QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1019

Maddə 1019. Veksel saxlayanın xeyrinə ehtimallar 1019.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Köçürmə vekseli olan şəxs indossamentlərin ardıcıl sırasına öz hüququnu əsaslandırırsa, hətta sonuncu indossament blank indossamenti olsa da, qanuni veksel saxlayandır. Bu zaman üstündən xətt çəkilmiş indossamentlər yazılmamış sayılırlar. Blank indossamentinin ardınca başqa indossament gəldikdə bu sonuncunu imzalamış şəxs blank indossamenti üzrə veksel əldə edən sayılır. 1019.2. Əgər əvvəlki veksel saxlayan köçürmə vekselini hər hansı səbəblərə görə itirmişsə, bu Məcəllənin 1019.1-ci maddəsinə əsasən öz hüququnu sübuta yetirən yeni veksel saxlayan vekseli yalnız onu haqsız əldə etdiyi və ya əldə edərkən kobud ehtiyatsızlıq göstərmiş olduğu halda geri verməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver