QanunvericilikAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 88-2

Maddə 88-2. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yazışmaları 88-2.1

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər. 88-

2.2. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər. 88-

2.3. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktub və teleqram göndərməsi bu Məcəllənin 88-3.2-ci maddəsində müəyyən edilmiş müddətdə və senzura qaydalarına uyğun olaraq həyata keçirilir. 88-

2.4. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəçi və ya hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək üçün Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. 88-

2.5. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına gələn və Maddə … 5. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar onların iştirakı ilə Mərkəzin işçisi tərəfindən açılır. Bu halda həmin məktubların oxunmasına yol verilmir. 88-

2.6. Mərkəzdən azad edilmiş (və ya buraxılmış) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ünvanına daxil olan məktublar Mərkəzin rəisi tərəfindən ən geci 1 iş günü müddətində həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşadığı (olduğu) ünvana göndərilir. 88-

2.7. Azərbaycan Respublikasının ərazisini tərk etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ünvanına gələn məktub və teleqramlar həmin məktubu və ya teleqramı göndərən şəxsə qaytarılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver