QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 54

Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

uzadılması) qaydası

54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.

54.3. 14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.

54.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.

54.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal yüksəki Maddə … i, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal yüksəkixtisaslı miqrantlara, 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

54.6. Müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxslərin sənədlərini baxılması və rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

54.7. Müvafiq icra hakimiyyəti orqanı 1 ay (yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 20 gün) müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra sənədləri müvafiq icra hakimiyyəti orqanına qaytarır. Müvafiq icra hakimiyyəti orqanının 1 ay (yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 20 gün) ərzində rəy bildirməməsi daimi yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.

54.8. Müvafiq icra hakimiyyəti orqanı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və digər aidiyyəti qurumlara müvafiq sorğular göndərir və rəsmi arayışlar alır.

54.9. Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə “ Dövlət rüsumu haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi d Maddə … sında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə “ Dövlət rüsumu haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilir.

54.10. Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona verilməlidir.

54.11. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir. 54.11-1. Daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtinaya səbəb olan hal aradan qalxmazsa və bu hal müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina üçün əsas deyildirsə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı bu Məcəllənin 54.11-ci maddəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər.

54.12. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əc Maddə … raciət edə bilərlər.

54.12. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur.

54.13. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, daimi yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver