77.1. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir.
77.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması üzrə tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.
77.3. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları birgə həyata keçirirlər.
77.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması işinə beynəlxalq və qeyri-hökumət təşkilatları cəlb edilə bilər.
77.5. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün müvafiq icra hakimiyyəti orqanının təlim-tədris mərkəzinə müraciət edə bilərlər. VI BÖLMƏ YEKUN MÜDDƏALAR FƏSİL 13 ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARA ÇIXARILMASI