Nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 13-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü maddəsinə əsasən
2. “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli qərarı ilə (17 nömrəli protokol) təsdiq olunmuş (07 iyul 2006-cı il tarixli 3229 nömrəli şəhadətnamə) “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” ləğv olunsun.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1. 29 sentyabr 2016-cı il tarixli 38/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201609290385, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2016-cı il)
2. 20 dekabr 2023-cü il tarixli 62/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202312200622, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2023-cü il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI