10.1. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Pasportun verilməsi qaydası müvafiq qanunla tənzimlənir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
10.2. Ticarət gəmi ç iliyi məqsədilə istifadə edilən gəmidə i ş ləyən və ya təcr ü bə ke ç ən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasında həyata keçirilir. Xaricdə işlədiyi ticarət gəmi ç iliyi məqsədilə istifadə edilən gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş dənizçinin şəxsiyyət sənədi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi (tərtib olunmuş gəmi heyətinin siyahısından çıxarış) sərhəd nəzarətindən keçərkən təqdim etməlidir. Dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
10.3. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublik Maddə … 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.