QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 19

Maddə 19. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hər hansı bir dövlətdən Azərbaycan Respublikasının ərazisinə girişi və Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş marşrut üzrə hərəkət edərək üçüncü ölkəyə çıxışı həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur.

19.2. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə bu Məcəllənin 34–37-ci maddələrində nəzərdə tutulmuş qaydada tranzit vizası verilir.

19.3. Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tranzit keçidi üçün tranzit vizası tələb olunmur:

19.3.1. əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda;

19.3.2. hava nəqliyyatı sərnişinləri təyyarə dəyişmədən Azərbaycan Respublikasının ərazisindən tranzitlə uçduqda;

19.3.3. əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hava limanında təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə – bir şərtlə ki, sərnişinlərin təyinat ölkəsinə daxil olmaq hüququnu təsdiq edən sənədləri, təyyarə dəyişmək üçün endikləri hava limanından yola düşmə vaxtını təsdiq edən sərnişin biletləri olsun və Azərbaycan Respublikasının ərazisində qalma müddəti 24 saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava limanı ərazisində xüsusi olaraq ayrılmış ərazinin hüdudlarından kəna Maddə … ının ərazisində qalma müddəti 24 saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava limanı ərazisində xüsusi olaraq ayrılmış ərazinin hüdudlarından kənara çıxa bilməzlər;

19.3.4. Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları tranzitlə keçdikdə.

19.4. Tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması aşağıdakı hallarda mümkündür:

19.4.1. nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə;

19.4.2. avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);

19.4.3. Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır);

19.5. Bu Məcəllənin 19.4.3-cü maddəsində nəzərdə tutulmuş halda xəstə şəxslə birlikdə onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir.

19.6. Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bu Məcəllənin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək artırılır.

19.7. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədb Maddə … Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.

19.8. Beynəlxalq yükdaşımalarda iştirak edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisindən tranzit keçidi beynəlxalq və dövlətlərarası yükdaşımalar üçün müəyyənləşdirilmiş dövlət sərhədinin buraxılış məntəqələrindən və avtomobil yollarından həyata keçirilir.

19.9. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

19.10. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisindən tranzit keçid qaydalarına əməl etmədiklərinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver