1. “Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını müəyyən etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2010-cu il
1. Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması (bundan sonra - geyim forması) - miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilər (bundan sonra - xüsusi rütbəsi olan işçilər) üçün müəyyən edilmiş geyim əşyaları, fərqlənmə nişanlan və ləvazimatların dəstidir.
2. Geyim əşyalarına üst geyimləri (dəri gödəkcə, gödəkcə, palto, kitel, şalvar və s.), baş geyimləri (qış papağı, furajka, şlyapa və kepka), ayaqqabılar (tufli, yarımçəkmə), digər əşyalar (köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s.) aiddir.
3. Fərqlənmə nişanlan - geyim formasında rəmzlər şərti təsvir olunmaqla dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və xüsusi rütbəyə mənsubiyyəti göstərir. Fərqlənmə nişanlarına poqonlar, qol və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar, lentlər və s.), baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar aiddir. Bundan əlavə, geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqlənmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.
4. Ləvazimat dəsti - xüsusi vasitələri gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ləvazimat dəstinə xüsusi kəmər, qobur və s. aiddir.
5. Geyim forması yay və qış geyimlərinə bölünür. Qış geyimləri yay geyimlərinə nisbətən qalın və isti parçadan tikilir.
6. Xüsusi rütbəsi olan işçilər geyim forması və fərqlənmə nişanlan ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normalar üzrə təmin olunurlar.
7. Xüsusi rütbəsi olan işçilər geyim formasını Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq daşıyırlar.
8. Geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları daxildir:
furajka (qadınlarda – şlyapa) – tünd boz rəngli;
qış papağı – tünd boz rəngli;
palto – tünd boz rəngli;
dəri gödəkcə – tünd boz rəngli;
kitel – tünd boz rəngli;
şalvar (qadınlarda – yubka və şalvar) – tünd boz rəngli;
şalvar qayışı – qara rəngli;
yun köynək – tünd boz rəngli;
uzunqol köynək – ağ rəngli;
qısaqol köynək – ağ rəngli;
qalstuk – tünd boz, gümüşü rəngli sıxacla;
corablar – qara rəngli (qadınlarda – dəri rəngli neylon, yaxud qara rəngli yarımyun corablar);
tufli, yarımçəkmə – qara rəngli.
9. Furajka tünd boz rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, gümüşü rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Təpənin kənarında həmin parçadan (ali xüsusi rütbəsi olan işçilər üçün qırmızı parçadan) eni 0,3 sm olan kant tikilir. Dibciyin alt hissəsi boyu eni 0,3 sm olan tünd qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində gümüşü rəngdə tikmə kokarda vardır.
Günlük - tünd boz rəngdədir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə palıd yarpağının gümüşü rəngdə naxışı olan tünd boz rəngli çexol tikilir. Gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsinə bağlanır (şəkil 5.1, 5.5, 5.10).
10. Şlyapa tünd boz rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, gümüşü rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Dibciyin alt hissəsi boyu eni 0,3 sm olan tünd qırmızı rəngli kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında gümüşü rəngdə tikmə kokarda vardır.
Günlük - tünd boz rəngdədir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə palıd yarpağının gümüşü rəngdə naxışı olan tünd boz rəngli çexol tikilir. Gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi-nə bağlanır (şəkil 5.2, 5.6, 5.11).
xüsusi rütbəsi olan kişi işçilər üçün tünd boz rəngdədir, silindr formalıdır, hündürlüyü 12 sm olmaqla dövrədən və günlükdən ibarətdir. Xarici üst hissəsi tünd boz rəngli drap parça ilə örtülür. Günlük tünd boz rəngli olmaqla dövrənin ön hissəsinə bərkidilir və onun ortada eni 6 sm-dir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir. Eni 1.5 sm olan gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə günlük boyu dövrəyə bərkidilir;
xüsusi rütbəsi olan qadın işçilər üçün tünd boz rəngdədir, günlüksüzdür, oval formalıdır və üst hissəsinin kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir;
ali xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün dövrə tünd boz rəngli təbii qaragül dərisindən tikilir və içində ipək astar vardır;
baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi işçilər üçün dövrənin ön hissəsi tünd boz rəngli drap parçadan, arxa və yan hissələri, o cümlədən baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan qadın işçilər üçün dövrə tünd boz rəngli süni qaragül dərisindən tikilir. Baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün qış papağının içində ipək astar vardır;
xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün tünd boz rəngli süni xəzdən tikilir və öz konstruksiyasına görə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün nəzərdə tutulan papaqla eynidir. Xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün qış papağının içində sarja astar vardır;
dövrənin ön hissəsinin mərkəzinə kokarda bərkidilir (şəkil 5.3, 5.4, 5.7, 5.8, 5.9, 5.12, 5.13).
11. Palto tünd boz rəngli yun parçadan tikilir, birbortludur, laskanlıdır, qatlanan boyunluqlu və açıq yaxalıdır. Üst yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, digər xüsusi rütbəsi olan işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Ali xüsusi rütbəsi olan işçilər üçün yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Palto dörd böyük forma düyməsi ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Palto astarlıdır və astarında iki kəsmə qoltuq cibi vardır. Paltonun laylarında yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblər vardır. Paltonun poqonları çiyinə tikilir. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir. Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən paltonun ətəyinədək olan məsafə 43–45 sm-dir (şəkil 1.1, 2.1, 2.2, 3.1).
12. Dəri gödəkcə tünd boz rəngli süni dəridən tikilir. Mərkəzdən gizli zəncirbəndlə bağlanan, qatlanan boyunluqlu, laskanlıdır. Dəri gödəkcə basmadüymə ilə kişilərdə sağ tərəfə, qadınlarda isə sol tərəfə düymələnir. Yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, xüsusi rütbəsi olan digər işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə köndələn ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Təbii xəzdən istiləşdirilmiş və taxılıb-çıxarılan astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Taxılıb-çıxarılan poqonların çiyinə bərkidilməsi üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən dəri gödəkcənin ətəyinədək olan məsafə 65 sm-dir (şəkil 1.2, 2.3, 2.4, 3.2).
13. Kitel tünd boz rəngli parçadan tikilir, birbortlu, açıq və qatlanan boyunluqlu olur. Kitel dörd (qadınlarda - üç) böyük forma düyməsi ilə düymələnir. Laylan kəsmə yan hissəlidir və qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş fiqurlu qapaqlan olan yan kəsmə cibləri vardır. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Kitelin poqonları çiyinə tikilir. Kitelin yaxalıqlarının künclərində yaxa nişanı yerləşdirilir.
Kitelin qol köbəsinin üstündən (ali xüsusi rütbəsi olan işçilər üçün əlavə olaraq - kitelin boyunluğunun kənarı boyu) eni 0,3 sm olan tünd qırmızı rəngli mahuddan kant vardır.
Kitelin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir (şəkil 1.3, 2.5, 2.6, 3.3).
14. Yay (qış) şalvarı tünd boz rənglidir və şalvarın kəsmə yan cibləri, arxa tərəfdə qapaqlı kəsmə cibi vardır. Qadınlarda şalvarın arxa tərəfi cibsizdir.
Şalvar kostyum parçasından tikilir. Şalvarın miyançası qarmaq və zəncir-bəndlə bağlanır. Qurşaqda kəmər üçün yeddi (qadınlarda dörd) halqa (keçid) vardır. Şalvarın yan tikişlərində eni 0,3 sm ölçüdə olan qırmızı mahuddan kant tikilir. Ali xüsusi rütbəsi olan işçilər üçün kantdan 0,5 sm sağ və sol tərəflərdə qırmızı mahuddan eni 2,5 sm olan lampaslar tikilir.
15. Yay (qış) yubkası tünd boz rənglidir və tikilmə qurşaqlıdır. Yubka kostyum parçasından tikilir, sarjadan, yaxud sətindən astan vardır.
Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır.
16. Şalvar qayışı eni 5 sm olan qara rəngli təbii dəridən hazırlanır. Qayışın toqqası gümüşü rəngli metaldandır. Toqqanın ortasına iki (qadınlarda bir) mil taxılır, qayışın üzərində ölçüləri nizamlayan iki (qadınlarda bir) paralel cərgədə yuvalar açılır (şəkil 7.20).
17. Yun köynək tünd boz rəngli yundan toxunur. Dik yaxalıqlıdır, mərkəzdən açıq zəncirbəndlə bağlanır və aşağı kənarlarına manjet tikilir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Taxılıb-çıxarılan poqonlar üçün yun köynəyin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heç bir fərqlənmə nişanı yoxdur (şəkil 1.4, 2.7, 2.8, 3.4).
18. Uzunqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı ciblər vardır. Qatlanan boyunluqludur. Köynək qalstukla geyilir. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir (şəkil 1.5, 2.9, 2.10, 3.5).
19. Qısaqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Qatlanan boyunluqludur. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Üstdən şaquli tikilmiş və qapaqlı qırçının iki döş cibi vardır, qapaqlı ciblərin hər biri adi düymə ilə bağlanır. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Köynəyin ətəyi qurşaqlı, yanlardan rezinlidir və köynək qalstuksuz geyilir.
Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir (şəkil 1.6, 2.11, 2.12, 3.6).
20. Qalstuk tünd boz rənglidir. İti ucla tamamlanan uzanmıştrapesiya şəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və daimi düyündən ibarətdir. Qalstuk sıxacı ilə taxılır.
20-1. Şərf qara rəngli yun parçadan hazırlanır və ölçüsü 40x100 sm-dir.
20-2. Əlcək qara rəngli süni dəridən hazırlanır (şəkil 6.1, 6.2).
21. Tufli qara rəngli dəridən olur. Qadınlarda mövsümi və yay ayaqqabısı qara rəngli dəridən hazırlanmış tuflidən, qış fəsli üçün qara rəngli dəri yarımçəkmədən ibarətdir.
22. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən müəyyən edilən qurumların xüsusi rütbəsi olan işçilərinin xüsusi geyim formalarının tərkibinə əlavə olaraq aşağıdakı geyim əşyaları və ləvazimat daxildir:
gödəkcə – tünd boz rəngli;
kepka - tünd boz rəngli;
şalvar - tünd boz rəngli;
uzunqol köynək - tünd boz rəngli;
qısaqol köynək - tünd boz rəngli;
xüsusi kəmər - qara rəngli.
22-1. Gödəkcə – tünd boz rəngli poliestr parçadan tikilir. Qısa qatlama boyunluqludur, dik yaxalıqlıdır, bortları mərkəzdən gizli zəncirbəndlə və dörd yapışqanlı lentlə bağlanır (kişilərdə − sağ tərəfə, qadınlarda − sol tərəfə). Gödəkcənin hər iki bortunun sinə hissəsində üstdən tikilmiş basmadüymə ilə düymələnən fiqurlu qapaqlı gizli döş cibləri, ətək hissəsində isə basmadüymə və açıq zəncirbənd ilə bağlanan iki ədəd cib vardır. Boyunluğunun arxa tərəfində gizli zəncirbəndlə gödəkcəyə bağlanan yağışdan qorunmaq üçün xüsusi örtük papaq vardır. Qolları tək tikişlidir, manjetlidir, tənzimlənən basma düymələrlə bağlanır. Gödəkcənin belində tənzimləyici gizli rezin ip vardır. Gödəkcə astarlıdır, astarın hər iki tərəfdən döş hissələrində əsas parçadan köbəsi olan və zəncirbəndlə bağlanan daxili cibləri vardır. Gödəkcənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və basmadüymə ilə gödəkcəyə düymələnir. Taxılıb-çıxarılan poqonlar üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir (şəkil 4.1, 4.2).
23. Kepka tünd boz rəngli parçadan tikilir. Başlıq və günlük hissədən ibarətdir. Başlıq hissə altı xiştəkdən ibarətdir. Kepkanın arxasında ölçüləri tənzimləmək üçün plastmas basmacıqlı lent tikilir. Kepkanın içi astarlıdır. Qabaq hissədə kepkanın dövrəsində gümüşü rəngdə tikmə kokarda vardır. Dövrənin alın hissəsinin aşağısına papağın rəngində bərk materialdan günlük tikilir. Böyük xüsusi rütbəsi olan işçilər üçün günlüyün üstünə bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir (şəkil 5.14, 5.15).
24. Şalvar tünd boz rəngli parçadan tikilir, düzbiçimlidir, ön hissədə yan ciblər vardır. Yan tikişlərin üstündə yan ciblərdən 15 sm aşağıda üstdən qoyma qapaqlı ciblər tikilir. Cib içəridən iki kiçik adi düymə ilə düymələnir. Şalvarın arxa hissələrində fiqurlu qapaqlı, bir kiçik adi düymə ilə düymələnən ciblər olur. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır.
25. Tünd boz rəngli uzunqol və qısaqol köynəklər bu Əsasnamənin 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş təsvirə uyğun tikilir, lakin ətəkləri açıq və qurşaqsız olur (şəkil 4.3, 4.4, 4.5, 4.6). Köynəklər qalstuksuz geyilir və şalvarın içinə salınır.
26. Xüsusi kəmər qara rəngli parçadan hazırlanır. Kəmərin eni 7 sm-dir. Kəmərin toqqası 7,5x5 sm ölçüdə gümüşü rəngli metaldan hazırlanır. Kəmərin üzərində ölçüləri nizamlayan iki paralel cərgədə yuvalar açılır.
Kəmərdən rezin dəyənək, əl qandalı və digər əşyalar üçün futlyarlar asılır (şəkil 7.21).
27. Xüsusi rütbəsi olan işçilər üçün aşağıdakı fərqlənmə nişanlan müəyyən edilir:
28. Poqonlar xüsusi rütbəni müəyyən etmək üçündür. Daşınma üsuluna görə poqonlar taxılıb-çıxarılan və tikiləndir. Taxılıb-çıxarılan poqonlar dəri gödəkcədə, gödəkcədə, köynəklərdə və yun köynəklərdə, tikilən poqonlar paltolarda və kitellərdə daşınır. Poqonlar gümüşü rəngdə (ali xüsusi rütbəsi olan işçilər üçün – tünd boz rəngdə) olur.
Palto və kitel üçün poqonun aşağı hissəsi düzbucaqlı, paralel tərəflərinin uzunluğu 16,5 və 18 sm olmaqla yuxarı hissəsinin arxa tərəfi iti, ön tərəfi kor bucaq şəklində, eni isə 5,5 sm-dir (şəkil 7.3, 7.5, 7.7, 7.9).
Dəri gödəkcə, köynəklər və yun köynək üçün poqon aşağıdan eni 5,5 sm düz, yuxarı hissəsi isə fiqurlu (ali xüsusi rütbəsi olan işçilər üçün – yarımdairəvi) olmaqla eni 4 sm, uzunluğu 12-18 sm-dir (şəkil 7.4, 7.6, 7.8, 7.10).
Poqonların kənarı 0,3 sm enində tünd boz rəngdə mahudla (ali xüsusi rütbəsi olan işçilər üçün - tünd qırmızı rəngdə) haşiyələnir. Poqonların yuxarı hissəsinə orta forma düyməsi bərkidilir.
Ali xüsusi rütbəsi olan işçilərin poqonlarının aşağı kənarında aypara, çarpazlaşdırılmış qılınc və onları yanlardan əhatə edən palıd yarpağı yerləşdirilir. Bu elementin ölçüləri 3x4,5 sm-dir.
Böyük xüsusi rütbəsi olan işçilərin poqonlarında gümüşü rəngli parçadan aypara və onu yanlardan əhatə edən palıd yarpağı tikilir (preslənir). Bu elementin ölçüləri 2x4,5 sm-dir.
Dövlət Miqrasiya Xidməti rəisinin poqonlarının kənarları gümüşü rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 7.1, 7.2).
29. Ali, böyük və orta xüsusi rütbəsi olan işçilərin poqonlarına metaldan hazırlanmış gümüşü rəngli səkkizguşəli ulduz tikilir. Ulduzun guşələrindən biri poqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir.
Poqonlardakı ulduzların ölçüləri orta xüsusi rütbəsi olan işçilər üçün 1,7 sm, böyük xüsusi rütbəsi olan işçilər üçün 2,2 sm, ali xüsusi rütbəsi olan işçilər üçün 2,5 sm-dir (şəkil 7.11).
Ali, böyük və orta xüsusi rütbəsi olan işçilərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir:
I dərəcəli dövlət miqrasiya xidməti müşaviri üçün - 3 ulduz;
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri üçün - 2 ulduz;
III dərəcəli dövlət miqrasiya xidməti müşaviri üçün - 1 ulduz;
baş miqrasiya xidməti müşaviri üçün - 3 ulduz;
miqrasiya xidməti müşaviri üçün - 2 ulduz;
kiçik miqrasiya xidməti müşaviri üçün - 1 ulduz;
I dərəcəli miqrasiya xidməti qulluqçusu üçün - 4 ulduz;
II dərəcəli miqrasiya xidməti qulluqçusu üçün - 3 ulduz;
III dərəcəli miqrasiya xidməti qulluqçusu üçün - 2 ulduz;
kiçik miqrasiya xidməti qulluqçusu üçün - 1 ulduz.
29-1. Kiçik xüsusi rütbəsi olan işçilərin poqonlarına eninə sıra ilə aşağıdakı sayda gümüşü rəngli lentlər yerləşdirilir:
baş miqrasiya xidməti çavuşu üçün – 4 lent;
miqrasiya xidməti çavuşu üçün – 3 lent;
kiçik miqrasiya xidməti çavuşu üçün – 2 lent.
29-2. Lent gümüşü rəngli metaldan hazırlanır, üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Arxasına, ölçüləri 1x4,7 sm olmaqla, nazik metal tutacaq lehimlənir (şəkil 7.11).
30. Yaxa nişanı gümüşü rəngli metaldan hazırlanan aypara və səkkizguşəli ulduzdan (ali xüsusi rütbəsi olan işçilər üçün gümüşü rəngli sapdan toxunma palıd yarpaqlarından) ibarətdir. Yaxa nişanlan kitelin yaxalıqlarının künclərində yerləşdirilir (şəkil 7.15, 7.16).
31. Qol nişanında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəmzi (emblemi) təsvir olunub. Qol nişanı paltonun, dəri gödəkcənin, kitelin, uzunqol, qısaqol və yun köynəklərin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda yerləşdirilir. Parçadan tikilmiş qol nişanının diametri 8 sm-dir (şəkil 7.17).
32. Kokardalar gümüşü rəngli olur, tikiləndır (preslənəndir). Ali xüsusi rütbəsi olan işçilər üçün kokardaların üstündəki təsvir aypara, səkkizguşəli ulduz, çarpazlaşdırılmış qılınclar və onları yanlardan əhatə edən palıd yarpaqlarından ibarətdir. Xüsusi rütbəsi olan digər işçilər üçün kokardaların üstündəki eyni təsvir çarpazlaşdırılmış qılınclarsızdır (şəkil 7.12, 7.13, 7.14).
Kokardaların təsvirindəki fon tünd boz, ali xüsusi rütbəsi olan işçilərin kokardalarının təsvirindəki fon tünd qırmızı rəngdədir.
Kokardalar furajkalarda, qış papaqlarında şlyapalarda və kepkalarda ön tərəfdə ortadan taxılmaqla daşınır. Kokardaların ölçüləri aşağıdakı kimi olur:
ali xüsusi rütbəsi olan işçilər üçün - 13,lx6,7sm, böyük və orta xüsusi rütbəsi olan işçilər üçün 7,8x6,8 sm, kiçik xüsusi rütbəsi olan işçilər üçün - 6,8x5,8 sm.
33. Qalstuk sıxacı gümüşü rəngli metal lövhəcikdən ibarətdir. Sıxacın üzərində ali xüsusi rütbəsi olan işçilər üçün rütbəyə uyğun olaraq orta hissəsində diametri 1 sm, xüsusi rütbəsi olan digər işçilər üçün 0,7 sm olan səkkiz-guşəli ulduz (ulduzlar), kənarlarında isə uzunluğu 2 sm olan palıd yarpaqlan həkk olunur (şəkil 7.18).
34. Forma düymələri gümüşü rəngli metaldan hazırlanır. Forma düymələri ölçülərinə görə kiçik, orta və böyük olur. Kiçik forma düyməsinin diametri 1,2 sm, orta forma düyməsinin diametri 1,5 sm, böyük forma düyməsinin diametri 2,5 sm olur. Düymələrin üzərində aypara, səkkizguşəli ulduz və onları yanlardan əhatə edən palıd yarpaqlan həkk olunur (şəkil 7.19).
7 may 2013-cü il tarixli 891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 512)
11 iyul 2025-ci il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 iyul 2025-ci il, “Xalq” qəzeti, 12 iyul 2025-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 637)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI