49.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, bu Məcəllənin 45.1.2-ci və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə) maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
49.2. Bu Məcəllənin 45.1.2-ci və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə) maddələrində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. 49.2-1. Bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır.
49.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir.