uzadılması) üçün tələb olunan sənədlər
46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
46.1. Maddə … qanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
46.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zam Maddə … rədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir. 46.2-1. Bu Məcəllənin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.
46.3. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.
46.4. Bu Məcəllənin 54.11-1-ci maddəsində nəzərdə tutulan müraciətə bu Məcəllənin 46.1.1-ci maddəsində göstərilən ərizə-anket əlavə olunmaqla daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) üçün təqdim edilmiş sənədlər əsasında baxılır. Belə müraciətə baxılan zaman müvafiq icra hakimiyyəti orqanından yenidən rəy alınması tələb olunmur.
46.5. Bu Məcəllənin 20.3-cü maddəsində nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti tələb edilmir.
46.6. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət t Maddə … i orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda Məcəllənin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.
46.7. Bu Məcəllənin 64.0.18-ci maddəsində göstərilən şəxslər və onların ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında verilir. Belə halda bu Məcəllənin 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır. 46.7-1. Bu Məcəllənin 45-ci maddəsinin “ Qeyd ” hissəsinin 2-ci bəndində nəzərdə tutulan m ü raciət hallar ı nda bu Məcəllənin 46.1-ci maddəsində g ö stərilən sənədlərlə yana şı sahibkarl ı q fəaliyyəti ilə mə şğ ul olan fiziki ş əxsin və ya m ü raciətlə əlaqəli h ü quqi ş əxsin son 1 ildə təqdim etdiyi bəyannamə ü zrə d ö vriyyəsinə dair vergi orqan ı ndan əldə edilmi ş sənəd təqdim edilir.
46.8. Müvəqqəti ya ş amaq icazəsinin verilməsi (m ü ddətinin uzad ı lmas ı ) üçü n tələb olunan sənəd Maddə … n ı ndan əldə edilmi ş sənəd təqdim edilir.
46.8. Müvəqqəti ya ş amaq icazəsinin verilməsi (m ü ddətinin uzad ı lmas ı ) üçü n tələb olunan sənədlərin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər m ü raciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi m ü raciət edənin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya m ü raciət edən tərəfindən təmin edilir. Qeyd: Bu Məcəllənin 46.1.2-ci, 46.1.9-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (bu Məcəllənin 46.8-ci maddəsinin tələbləri nəzərə al ı nmaqla).