QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1030

Maddə 1030. Xarici valyuta ilə verilən veksellər 1030.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əgər köçürmə vekseli xarici valyuta ilə yazılıb verilmişdirsə, onun məbləği ödəniş müddətinin çatdığı günün məzənnəsi üzrə manatla ödənilə bilər. Əgər borclu ödənişi gecikdirmişsə, veksel saxlayan öz mülahizəsinə əsasən tələb edə bilər ki, köçürmə vekselinin məbləği ya ödəniş müddətinin çatdığı günün, ya da ödəniş gününün məzənnəsi üzrə manatla ödənilsin. 1030.2. Xarici valyutanın məzənnəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Lakin veksel verən şərt qoya bilər ki, ödənilməli məbləğ vekseldə göstərilmiş məzənnə üzrə hesablanacaqdır. 1030.3. Veksel verən ödənişin vekseldə göstərilmiş müəyyən valyuta ilə həyata keçirilməli olduğu barədə məcburi şərt qoyduqda, bu Məcəllənin 1030.1 və 1030.2-ci maddələrinin müddəaları tətbiq edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver