Qanunvericilik › “Miqrasiya orqanları işçilərinin rotasiyası Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 11.05.2016) › Tam mətn

“Miqrasiya orqanları işçilərinin rotasiyası Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 11.05.2016)

“Miqrasiya orqanları işçilərinin rotasiyası Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 11.05.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI

“Miqrasiya orqanları işçilərinin rotasiyası Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.5-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası

1. “Miqrasiya orqanları işçilərinin rotasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

miqrasiya xidməti müşaviri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2016-cı il 11 may tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.5-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və miqrasiya orqanları işçilərinin (bundan sonra – işçi) rotasiya qaydalarını tənzimləyir.

1.2. Rotasiya işçilərin potensialının səmərəli istifadəsi, qulluq və peşəkarlıq səviyyəsinin artırılması, qulluq fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi, vəzifə tutmaqda bərabər hüquq və imkanlara malik olmaları, miqrasiya orqanlarında mövcud kadr potensialından səmərəli istifadə edilməsi, həmçinin təcrübəli və perspektivli kadrların irəli çəkilməsi və korrupsiya hallarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə həyata keçirilir.

1.3. Ədalətli və stabil kadr bölgüsünün təşkili üçün rotasiya işçilərin xüsusi rütbəsi, peşəkarlığı, ixtisası, vəzifələrini yerinə yetirməsi, şəxsi keyfiyyətləri, səhhəti, yaşı, yaşayış yeri, ailə bütövlüyünün qorunması, həmçinin vakant ştat vahidləri nəzərə alınmaqla həyata keçirilir.

1.4. İşçilərin rotasiyasına dair təkliflərin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində (bundan sonra – Xidmət) rotasiya komissiyası (bundan sonra — Komissiya) yaradılır.

2.1. Komissiyanın tərkibi sədr, sədr müavini, 5 nəfər üzvdən və katibdən ibarət olmaqla, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra — Xidmət rəisi) tərəfindən təsdiq edilir.

2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.3. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər.

2.4. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.

2.5. Komissiyanın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.6. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.

2.7. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir (komissiyanın katibi səs vermə hüququna malik deyil). Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar protokolla rəsmiləşdirilir və protokol iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın qərarı ilə razı olmayan və ya həmin qərarla bağlı xüsusi rəyi olan Komissiyanın üzvü protokolu müvafiq qeydlə imzalayaraq rəyini yazılı surətdə protokola əlavə edir.

2.8. Komissiyanın işinə müdaxilə yolverilməzdir.

2.9. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:

2.9.1. Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

2.9.2. Komissiyanın iclasının aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;

2.9.3. Komissiyanın protokol və digər sənədləri ilə tanış olmaq;

2.9.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

2.9.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

2.10. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

2.10.1. Komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

2.10.2. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

2.10.3. Komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

2.10.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.

2.11. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

2.11.1. ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edilərək, üç ayadək müddətdə sərəncamda olduqda;

2.11.2. öz arzusu ilə komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

2.11.3. Miqrasiya orqanlarında qulluq keçməsinə xitam verildikdə;

2.11.4. bu Qaydaların 2.10-cu bəndində göstərilən vəzifələri icra etmədikdə;

2.11.5. vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

2.11.6. vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda.

2.12. Komissiyanın üzvləri başqa vəzifəyə keçirildikdə, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsinə baxılır.

2.13. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilir.

3.1. Kadrlar və kadr hazırlığı idarəsi rotasiya olunması nəzərdə tutulan işçilərin siyahısını komissiyaya təqdim edir.

3.2. Komissiya Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq, işçilərin rotasiyası məsələsinə baxır və öz təkliflərini Xidmət rəisinə təqdim edir.

3.3. Rotasiya üçün əsaslar aşağıdakılardır:

3.3.1. vəzifədə irəli çəkilmək üçün kadrların ehtiyat siyahısı;

3.3.2. işçinin səhhəti ilə əlaqədar müvafiq tibb komissiyasının rəyi;

3.3.3. işçinin əsaslandırılmış müraciəti;

3.3.4. işçinin ailə vəziyyəti.

3.4. İşçinin qulluq vəzifələrini yerinə yetirməsi ilə əlaqədar özünün və ya yaxın qohumlarının həyatı üçün təhlükə yaranarsa, onun və ya yaxın qohumlarının dövlət müdafiəsinin təmin olunması məqsədilə rotasiyası aparıla bilər. Bu zaman işçinin tutduğu vəzifəyə uyğun ştat vahidi olmadıqda o, razılığı ilə müvəqqəti olaraq bir pillə aşağı vəzifəyə keçirilə bilər.

3.5 İşçi məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, təlimə cəlb edildiyi, habelə barəsində xidməti yoxlama aparıldığı dövrdə rotasiya olunmur.

3.6. Rotasiya zamanı işçi ixtisası və iş təcrübəsi nəzərə alınmaqla, eyni yaxud yuxarı vəzifəyə keçirilə bilər.

3.7. Rotasiya qaydasında digər vəzifəyə keçirilməsi işçinin yazılı razılığı alınmaqla həyata keçirilir.

3.8. Aşağıdakılar işçinin rotasiya qaydasında digər vəzifəyə təyin olunmasından imtina etməsi üçün əsasdır:

3.8.1. özünün və ya ailə üzvlərinin səhhəti ilə əlaqədar müvafiq tibb komissiyasının rəyi;

3.8.2. himayəsində maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan və onunla birgə yaşayan valideynlərinin olması (yalnız ərazi üzrə rotasiya zamanı).

3.9. 3.8-ci bənddə qeyd olunan səbəblərə görə təklif olunan vəzifədən imtina etdikdə xüsusi rütbəsi, vəzifəsi, ixtisası və iş təcrübəsi nəzərə alınmaqla digər vəzifə təklif olunmalıdır.

Qulluq yeri rotasiya qaydasında dəyişdirilmiş işçi rotasiyanın nəticələrindən inzibati və məhkəmə qaydasında şikayət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver