Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır. 88-
4.2. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildikdən dərhal sonra Mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək bu Məcəllənin 88-4.4-cü maddəsinin tələbləri gözlənilməklə telefonla danışmaq hüququna malikdir. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar Mərkəzdə məcburi yerləşdirilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir. 88-
4.3. Müdafiəçisi ilə telefon danışıqları və görüşləri istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin telefon danışıqlarından və görüşlərdən istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin e Maddə … ını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti yarandıqda, Mərkəzin rəisinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 88-
4.4. Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslərin isə həmçinin tutulduğu yer) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata dərhal məlumat verilir və belə məlumatın verildiyi qeydə alınır. 88-
4.5. Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla dərhal əlaqə saxlamaq imkanı yaradılır.