41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istis Maddə … erən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
41.2. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi müsbət həll edildikdə bu barədə qərarın verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra həmin qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təqdim etdikləri elektron poçt ünvanına göndərilir.
41.3. Ələt azad iqtisadi zonasına işgüzar və ya şəxsi səfər məqsədilə gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında uzadılır. Belə halda bu Məcəllənin 41.1.6-cı, 41.1.7-ci və 41.1.8-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.
41.4. Müvəqqəti olma m ü ddətinin uzad ı lmas ı üçü n tələb olunan sənədlərin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər m ü raciət edəndən tələb edilmir. Belə sənəd Maddə … vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər m ü raciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi m ü raciət edənin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya m ü raciət edən tərəfindən təmin edilir. Qeyd: Bu Məcəllənin 41.1.2-ci, 41.1.6-cı və 41.1.8-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (bu Məcəllənin 41.4-c ü maddəsinin tələbləri nəzərə al ı nmaqla).