43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir:
43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda;
43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda;
43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 41.3-cü və 41.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla);
43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda;
43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda;
43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.
43.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır. FƏSİL 7 AZƏRBAYCAN Maddə … ədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır. FƏSİL 7 AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ