1.. İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanda aşağıdakılar göstərilməlidir:
a) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı;
b) ərizəçinin (borclunun ərizəçi olmadığı hallarda) adı (adı, atasının adı, soyadı) və ünvanı;
c) məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı;
ç) məhkəmə baxışının təyin edilmiş tarixi.
2. İflas haqqında elan bu maddənin 1-ci bəndinə və bu Qanunun 10-1-ci maddəsinə müvafiq surətdə dərc olunmadıqda, bu, qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə (məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işi baxmadan saxlamasına) səbəb ola bilər.
4. İflas haqqında ərizənin və ona əlavə olunmalı sənədlərin surətləri borcluya bu maddənin 1-ci bəndində və bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada elanın dərc edilməsindən əvvəl təqdim olunmalıdır. Ərizənin və sənədlərin surətləri əlbəəl və ya sifarişli poçtla təqdim edilə bilər.