QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1005

Maddə 1005. Köçürmə vekseli 1005.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Köçürmə vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir: 1005.

1.1. Sənədin mətninə daxil edilmiş "veksel" adı; 1005.

1.2. veksel verənin müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə ºərtləºdirilməmiº göstəriºi; 1005.

1.3. kim ödəməlidirsə, onun (ödəyicinin) adı; 1005.

1.4. ödəniş kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı; 1005.

1.5. vekselin tərtib edildiyi tarix; 1005.

1.6. veksel verənin imzası; 1005.

1.7. vekselin tərtib edildiyi yer; 1005.

1.8. vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniş müddəti); 1005.

1.9. ödənişin icra edilməli olduğu yer. 1005.2. Bu Məcəllənin 1005.1-ci maddəsində göstərilmiş rekvizitlərdən hər hansı birinin olmadığı sənədin, aşağıdakı hallar istisna olmaqla, köçürmə vekseli qüvvəsi yoxdur: 1005.

2.1. ödəniş müddəti göstərilməmiş köçürmə vekseli təqdim edildikdə ödənilməli olan veksel (müddəti təqdim edilməsi ilə müəyyənləşdirilən veksel) sayılır; 1005.

2.2. ödəniş yeri xüsusi göstərilmədikdə ödəyicinin adı ilə yanaşı göstərilmiş yer ödəniş yeri və bununla birlikdə, ödəyicinin yaşayış yeri və ya olduğu yer sayılır; 1005.

2.3. tərtib edildiyi yer göstərilməmiş köçürmə vekseli veksel verənin adı ilə yanaşı göstərilmiş yerdə imzalanmış sayılır; 1005.

2.4. verildiyi məqamda tam doldurulmamış köçürmə vekseli başqa şəxslərə verildikdə və həmin şəxslərə vekseldə çatışmayan məlumatları sonradan tamamlamaq hüququ verildikdə blank vekseli qüvvəsinə malik olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver