Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 07.05.2004-cü il tarixli, 17-T nömrəli əmri ilə təsdiq edilmiş və 17.05.2004-cü il tarixdə 3059 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydaları”na aşağıdakı əlavə edilsin:
1. Aşağıdakı məzmunda 2.1.13-cü bənd əlavə edilsin:
2.1.13. “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakının və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış İctimai Komitənin üzvləri Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən verilən müddətli buraxılış vərəqəsi (əlavə 1-1) ilə birgə şəxsiyyət vəsiqəsini təqdim etməklə”
İctimai Komitənin üzvü ___________________________________________________
(soyadı, adı və atasının adı)
“___” ____________ 200__ il