Qanunvericilik › "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə (Prezidentin fərmanı, 03.08.2004) › Tam mətn

"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə (Prezidentin fərmanı, 03.08.2004)

"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə (Prezidentin fərmanı, 03.08.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 163; 2003-cü il, № 10, maddə 571) 2-ci bəndinin beşinci abzasında "icazə" sözü "xüsusi icazə" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 489) ilə təsdiq edilmiş:

2.1. "Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları"nın 3-cü, 6-cı bəndlərində, 7-ci bəndinin birinci cümləsində və 9-cu bəndinin birinci cümləsində "icazəsi", "icazənin" və "icazə" sözləri müvafiq olaraq "xüsusi icazəsi", "xüsusi icazənin" və "xüsusi icazə" sözləri ilə əvəz edilsin.

2.2. "Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi Qaydası"nın 4.1-4.5-ci və 4.13-cü bəndlərində "icazəsi", "icazə" və "icazənin" sözləri müvafiq olaraq "xüsusi icazəsi", "xüsusi icazə" və "xüsusi icazənin" sözləri ilə əvəz edilsin.

2.3. "Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları"nın 3-cü, 4-cü bəndlərində, 5-ci bəndinin birinci cümləsində, 6-cı və 10-cu bəndlərində "icazəsi" və "icazə" sözləri müvafiq olaraq "xüsusi icazəsi" və "xüsusi icazə" sözləri ilə əvəz edilsin.

2.4. "Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları"nın 4-cü bəndində, 5-ci bəndinin birinci cümləsində, 8-ci, 9-cu, 13-cü və 14.2-ci bəndlərində "icazə", "icazənin" və "icazəsi" sözləri müvafiq olaraq "xüsusi icazə", "xüsusi icazənin" və "xüsusi icazəsi" sözləri ilə əvəz edilsin.

2.5. "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları"nın 3.1.2-ci, 3.1.4-cü, 3.1.5-ci bəndlərində, 3.2-ci bəndinin ikinci cümləsində, 3.4-cü bəndində, 3.5-ci bəndinin üçüncü cümləsində, 3.12-ci, 4.1.2-ci, 4.1.3-cü, 5.1-5.3-cü bəndlərində "icazə", "icazəsi", "icazələri", "icazələrin" və "icazənin" sözləri müvafiq olaraq "xüsusi icazə", "xüsusi icazəsi", "xüsusi icazələri", "xüsusi icazələrin" və "xüsusi icazənin" sözləri ilə əvəz edilsin.

2.6. "Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları"nın 2.1-ci, 2.2-ci bəndlərində, 2.4-cü bəndinin birinci cümləsində, 2.5-ci və 2.9-cu bəndlərində "icazə", "icazəsiz", "icazənin" və "icazələri" sözləri müvafiq olaraq "xüsusi icazə", "xüsusi icazəsiz", "xüsusi icazənin" və "xüsusi icazələri" sözləri ilə əvəz edilsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2004-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver