QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 68

Maddə 68. İş icazəsinin yenidən rəsmiləşdirilməsi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

68.1. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə onun işəgötürəni 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və iş icazəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidir.

68.2. Bu Məcəllənin 68.1-ci maddəsində nəzərdə tutulan hallarda işəgötürən 10 iş günü müddətində müvafiq ərizə təqdim etmədikdə, əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş icazə etibarsız hesab edilir.

68.3. İş icazəsi yenidən rəsmiləşdirildikdə, onun yenidən rəsmiləşdirilməsinin səbəbi ilə bağlı sənəd təqdim edilir.

68.4. İş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver