8.1. Miqrasiya uçotu aparılarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatların toplanması, qeydə alınması, ümumiləşdirilməsi və istifadəsi həyata keçirilir:
8.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin növü və rekvizitləri (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi və yeri, etibarlılıq müddəti, habelə mövcud olduğu təqdirdə, həmin sənəddə olan biometrik məlumatlar);
8.1.2. Azərbaycan Respublikasında olmaq və ya yaşamaq hüququnu təsdiq edən sənədin növü və rekvizitləri;
8.1.3. soyadı, adı, atasının adı (sənəddə sonuncu barədə məlumat olduğu təqdirdə);
8.1.4. doğulduğu tarix və yer;
8.1.5. cinsi;
8.1.6. vətəndaşlığı;
8.1.7. Azərbaycan Respublikasına gəlişinin məqsədi;
8.1.8. peşəsi (olduğu təqdirdə);
8.1.9. Azərbaycan Respublikasında olmasının və ya yaşamasının bəyan edilmiş müddətləri;
8.1.10. Azərbaycan Respublikasında son yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyat tarixi və onun ünvanı;
8.1.11. qanuni nümayəndələri barədə məlumat (valideynlər, övladlığa və himayəyə götürənlər, qəyyumlar);
8.1.12. ölkə hüdudlarından kənara çıxarılması barədə məlumat (tətbiq olunub ya yox, tətbiq olunubsa – kim tərəfindən və nə vaxt);
8.1.13. ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat;
8.1.14. Azərbaycan Respublikasında cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilməsi haqqında məlumat;
8.1.15. Azərbaycan Respublikasında vəfat etdiyi tarix, yaxud ölmüş Maddə … da cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilməsi haqqında məlumat;
8.1.15. Azərbaycan Respublikasında vəfat etdiyi tarix, yaxud ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, məhkəmənin adı və yeri.
8.2. Miqrasiya uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə aparılır.
8.3. Aidiyyəti dövlət orqanları miqrasiya uçotunun aparılması məqsədi ilə müvafiq məlumatları istifadələrində olan informasiya resursları və sistemləri vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına ötürürlər.
8.4. Vahid Miqrasiya Məlumat Sisteminin məlumat resurslarının formalaşması və ondan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən olunur. II BÖLMƏ AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASINDAN GETMƏ FƏSİL 3 AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ ÖLKƏDƏN GETMƏSİ VƏ ÖLKƏYƏ GƏLMƏSİ