Qanunvericilik › Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12-1

Maddə 12-1. Publik hüquqi şəxslərin mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12-1.1. Bu Qanunun 12-1.2-ci maddəsində göstərilən mühasibat uçotu subyektləri istisna olmaqla, publik hüquqi şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edirlər və mühasibat uçotunu bu Qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar. Azərbaycan Respublikasının Mərkəzi Bankında mühasibat uçotunun aparılması qaydaları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən müəyyən edilir.

12-1.2. Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını aşağıdakı qaydada tərtib edirlər:

12-1.2.1. nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulduğu halda, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya öz seçimlərindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq;

12-1.2.2. nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmadığı halda, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq.

12-1.2-1. Bu Qanunun 12-1.2-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri tətbiq etdiyi standartlardan asılı olaraq, mühasibat uçotunu bu Qanunun 8.1-1-ci, 10.1.1-ci və ya 14.1-1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.

12-1.3. Bir və ya daha çox törəmə publik hüquqi şəxsə və (və ya) təsərrüfat cəmiyyətinə malik olan hər hansı publik hüquqi şəxs hazırladığı maliyyə hesabatından əlavə olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir.

12-1.4. Publik hüquqi şəxslərin maliyyə hesabatları üçün hesabat dövrü bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun müəyyən edilir.

12-1.5. Publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

12-1.6. Publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxsə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə, bunlar olmadıqda isə təsisçiyə təqdim edirlər.

12-1.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təsisçiyə təqdim edirlər.

12-1.8. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

12-1.9. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər.

12-1.10. Publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdikdə, onların törəmə publik hüquqi şəxsləri maliyyə hesabatlarını dərc etmirlər.

12-1.11. Publik hüquqi şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.

Fəsil V

Qeyrİ-kommersİya təşkİlatlarının mühasİbat uçotu və malİyyə hesabatları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver