QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 75

Maddə 75. Əməkçi miqrantların hüquqları

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

75.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkçi miqrantlara əmək şəraiti ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq edilir və onların əməyinin ödənilməsi qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

75.2. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı bu Məcəllədə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

75.3. Əməkçi miqrant vəfat etdikdə, onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs əməkçi miqrantın cənazəsinin daimi yaşadığı ölkəyə göndərilməsini təmin etməlidir.

75.4. İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti (sahibkarlara münasibətdə “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver