Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Müdafiə və təhlükəsizlik təyinatlı məkan məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur)*.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2021-ci il
*Əsasnamə Fərmanın əslinə əlavə olunur.
1. 23 fevral 2026-cı il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 122)