, həmçinin sahib və operatorla qarşılıqlı əlaqəni təmin edən fərdi elektron səhifə.

1.5. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.6. Fərdi məlumatların İnformasiya sistemində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

1.7. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. İnformasiya sistemindən istifadə ödənişsizdir.

1.9. İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydalara uyğun olaraq həll edilir.

2.1. İnformasiya sisteminin formalaşdırılmasının məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən məlumatların vahid informasiya bazasında toplanılması və məlumatların əlaqələndirilməsindən, eləcə də minatəmizləmə fəaliyyətinə dair məlumatlardan istifadə olunarkən əlçatanlığın və rahatlığın təmin edilməsindən ibarətdir.

2.2. İnformasiya sistemi Qaydaların 2.1-ci bəndində və aşağıda qeyd edilən prinsiplər əsasında formalaşır və fəaliyyət göstərir:

2.2.1. istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də sahib, operator və iştirakçıların İnformasiya sistemindən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.2.2. əlaqəlilik – İnformasiya sisteminin iştirakçılarının mövcud olan və ya yeni yaradılan informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən qarşılıqlı əlaqələrinin və uzlaşmanın təmin edilməsi;

2.2.3. sərbəstlik – İnformasiya sisteminin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması və fasiləsiz həyata keçirilməsi;

2.2.4. funksionallıq və davamlı inkişaf – İnformasiya sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə İnformasiya sisteminin daim təkmilləşdirilməsi;

2.2.5. operativlik – məlumat mübadiləsinin və İnformasiya sisteminin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının ən qısa müddətdə həyata keçirilməsi;

2.2.6. şəffaflıq – İnformasiya sisteminin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi.

3.1. İnformasiya sisteminin texniki infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. texniki avadanlıq və proqram təminatı;

3.1.2. telekommunikasiya qurğuları və kanalları;

3.1.3. İnformasiya sisteminin əsas və ehtiyat nüsxələri;

3.1.4. İnformasiya sisteminin informasiya ehtiyatı və onun idarəetmə paneli;

3.1.5. İnformasiya sisteminin test mühiti.

3.2. Texniki avadanlıq və proqram təminatı İnformasiya sisteminin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə iştirakçıların İnformasiya sistemindən istifadəsini və məlumat mübadiləsini təmin edir.

3.3. İnformasiya sistemi fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini, habelə operativ və keyfiyyətli məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malik olmalıdır.

3.4. İnformasiya sistemində formalaşdırılan və İnformasiya sisteminə daxil edilən, göndərilən məlumatlar İnformasiya sisteminin informasiya ehtiyatında saxlanılır. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya sistemi (informasiya sisteminin informasiya ehtiyatı da daxil olmaqla) və həmin sistemdə toplanılan məlumatlar, o cümlədən onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

3.5. İnformasiya sisteminin idarəetmə paneli informasiya ehtiyatlarının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatlarından istifadəni təmin edir.

3.6. İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.

3.7. İnformasiya sistemi bu İnformasiya sisteminin sahibi, operatoru və iştirakçıların identikləşdirilməsi məqsədilə Vahid Giriş Sistemi ilə təchiz olunur.

4.1. İnformasiya sistemi ilə bu Əsasnamənin 1.4.1-ci yarımbəndində qeyd olunan dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları (ilkin mənbə olan) arasında məlumat mübadiləsi (İnformasiya sisteminə məlumatların ötürülməsi, habelə İnformasiya sistemində formalaşdırılan və ya İnformasiya sisteminə daxil edilən məlumatların digər dövlət informasiya sistemlərinə və ehtiyatlarına ötürülməsi) EHİS vasitəsilə real vaxt rejimində həyata keçirilir.

4.2. İnformasiya sisteminin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

4.3. İnformasiya sistemi ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların İnformasiya sisteminə daxil edilməsi əməkdaş tərəfindən birbaşa həyata keçirilir.

4.4. İştirakçılar 5 (beş) iş günü ərzində elektron kabinet vasitəsilə aşağıdakı məlumatları İnformasiya sisteminə daxil etməlidirlər:

4.4.1. Qeyri-Texniki Tədqiqat Məlumatları (1 nömrəli əlavə);

4.4.2. Texniki Tədqiqat və Mina Sahəsi Məlumatları (2 nömrəli əlavə);

4.4.3. Əl ilə Təmizləmə Məlumatları (3 nömrəli əlavə);

4.4.4. Minaaxtaran İtlərlə Dəstək Məlumatları (4 nömrəli əlavə);

4.4.5. Mexaniki Vasitələrlə Dəstək Məlumatları (5 nömrəli əlavə);

4.4.6. Təmizləmə Məlumatları (6 nömrəli əlavə);

4.4.7. Tamamlama Məlumatları (7 nömrəli əlavə);

4.4.8. Xarici Keyfiyyət Yoxlaması Məlumatları (8 nömrəli əlavə);

4.4.9. Partlayış Məlumatları (9 nömrəli əlavə);

4.4.10. Mina/PHS (partlamamış hərbi sursat) Hadisəsi və Zərərçəkən haqqında Məlumatlar (10 nömrəli əlavə);

4.4.11. Partlamamış Tək Sursat Məlumatları (11 nömrəli əlavə)

4.4.12. Minatəmizləməyə dair Gündəlik Məlumatlar (12 nömrəli əlavə).

4.5. Bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş sahibə aid məlumatlar operator tərəfindən İnformasiya sisteminə daxil edilir.

4.6. İnformasiya sisteminə daxil edilməsi üçün natamam və ya təhrif olunmuş məlumatın təqdim edilməsində təqsirkar olan, məlumatların informasiya ehtiyatına və sisteminə daxil edilməsində təhrifə, saxtakarlığa yol verən, habelə informasiya ehtiyatında və sistemində olan informasiyanı qanunsuz məqsədlərlə istifadə edən və yayan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.0. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:

5.0.1. aparılan minatəmizləmə prosesləri barədə məlumatları daxil etmək, məlumatları ümumiləşdirmək və məlumatların hesabatlılığının aparılmasını təmin etmək;

5.0.2. İnformasiya sisteminin idarə olunmasını təşkil etmək və İnformasiya sisteminin funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

5.0.3. İnformasiya sisteminin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

5.0.4. İnformasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

5.0.5. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları gücləndirilmiş elektron imza ilə təmin etmək;

5.0.6. İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına nəzarət etmək, informasiya təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;

5.0.7. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;

5.0.8. İnformasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri sənədləri (məlumatları) əldə etmək üçün iştirakçılara sorğular vermək və həmin iştirakçılardan belə sənədləri (məlumatları) almaq;

5.0.9. iştirakçıların İnformasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) onlara təqdim etmək.

6.0. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün operatorun aşağıdakı funksiyaları vardır:

6.0.1. aparılan minatəmizləmə prosesləri barədə məlumatları daxil etmək, öz fəaliyyətlərinə dair, habelə iştirakçılar tərəfindən İnformasiya sisteminə daxil edilən məlumatları ümumiləşdirmək və məlumatların hesabatlılığının aparılmasını təmin etmək;

6.0.2. İnformasiya sistemindən sərbəst və maneəsiz istifadəni, İnformasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, bu məqsədlə İnformasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək həmçinin İnformasiya sistemindən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmək;

6.0.3. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq, İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahib və aidiyyəti dövlət qurumuna təqdim etmək;

6.0.4. İnformasiya sisteminin təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda İnformasiya sisteminin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək və belə hallar barədə sahibi məlumatlandırmaq;

6.0.5. iştirakçıların İnformasiya sisteminin fəaliyyətinin təmin edilməsi ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq;

6.0.6. İnformasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsinin EHİS vasitəsilə həyata keçirilməsini təşkil etmək;

6.0.7. İnformasiya sistemində iştirakçılar tərəfindən məlumatların elektron kabinet vasitəsilə daxil edilməsi üçün texniki-texnoloji infrastrukuturu formalaşdırmaq;

6.0.8. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.0.9. İnformasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin “Hökumət buludu”nda saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;

6.0.10. İnformasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, sahib və aidiyyəti dövlət qurumunun təklifi əsasında təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq, zərurət yarandıqda İnformasiya sisteminin texniki parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

6.0.11. sahib və aidiyyəti dövlət qurumunun müraciəti əsasında normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

6.0.12. iştirakçıları İnformasiya sistemindən istifadə və onun funksiyaları ilə bağlı təlimatlandırmaq, maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

6.0.13. İnformasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək.

7.0. İştirakçıların İnformasiya sisteminin fəaliyyətinin təmin edilməsi ilə bağlı funksiyaları aşağıdakılardır:

7.0.1. İnformasiya sisteminə bu Əsasnamənin 4.4-cü bəndində qeyd olunan məlumatları daxil etmək;

7.0.2. İnformasiya sisteminə daxil edilən sənədlərin (məlumatların) aktuallığını, tamlığını, etibarlılığını, dürüstlüyünü və konfidensiallığını təmin etmək;

7.0.3. İnformasiya sisteminin fəaliyyətində iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.0.4. İnformasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

7.0.5. sahibin və operatorun sorğularını normativ hüquqi aktların tələblərinə uyğun olaraq cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) sahibə və operatora təqdim etmək;

7.0.6. sahibin və operatorun İnformasiya sisteminə daxil etdiyi və iştirakçıların bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;

7.0.7. İnformasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək.

8.1. İnformasiya sistemindən istifadə internet informasiya ehtiyatı üzərindən həyata keçirilir. Həmin iştirakçılar Vahid Giriş Sistemi vasitəsilə qeydiyyatdan keçdikdən sonra İnformasiya sisteminə daxil olurlar.

8.2. Qeydiyyatdan keçən hər bir iştirakçıya İnformasiya sistemində avtomatik qaydada elektron kabinet formalaşdırılır. İştirakçılar elektron kabinetləri vasitəsilə bu Əsasnamənin 4.4-cü bəndinə qeyd olunan məlumatları İnformasiya sisteminə yerləşdirirlər.

8.3. Sahib tərəfindən iştirakçıların İnformasiya sisteminə giriş hüququ aşağıdakı hallarda məhdudlaşdırılır:

8.3.1. İnformasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

8.3.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

Şəhərin/yaşayış məntəqəsinin adı:

Yaşayış məntəqəsinin başqa adları

İstinad nöqtəsinin koordinatları:

Coğrafi Uzunluq/Şərq:

Koordinat götürülüb: DGPS GPS

İstinad nöqtəsinin təsviri:

Bu ərazidə son döyüşlər: ______ (il) Minaların axırıncı basdırıldığı il:______

Mina probleminə dair yerli əhali tərəfindən təqdim olunmuş məlumatlar barədə qeydlər:

Hərbi fəaliyyətin intensivliyi: Güclü Orta Qisamüddətli

Barışıq nə vaxt əldə edilmişdir (ili və ya təsviri)? ________________________________________________

Son 24 ay ərzində əhaliyə mina təhlükəsi haqqında məlumat verilibmi?: Hə Yox Məlum deyil

Əgər verilibsə, nə şəkildə: Məktəbdə Plakatlar

Radio/televiziya Başqa: __________________

Borularla su təchizatı: Var Yox Məlum deyil

Elektrik təchizatı: Var Yox Məlum deyil

Yanacaqla təchizat: Var Yox Məlum deyil

Telefon rabitəsi: Var Yox Məlum deyil

Tibb müəssisələri: Tibb məntəqəsi Xəstəxana Yoxdur Başqası Məlum deyil

Yerli iqtisadiyyatın əsası: Kənd təsərrüfatı Sənaye Turizm Dövlət müəssisələri Başqa

Mina/PHS təsiri barəsində məlumat

Məlumat toplayan haqqında:

Minalanmış ərazinin adı

Baxış nöqtəsinin koordinatları:

Başlanğıc nöqtəsinin koordinatları:

Coğrafi uzunluq/Şərq:

Coğrafi uzunluq/Şərq:

Baxış nöqtəsinin, başlanğıc nöqtəsinin və minalanmış ərazinin təsviri:

Minalanmış ərazinin təxmini sahəsi: _______________m

İşarələnmə (birini göstərin): Yerli işarələr Rəsmi işarələr Çəpərlənib Heç nə

Ərazidə döyüşlər olubmu: Hə Yox Məlum deyil

Çirklənmə səviyyəsi: Aşağı Orta Yüksək

Ərazidə olması gözlənilən mina və sursatlar:

İstifadəsi mümkün olmayan kənd təsərrüfatı yerləri:

İstifadəsi mümkün olmayan qeyri-kənd təsərrüfatı yerləri:

Sudan istifadə imkanı kəsilmişdir

İstifadəsi mümkün olmayan başqa infrastruktur elementləri

Elektrik stansiyaları

İstifadəsi mümkün olmayan yerli infrastruktur elementləri:

Bu ərazidə inkişaf layihələri nəzərdə tutulubmu? Hə Yox Məlum deyil

Layihə üzrə məlumat üçün əlaqə: ______

Bitki örtüyü: Qısa ot Hündür ot Qamışlıq Kolluq Ağaclar Yoxdur

Başqa:_______ Məlum deyil

Yer səthinin quruluşu: Düzənlik Yamac Dağlıq Dərə Başqa:____ Məlum deyil

Yer səthinin başqa xüsusiyyətləri:

Ərazidə olan istehkamlar haqqında məlumat. Vurulmuş texnika. Minaya düşmüş texnika.Gözlə görülən hərbi yerləşmə yerləri. Mina və Sursat topaları. Tank əleyhinə xəndəklər və vallar. Ərazidən istifadə olunurmu? Olunursa nə üçün? Peyk fotolarına əsasən yaşayış və əkin neçə ildir davam edir? İlk baxışdan mexanika, it və əllə iş aparılmasına dair tövsiyələr.

Bu mina sahəsi barədə məlumat vermiş adam haqqında

Əlaqə üçün məlumat: _____

Qeydə alınmış sahədə torpaq şumlanır, becərilir: Hə Yox

Torpağı istifadə edənin adı: _____

Bu ərazidə bilavasitə faydalananlar: _____

Əlavə: Minalanmış ərazinin sxematik xəritəsi və fotoşəkilləri

· yaşayış məntəqələri;

· rayonun sərhədləri;

· dəmir yolları və s.

· yerin başqa xüsusiyyətləri;

· istinad nöqtəsi, başlanğıc nöqtəsi, sərhədləri və ölçüləri;

Tədqiqat qrupunun adı:

Tədqiqat qrupunun rəhbəri:

Tədqiqatın başlanma tarixi:

Tədqiqatın başa çatma tarixi:

Tədqiqata sərf olunmuş vaxt: saat

Faydalananların sayı: nəfər

Kommersiya təşkilatları

İşin statusu: Davam edir Tamamlanıb Təxirə salınıb Tərk edilmiş

Yaşayış məntəqəsindən məsafəsi: ______ km

Yol yararlıdır: Minik 4x4 Yük maşını Bütün

Mina sahəsinin təsviri:

Aid olduğu ərazinin adı

Çatma vaxtının saat və dəqiqəsi

İstinad nöqtəsinin koordinatları:

Nişangah nöqtəsinin koordinatları:

Coğrafi Uzunluq/Şərq:

Coğrafi Uzunluq/Şərq:

Koordinat götürülüb: DGPS GPS

Koordinat götürülüb: DGPS GPS

İstinad nöqtəsinin təsviri:

Nişangah nöqtəsinin təsviri:

Minalı sahənin perimetr nöqtələrinin təsviri

Ərazinin ölçüsü, m: ____

İşarələmə: Yerli işarələr Rəsmi işarələr Çəpərlənmiş Heç biri

Tədqiqatda birbaşa təmizlənmiş ərazi, m: _______ Sərf olunmuş vaxt: _______ saat

Qısaldılmış ərazi, m: ______ Sərf olunmuş vaxt: ______ saat

Təmizlənmiş sərhəd xətti, m: ________ Sərf olunmuş vaxt: ______ saat

Təmizlənmiş inzibati ərazi, m: ___________ Sərf olunmuş vaxt: _________saat

Təmizləmə üçün işarələnmiş ölçüsü, m: ___________

İstifadəçi tərəfindən verilmiş ölçüsü, m: __________

Mina/PHS-in vəziyyəti: Partlayıcısız Təhlükəli Görünmür Naməlum

Minatəmizləmə (Əməliyyat məlumatı)

Bitki örtüyü: Ot Kollar Qamışlıq Ağaclar Yoxdur

Bitki örtüyünün sıxlığı: Aşağı Orta Yüksək

Bitkilərin ləğv edilməsi: Əllə Mexaniki Kimyəvi Yandırma

Torpağın kateqoriyası: A (açıq, yumşaq torpaq)

B (kollarla ortülü, yumşaq torpaq)

C (daşlarla və az miqdarda otlarla örtülmüş sərt torpaq)

D (sıx otlarla örtülmüş daşlı çox sərt torpaq)

Torpağın növü: Qumlu Təbaşirli Şumlanmış Gilli Daşlı Bataqlıq

Çirklənmə: Metalla Ağac kökləri ilə Digər:_______________

Metalla çirklənmənin səviyyəsi: Aşağı Orta Yüksək

Torpaqtərkibli metalın səviyyəsi: Aşağı Orta Yüksək

Suaxıtma xüsusiyyətləri: Kanal Çay Drenaj Göl Digər

Yerin quruluşu: Düzənlik Dağətəyi Dağlıq Dərə Sahil

Maillik 0-5% 5-10% 10-15% 15-20% 20-25% 25-30% 30% +

Ərazidə itlərdən istifadə etmək mümkündürmü? Bəli Xeyr Məlum deyil

Ərazidə detektordan istifadə etmək mümkündürmü? Bəli Xeyr Məlum deyil

Ərazidə şupdan istifadə etmək mümkündürmü? Bəli Xeyr Məlum deyil

Mexaniki minatəmizləmə mümkündürmü? Bəli Xeyr Məlum deyil

Minalı sahəyə hansı növ mexaniki təmizləmə avadanlığı gətirilə bilər: Yüngül Orta Ağır

Mövsümlə bağlı xüsusi qeydlər:

Çətinliyin güman edilən səviyyəsi: 1 2 3 4 5

Təmizləmənin vacibliyi: Aşağı Orta Yüksək

Minatəmizləmə qruplarının tövsiyə olunan sayı:

Tövsiyə olunan əməliyyat növü: Əllə Mexaniki İtlərlə Qarışıq Gözlə axtarma

Tövsiyə olunan təmizləmə dərinliyi: sm

Göstərilən təmizləmə dərinliyinə səbəb:

Təmizləmənin güman edilən tamamlanma müddəti: ____ gün

Ərazidən istifadə məqsədi: Yaşayış evləri İnkişaf Sənaye Kənd təsərrüfatı İctimai Digər:______

Ərazinin istifadəsinə başlanma tarıxı: ______ (ay/il)

Bağlı qalmış kənd təsərrüfatı sahələri:

Bağlı qalmış sudan istifadə:

Heyvanların suvarılması

Su quyusu və ya bulaq

Bağlı qalmış qeyri-kənd təsərrüfatı ərazisi:

Bağlı qalmış infrastruktur:

Bağlı qalmış başqa infrastruktur elementləri:

Elektrik stansiyaları

Digər vacib yerlər Nə?

Ərazidə inkişaf proqramı planlaşdırılıbmı: Bəli Xeyr Məlum deyil

Cavab müsbətdirsə, maliyyələşdirilən layihə varmı: Bəli Xeyr Məlum deyil

Layihə üzrə əlaqə: _______________________

Mina təhlükəsinə dair maarifləndirmə təlimi necə və kimə keçirilib:

Əlavə məlumatlar/qeydlər:

Məlumatı toplayanlar:

Hesabatı hazırladı (topladı):

Texniki tədqiqat Təmizləmə

Hesabat dövrünün əvvəli:

Hesabat dövrünün sonu:

Sərf olunmuş vaxt: saat

Təmizləmə dərinliyi: sm

Cəmi təmizlənmiş ərazi: _____ m Cəmi sərf olunmuş vaxt: ______ saat

Maqnitolokatorla yoxlanıb: ______ mDaxili keyfiyyətə sərf olunmuş vaxt: _____ saat

İş günlərinin sayı: ________ İtirilmiş günlərin sayı: ______

Vaxt itkisinin səbəbləri: ________________________________________________________________________

İşin statusu: Davam edir Tamamlanıb Təxirə salınıb Tərk edilmiş

Minatəmizləmə fəaliyyətinə cəlb olunmuş ekspert və mütəxəssislər barədə məlumat:

Zərərsizləşdirilmiş (və/və ya sahədən aparılmış) partlayıcı qurğular:

İşarələnmiş partlayıcı qurğular:

Qeyd. Cədvəllərdə yer çatışmırsa muvafiq siyahıları ayrıca hazırlayıb, bu hesabata əlavə edin.

Sahədən aparılmış qurğular barədə əlavə məlumat (hansı tarixdə, kimə verilib və hara aparılıb):

Təmizlənməmiş ərazi qalıbmı: Hə Yox

İstifadə olunmuş metal detektorları:

Hesabat dövrü ərzində xarici keyfiyyət yoxlaması olubmu Hə Yox

Əgər olubdursa: Monitorinq Seçilmiş yerlərin yoxlanması Əllə

Ümumi qeydlər/problemlər (o cümlədən, monitorinq zamanı)

Texniki tədqiqat Təmizləmə

Hesabat dövrünün əvvəli:

Hesabat dövrünün sonu:

Sərf olunmuş vaxt: saat

Təmizləmə dərinliyi: sm

Cəmi təmizlənmiş ərazi: _________m Cəmi sərf olunmuş vaxt: _________ saat

Daxili keyfiyyətə sərf olunmuş _________ saat

İş günlərinin sayı: _______ İtirilmiş günlərin sayı: __________

Vaxt itkisinin səbəbləri: ______________________________________________________________

İşin statusu: Davam edir Tamamlanıb Təxirə salınıb Tərk edilmiş

Minatəmizləmə fəaliyyətinə cəlb olunmuş ekspert və mütəxəssislər barədə məlumat:

Zərərsizləşdirilmiş (və/və ya sahədən aparılmış) partlayıcı qurğular:

İşarələnmiş partlayıcı qurğular:

Qeyd. Cədvəllərdə yer çatışmırsa muvafiq siyahıları ayrıca hazırlayıb bu hesabata əlavə edin.

Sahədən aparılmış qurğular barədə əlavə məlumat (hansı tarıxdə, kimə verilib və hara aparılıb):

Təmizlənməmiş ərazi qalıbmı: Hə Yox

Hesabat dövrü ərzində xarici keyfiyyət yoxlaması olubmu: Hə Yox

Əgər olubsa: Monitorinq Seçilmiş yerlərin yoxlanması Əllə

Ümumi qeydlər/problemlər (o cümlədən, monitorinq zamanı)

Texniki tədqiqat Təmizləmə

Hesabat dövrünün əvvəli:

Hesabat dövrünün sonu:

Sərf olunmuş vaxt: sааt

Təmizləmə dərinliyi: sm

Cəmi təmizlənmiş ərazi: _______m Cəmi sərf olunmuş vaxt: ________ saat

İş günlərinin sayı: ________ İtirilmiş günlərin sayı: __________

Vaxt itkisinin səbəbləri: ___________________________________________________________________________

İşin statusu: Davam edir Tamamlanıb Təxirə salınıb Tərk edilmiş

Minatəmizləmə fəaliyyətinə cəlb olunmuş ekspert və mütəxəssislər barədə məlumat:

Zərərsizləşdirilmiş (və/və ya sahədən aparılmış) partlayıcı qurğular:

İşarələnmiş partlayıcı qurğular:

Qeyd. Cədvəllərdə yer çatışmırsa müvafiq siyahıları ayrıca hazırlayıb bu hesabata əlavə edin.

Sahədən aparılmış qurğular barədə əlavə məlumat (hansı tarixdə, kimə verilib və hara aparılıb):

Təmizlənməmiş ərazi qalıbmı: Hə Yox

İstifadə olunmuş mexaniki təmizləmə vasitələri:

Hesabat dövrü ərzində xarici keyfiyyət yoxlaması olubmu: Hə Yox

Əgər olubdursa: Monitorinq Seçilmiş yerlərin yoxlanması Əllə

Ümumi qeydlər/problemlər (o cümlədən, monitorinq zamanı)

Tapşırığın növü: Mina sahəsi Döyüş sahəsi

Qurğu növü (mina sahəsi üçün): TƏ PƏ TƏ/PƏ

Yaşayış məntəqəsindən məsafə: ____ km

Yol yararlıdır: Minik 4x4 Yük maşını Bütün

Tibbi yardım imkanları:

İstinad nöqtəsinin koordinatları:

Nişangah nöqtəsinin koordinatları:

Coğrafi uzunluq/Şərq:

Coğrafi uzunluq/Şərq:

Koordinat götürülüb: DGPS GPS

Koordinat götürülüb: DGPS GPS

İstinad nöqtəsinin təsviri:

Nişangah nöqtəsinin təsviri:

Minalı sahənin perimetr nöqtələrinin təsviri

Ərazinin ölçüsü, m: ________

Təmizlənməli sahənin xüsusiyətləri

Bitki təmizlənib: Əllə Mexaniki Kimyəvi Yandırılma

Torpağın kateqoriyası: A (təmiz, yumşaq torpaq)

B (daşlarla və az miqdarda otlarla örtülmüş sərt torpaq)

C (sıx otlarla örtülmüş daşlı çox sərt torpaq)

Torpağın növü: Qumlu Təbaşirli Şumlanmış Gilli Daşlı Bataqlıq

Çirklənmə: Metalla Daşla Ağac kökləri Digər ______

Metalla çirklənmənin səviyyəsi: Aşağı Orta Yüksək

Torpaq tərkibində metalın səviyyəsi: Aşağı Orta Yüksək

Mexaniki minatəmizləmə aparılıbmı? Hə Yox Məlum deyil

Təmizlənməli sahənin təsviri və əlavə məlumat:

Təmizləmə üçün işarələnmiş ölçüsü, m: _________

Təmizlənmiş sahənin ölçüsü, m: _________ Təmizləmə dərinliyi: _________sm

Əllə təmizlənmişdir, m: _________ Sərf olunmuş vaxt, saat: _________

İtlərlə təmizlənmişdir, m: _________ Sərf olunmuş vaxt, saat: _________

Mexaniki yardım, m: _________ Sərf olunmuş vaxt, saat: _________

Təmizlənmiş inzibati ərazi, m: _________ Sərf olunmuş vaxt, saat: _________

Təmizlənməmiş ərazi qalıbmı: Hə Yox

Təmizlənməmiş ərazinin işarələnməsi: Rəsmi işarələr Çəpərlənmiş Digər Heç biri

Təmizlənməmiş ərazinin təsviri:

Partladılmış sursatlar

İşarələnmiş sursatlar:

İşin statusu: Davam edir Tamamlanıb Təxirə salınıb Tərk edilmiş

Məlumatı toplayanlar barədə:

Tapşırığın başlama tarixi:

Minatəmizləmə Agentliyi:

Tapşırığın başa çatma tarixi:

TT birbaşa təmizlənmiş ərazi: m

Təmizlənmiş perimetr xətti: m

Təmizlənmiş inzibati ərazi: m

Cəmi təmizlənmiş ərazi: m

Təmizləmə dərinliyi: sm

Cəmi sərf olunmuş iş vaxtı: saat

Təmizlənmışdir: Evlər Müəssisə Kənd təsərrüfatı sahəsi Digər

İstifadə edilmiş üsul və texnologiya: Əllə Mexaniki İtlərlə Birgə üsulla

Tapşırığın növü: Təmizləmə Mina/Döyüş sahəsi (Texniki Tədqiqat) Təhlükəli ərazi Qeyri-Texniki Tədqiqat

Əməliyyatlar zamanı bədbəxt hadisə: Hə Yox

Yox Hadisə barədə İD:

Təmizlənməmiş ərazi qalıbmı? Hə Yox

Təmizlənməmiş ərazinin işarələnməsi: Yerli işarələr Rəsmi Hasarlanmış Bir-neçə Heç-bir

Təmizlənməmiş ərazinin təsviri:

Əllə təmizlənmişdir, m: _________ Sərf olunmuş vaxt, saat: _________

İtlərlə təmizlənmişdir, m2: _________ Sərf olunmuş vaxt, saat: _________

Mexaniki yardım, m: _________ Sərf olunmuş vaxt, saat: _________

Gözlə baxış, m: _________ Sərf olunmuş vaxt, saat: _________

Daxili keyfiyyət yoxlamasını keçirən: ______________________________

Daxili keyfiyyət yoxlaması üsulu: Əllə Mexaniki İtlərlə Birgə üsulla

Mina sahəsinin nişangah/istinad nöqtəsi:

Coğrafi uzunluq/Şərq:

Koordinat götürülüb: DGPS GPS

Nişangah/İstinad nöqtəsinin təsviri

Partladılmış sursatlar:

İşarələnmiş sursatlar:

Mən bəyan edirəm ki, bu sənəddə təsvir olunmuş ərazi BMT-nin minatəmizləmə qaydalarına əsasən təmizlənmişdir və orada mina və PHS təhlükəsi yoxdur.

1) Təmizləmə haqqında bəyanat qəbul edilmişdir.

2) Bu sənəddə təsvir olunmuş ərazi mina və PHS-dən təmizlənmişdir.

Ərazinin xəritəsi və yaxud sxemi əlavə olunmalıdır.

Tapşırığın başlama tarixi:

Minatəmizləmə Agentliyi:

Tapşırığın başa çatma tarixi:

Cəmi yoxlanılmış ərazi, m:

Yoxlanılmış ərazi, %:

Təmizləmə dərinliyi, sm:

Əllə yoxlanılmışdır, m: ________ İtlərlə yoxlanılmışdır, m: __________

Lokatorla yoxlanılmışdır, m: _________ Mexaniki vasitələrlə yoxlanılmışdır, m: __________

Təmizlənmişdir: Evlər Müəssisə Kənd təsərrüfatı sahəsi Digər

Keyfiyyət yoxlaması üsulu: Əllə Mexaniki İtlərlə Birgə üsulla

Təmizlənməmiş ərazi qalıbmı? Hə Yox Təmizlənmiş ərazi, m: __________

Təmizlənməmiş ərazinin işarələnməsi: Yerli işarələr Rəsmi Hasarlanmış Bir-neçə Heç-bir

Təmizlənməmiş ərazinin təsviri və onun uyğunluğu:

Buraxılmış sursatlar barədə məlumat:

XKY-nin nəticəsi barədə

Hesabatın alınma tarixi:

Hesabat dövrünün əvvəli:

Hesabat dövrünün sonu:

Sərf olunmuş vaxt: saat

Partlama prosesində iştirak edən şəxslər

Qeyd. Partlama prosesini xüsusi təlim keçmiş şəxslər həyata keçirə bilərlər.

Partlama edilməklə zərərsizləşdirilmiş partlayıcı qurğuların siyahısı (növləri, modelləri və miqdarı qeyd edilməklə) 2-ci səhifədə verilir.

Partlama sahəsində işarələnmiş qurğular qalıbmı: Hə Yox (Qalıbdırsa, işarənmiş qurğular üzrə əlavə siyahı təqdim edilməlidir)

Partlama sahəsində işlər: Sona çatıb Təxirə salınıb Tamamlanıb

Partlama üsullarına uyğun istifadə olunmuş partladıcı avadanlığın miqdarı

Ümumi qeydlər / problemlər

Qeyd. Hesabatı ancaq partlama prosesində iştirak etmiş şəxslər hazırlaya bilər. Hesabat ərazi üzrə sahə supervayzeri və əməliyyat meneceri tərəfindən təsdiq olunmalıdır.

Hesabatı təsdiq etdi:

Ərazi üzrə sahə supervayzeri

Partlama edilməklə zərərsizləşdirilmiş partlayıcı qurğular:

Məlumatı daxiletmə tarixi:

Hesabatın verilmə tarixi:

Hesabatın alınma tarixi:

Təşkilat (ünvan və telefon)

Hadisə yerinə yaxın şəhər

Ərazi işarələnmişdirmi? Bəli Xeyir Məlum deyil

Ən yaxın şəhərdən hadisə yerinə olan məsafə və istiqamət (koordinatlar məlumdursa, ehtyac deyil):

Yaxın şəhərdən hadisə yerinə qədər məsafə: 500 metrdən az 500 m-dən 5 km-dək 5 km-dən çox

Yaxın şəhərdən hadisə yerinə olan istiqamət: Şimal Cənub Şimal – Şərq Cənub – Şərq

Şərq Qərb Şimal – Qərb Cənub – Qərb Məlum deyil

Hadisə yerinin koordinatları (onlar məsafə və istiqaməti əvəz edə bilərlər):

Coğrafi uzunluq/Şərq:

Həmin şəxs zədələnib, yoxsa ölüb: Ölüb Zədələnib Ölübsə, hansı vəziyyətdə:

Yerində Tibb məntəqəsində

Tibb məntəqəsinə aparılarkən

Başqa şəraitdə: __________

İlk tibbi yardım: Poliklinika Tibb məntəqəsi Yerində yardım

İlk tibbi yardıma qədərki vaxt:

Çatdırılmış ilk xəstəxananın adı:

İlk xəstəxanaya çatdırılma vaxtı:

Mina hərəkatı heyəti ►

Minatəmizləmə Agentliyinin idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçiləri

Sülhməramlı beynəlxalq qüvvələr

Beynəlxalq müşahidəçi

Minatəmizləmə Agentliyinin idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçiləri

Sülhməramlı beynəlxalq qüvvələr

Beynəlxalq müşahidəçi

Hadisə zamanı məşğuliyyəti:

Other Injuries Mal-qara otararkən Hadisə yerinin yaxınlığında ikən Odun/ərzaq/su tədarükü Ov/balıq tutmaq

Minatəmizləmə Hərbi fəaliyyət Asayişin qorunması Oyun/istirahət

Qəsdən toxunma Kənd təssərrüfatı işləri Səyahət Ev işləri

Məlum deyil Digər: ____________________

Zərərçəkən bu sahəyə tez-tez gedirdimi? Gündə bir neçə dəfə Gündə bir dəfə

Həftədə bir neçə dəfə və ya az Əvvəllər heç vaxt

Zərərçəkən düşdüyü ərazinin minalanmış olduğunu bilirdimi? Hə Yox Məlum deyil

Əgər o ərazinin təhlükəli olduğunu bilirdisə oraya nə üçün gedib? Başqa yol yoxdur İqtisadi ehtiyac

Başqasının təsiri ilə Digər _____

Zərərçəkən təhlükəli qurğuları hadisəyə qədər görmüşdümü? Yox Hə, lakin ona toxunmayıb

Hə, ona toxunub Məlum deyil

Zərərçəkən mina xəbərdarlığı üzrə təlim keçmişdimi? Hə Yox Məlum deyil

Tibbi hesabata istinad (əgər vardırsa):

Digər cəlb olunmuş şəxslər Neçə digər şəxs ölüb?

Neçə digər şəxs xəsarət alıb?

Digər zərərçəkənlərin siyahısı

Hadisəyə səbəb olan qurğu

Naməlum Piyada əleyhinə mina Tank əleyhinə mina Kasset sursatı Digər PHS

Tələ-mina Partladıcı Qurğu məlumdursa adını qeyd edin

Təsdiq olunma tarixi:

Nişangah/Başlanğıc nöqtə Nişangah/Başlanğıc nöqtənin və/və ya PHS təsviri

Nişangah/Başlanğıc nöqtənin koordinatları

Coğrafi Uzunluq/Şərq:

Koordinat götürülüb: DGPS GPS

Minalı sahənin perimetr nöqtələrinin təsviri

Sahənin növü: Tarla Meşə Yol

Avtomobil yolu Hökumət binası Cığır

Hərbi hissə Yaşayış binası Çay sahili

Otlaq Dəniz sahili Məlum deyil

Digər _________________________

Sahənin ölçüsü, m: _____ Təmizləmə dərinliyi, sm: ______ Sərf olunmuş vaxt, saat: _____

Adı: ____________________________________________________________________________________

Ünvanı, vəzifəsi, iş yeri: ____________________________________________________________________

Vəziyyəti: Zərərsizləşdirilmiş İşarələnmiş Aparılmış

Aparılmış qurğunun xüsusiyyətləri:

Çirklənmiş ərazinin təsviri (çirklənmənin səbəbi və s.):

Şəkil(lər) İD: _____________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver