Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. Müflis elanetmə və borc tələblərin irəli sürülməsi qaydası

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kreditorların ilkin yığıncağı barəsində əmlak inzibatçısı və ya borclu tərəfindən göndərilən bildirişdə borclunun müflis olması zamanı öz tələblərini vermək istəyən kreditorlar üçün müvafiq qaydalar müəyyən edilir.

2. Kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Əmlak inzibatçısı həmin tələblərə yalnız o halda baxır ki, bunlara aşağıdakı məlumatlar daxil edilmiş olsun:

a) kreditorun adı (adı, atasının adı, soyadı) və ünvanı;

b) iflas prosesinə başlanılması məqamınadək olan tələbin ümumi məbləği;

c) tələbin məbləğinə ödənilməmiş faizlərin daxil olması;

ç) tələbin məbləğinə hər hansı cərimələr və ya vergilər daxil edilməsi;

d) borclunun necə və nə vaxt borca düşdüyü barədə məlumat;

e) hər hansı mövcud təminat barəsində məlumat, bu cür təminatın verilməsi tarixi və təminat zamanı kreditorun nəzərdə tutduğu məbləğ;

ə) tələbi imzalamış şəxsin soyadı, ünvanı və səlahiyyəti (əgər həmin şəxs kreditorun özü deyildirsə);

f) tələbin hüquqi etibarlığını sübut edən sənədlər (əgər bu cür sənədlər varsa).

3. Kreditorların bu maddənin 2-ci bəndinə müvafiq surətdə verdiyi hər hansı tələbə əmlak inzibatçısı həmin tələbi aldığı vaxtdan 10 iş günü müddətində baxır. Əmlak inzibatçısı bu Qanunun müddəalarına uyğun olaraq kreditorların tələblərinin reyestrini tərtib edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver