Azərbaycan Respublikasının müdafiəsinin təşkili aşağıdakılardan ibarətdir:
dövlətin hərbi siyasətinin və doktrinasının formalaşdırılması;
təcavüzün qarşısının alınması üçün beynəlxalq aləmdə müvafiq tədbirlərin görülməsi;
hərb elminin inkişafı;
müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi;
Silahlı Qüvvələrin strukturunun hazırlanması, formalaşdırılması və təkmilləşdirilməsi, zəruri sayının təmin olunması, onların yüksək döyüş qabiliyyətinin, döyüş və səfərbərlik hazırlığının saxlanması;
dövlətin hərbi-texniki siyasətinin hazırlanması və həyata keçirilməsi, Silahlı Qüvvələrin silah, hərbi texnika, qida məhsulları, keyim və digər material ehtiyatları ilə təmin olunması;
dövlət orqanlarının, iqtisadiyyatın, əhalinin və ölkə ərazisinin müharibə dövründə fəaliyyət göstərməsi üçün səfərbərlik hazırlığı;
dövlət sərhədinin mühafizəsi;
ölkənin əhalisinin və ərazisinin müdafiəyə, habelə hərbi əməliyyatlarla bağlı mülki müdafiəyə hazırlığı;
dövlət sirrinin qorunmasının təmin edilməsi.