Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra kreditorların ilkin yığıncağı

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını bütün məlum kreditorlara və əgər borclu dövlət müəssisəsidirsə müvafiq icra hakimiyyəti orqanına yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Həmin yığıncaq borclunu müflis elan etmək barəsində müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci 15 gün ərzində keçirilməlidir.

2. Bildiriş ilkin yığıncağın tarixi, dəqiq vaxtı və yeri göstərilməklə:

a) yığıncağın keçirilməsi tarixinə ən geci 7 gün qalmış poçtla bütün məlum kreditorlara göndərilməlidir;

b) rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalı, həm də ikinci dəfə yığıncağın keçirilməsi tarixinə ən geci 3 gün qalmış dərc olunmalıdır.

3. Kreditorların ilkin yığıncağı bu Qanunda müəyyən edilən qaydada keçirilir.

III fəsil

İflas prosesİnə məhkəmənİn İştİrakı olmadan borclu müəssİsə tərəfİndən başlanması

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver