QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 59

Maddə 59. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

59.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar.

59.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı bu barədə 5 iş günü ərzində rəy verir.

59.3. Vasitəçilik fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılıq almış hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan Respublikasının vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər.

59.4. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara uyğun şəkildə təmin olunması nəzərdə tutulmalıdır.

59.5. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəs Maddə … şəkildə təmin olunması nəzərdə tutulmalıdır.

59.5. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir.

59.6. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verirlər.

59.7. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən bu Məcəlləyə və “ Məşğulluq haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

59.8. Müvafiq icra hakimiyyəti orqanı vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətinə dövlət nəzarətini (sahibkarlara münasibətdə “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) həyata keçirir.

59.9. Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada uzadıla, qüvvəsi müvəqqəti dayandırıla və ya ləğv edilə bilər.

59.10. Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsus Maddə … müəyyən olunmuş qaydada uzadıla, qüvvəsi müvəqqəti dayandırıla və ya ləğv edilə bilər.

59.10. Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın verilməsinə görə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver