65.1. İş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
65.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket;
65.1.2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
65.1.3. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
65.1.4. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
65.1.6. işəgötürən:
65.1.6.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
65.1.6.2. fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
65.1.7. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.
65.2. İş icazəsinin verilməsi (m ü ddətinin uzad ı lmas ı ) üçü n tələb olunan sənədlərin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n ol Maddə … n tələb olunan sənədlərin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər m ü raciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi m ü raciət edənin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya m ü raciət edən tərəfindən təmin edilir.